Mm-dən mühazirələrin kanspekti



Yüklə 6,07 Mb.
səhifə23/122
tarix26.04.2022
ölçüsü6,07 Mb.
#86038
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   ...   122
Mülki müdafiə

Nüfuzedici radiasiya – qamma şualanması və neytronlar selindən ibarətdir. Nüfuzedici radiasiya nüvə partlayışından sonra cəmi 10-15 saniyə ərzində mühafizə olunmamış canlı orqanizm­lə­rə təsir edir. O, gözə qörünmür, hiss edilmir, lakin məlum olan bü­tün materiallardan keçir və uzaq məsafələrə yayılaraq insanların zə­dələnməsinə səbəb olur. Qamma-şüalar elektromaqnit dalğası axınıdır və öz təbiətinə görə rentgen şüaları ilə eynidir. Qamma şüaları insan orqanizmini şüalandırarkən canlı hüceyrələrin mo­le­kul­ları ionlaşır, onların həyat fəaliyyəti pozulur və nəticədə insan şüa xəstəliyinə tutulur. Qamma şüaların insana təsiri udulan doza ilə xarakterizə olunur. Havada və yerdə nüvə partlayışları zamanı qamma şüalanmanın dozası partlayış mərkəzindən bərabər məsa­fə­də eyni olur, lakin havanın sıxlığından asılıdır. Havanın sıxlığı yay­da qış movsümünə nisbətən azdır, bu səbəbdən partlayış mər­kə­zindən eyni məsafədə şüalanma dozasının səviyyəsi qış mov­sümünə nisbətdə daha cox olur.

Havadan sıxlığı daha da cox olan materiallarda qamma şüa­ları və neytronlar seli daha da zəifləyir. Bu o səbəbdən baş verir ki, sıxlığı daha da cox olan materiallarda eyni həcmdə atomların sayı da cox olur, qamma şüaları və neytronlar da onlarla daha cox təsirdə olur.

Udulan dozadan şüa xəstəliyi yaranarsa – xəstəliyin əla­mət­lə­ri hərarətin artması, ürək bulanması, mədənin pozulması, selikli qişalarda qanaxmanın baş verməsidir. Radiasiya dozasından asılı ola­raq şüa xəstəliyinin gizli inkişaf dövrü bir neçə saatdan bir ne­çə həftəyədək davam edə bilər. Şüa xəstəliyinin üç dərəcəsi möv­cud­dur. Bu dərəcələr alınan şüalanma dozasından və şüalanmaya mə­ruz qalma vaxtından asılı olur:

– birinci dərəcəli şüa xəstəliyi – şüalanma dozası 100–200 R olar­kən baş verir və xəstəliyin gizli inkişaf dövrü üç həftəyədək davam edir;

– ikinci dərəcəli şüa xəstəliyi – şüalanma dozası 200–400 R olar­kən baş verir və xəstəliyin gizli inkişaf dövrü bir həftəyədək davam edir;

– üçüncü dərəcəli şüa xəstəliyi – şüalanma dozası 400–600 R olar­kən baş verir və xəstəliyin gizli inkişaf dövrü bir necə saat təşkil edır.

Nüfuzedici radiasiyanın təsiri udulan doza ilə qiy­mətləndiri­lir və rentgen, qrey, rad ölçü vahidləri ilə ölçülür. Bir rentgen – qam­ma şüalanmanın elə dozasıdır ki, bunun nəticəsində 0°C tem­pe­raturda və 760 mm civə sütunu təzyiqi şəraitində quru havanın 1sm³-də təxminən 2 milyard cüt ion əmələ qəlir. Müxtəlif sıx və qalın materiallardan keçərkən nüfuzedici radiasianın təsiri zəif­lə­yir. Bəzi materialların radiasiyanı yarıyadək zəiflətmə qabiliyyəti var. Məsələn, poladın – 3 sm, betonun – 10 sm, torpağın – 14 sm, su­yun – 23 sm, ağacın – 30 sm qalınlığı nüfuzedici radiasiyanı iki də­fə azaldır. Nüfuzedici radiasiyadan mühafizə, məhz material­la­rın bu xusiyyətinə əsaslanır.


Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə