Mm-dən mühazirələrin kanspekti


Tibbi mühafizə vasitələri



Yüklə 6,07 Mb.
səhifə92/122
tarix26.04.2022
ölçüsü6,07 Mb.
#86038
növüMühazirə
1   ...   88   89   90   91   92   93   94   95   ...   122
Mülki müdafiə

Tibbi mühafizə vasitələri
Tibbi mühafizə vasitələri – insana fövqəladə halların zə­də­ləyici amillərinin təsirini zəiflədən və ya qarşısını alan tibbi preparatlar və ya maddələrdir. Onlar FH zamanı ilkin öz-özünə və qarşılıqlı tibbi yardım məqsədilə tətbiq edilir.

Fərdi tibbi mühafizə tabel vasitələri aşağıdakılardır:

- fərdi apteçka Aİ-2, Aİ-4;

- mühafizə qurğuları üçün kollektiv apteçka – 100-150 nə­fərlik və 400-600 nəfərlik;

- İPP – 11 tipli fərdi kimyəvi paket;

- İPP-1, PPİ AB-3 tipli fərdi sarğı paketi;

- P-10 profilaktik antidot;

- sanitar xərəkləri;

- xüsusi qablaşdırılmış sanitar çantası;

- «Kvars» tipli taun əleyhinə kostyum.

FH baş verən ocaqda aparılan tibbi tədbirlərə:

- tibbi kəşfiyyat;

- zərərçəkmişlərin axtarışı və xilas edilməsi, tibbi ka­te­qo­­ri­­yalara ayrılması;

- zədələnmişlərə və xəstələrə ilkin tibbi və həkim yardı­mı­nın göstərilməsi;

- tibb müəssisələrinə köçürülmə və müalicə aiddir.

Bilavasitə ocaqda zədələnmişlərə ilkin tibbi və həkim yar­dımı edilir, ocaqdan kənarda yerləşən tibb müəssisələrində isə ixtisaslaşdırılmış və təkmilləşdirilmiş tibbi yardım edilir.


İl­kin tibbi yardım zədələnmə ocağında xilasetmə dəstələri tə­rə­findən öz-özünə və qarşılıqlı edilir.

FH zonasında əhalinin kütləvi zədələnməsi zamanı tibbi xidmət dəstələrində aşağıdakılar təşkil olunur:

- daxil olan zədələnmişlərin qəbulu və tibbi çeşidlənməsi, əvvəlcədən tibbi yardım edilməmişlərə ilkin həkim yardımının edilməsi və təxirəsalınmaz ixtisaslanmış tibbi yardımın edil­mə­si;

- zədələnmişlərin müvəqqəti qospitalizasiyası və infek­sion xəstələrin və psixikası pozulmuş xəstələrin izolyasiyası;

- zədələnmişlərin tam sağalana qədər stasionar tipli müa­li­cə müəssisələrinə təxliyə edilməsi.


Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə