Mm-dən mühazirələrin kanspekti



Yüklə 6,07 Mb.
səhifə62/122
tarix26.04.2022
ölçüsü6,07 Mb.
#86038
növüMühazirə
1   ...   58   59   60   61   62   63   64   65   ...   122
Mülki müdafiə

Fövqəladə rejimdə - gündəlik rejimdə fəaliyyət göstərən qüv­vələrdən əlavə, həmçinin: müşahidə və laboratoriya nəzarəti şə­bəkəsinə daxil olan nazirlik, komitə, şirkət, Elmlər Akademiyası və s. idarələrin müvafiq qüvvələri ilə həm müşahidə, həm də la­bo­ratoiya nəzarəti aparılır.
Mühazirə 10. Əhalinin mühafizəsinin əsas prinsip və üsulları Mühazirə 12. Fərdi mühafizə vasitələri
Əhalinin mühafizəsi - əsas tədbirlər sistemi olub dövlətin ida­rəetmə orqanları və bütün əhali tərəfindən aparıl­malıdır. İn­san­ların zərər çəkməsinə yol verilməməsi və zərərçəkmişlərin sayının maksimal surətdə azaldılması əhalinin mühafizəsinin əsas məq­səd­lərindəndir.

Əhalinin qorunması məqsədilə aşağıdakı tədbirlər görül­mə­li­­dir:

- fövqəladə hallarda fəaliyyət və qorunma üsulları haqqında əhalinin ümumi maarifləndirilməsi;

- ətraf mühitdə obyektlərin kimyəvi, radioaktiv və bakteri­o­lo­ji çirklənməsinə laboratoriya nəzarəti və müşahidə olunması;

- təbii fəlakətlər, qəzalar, faciə və s. fövqəladə halların baş ver­­məsi haqqında əhalinin vaxtında xəbərdar edilməsi;

- fərdi qorunma vasitələrinin tətbiqi;

- əhalinin qoruyucu tikililər və sığınacaqlara yerləşdirilməsi;

- əhalinin təhlükəli ərazilərdən köçürülməsi;

- fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması;

- xüsusi profilaktik, sanitar-gigiyenik tədbirlərin aparılması. Əhalinin qorunma vasitələri iki cür olur: kollektiv və fərdi.



Kollektiv - buraya əhalinin kollektiv şəkildə qorunması üçün lazım olan mühəndis qurğuları və obyektlər aiddir:

- sadə sığınacaqlar (səngərlər, zirzəmilər və s.);

- hermetikləşdirilmiş sığınacaqlar;

- radiasiya əleyhinə sığınacaqlar.

Fərdi qorunma vasitələri isə üç əsas qrupa ayrılır:

- tibbi qoruyucu vasitələr;

-dərini qoruyan vasitələr;

- tənəffüs orqanlarının qoruyucu vasitələri.



Fərdi qoruyucu vasitələrdən insanların sağlamlığını radio­ak­tiv və zərərli maddələrdən, bakterial mühitdən qorumaq üçün istifadə edirlər.

Tənəffüs orqanlarının qoruyucu vasitələrinə əleyhqazlar, res­piratorlar aiddir. Əleyhqazlar iki cür olur: filtrasiyaedici və izo­lə­edici.




Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə