Kimyəvi şəraitin qiymətləndirilməsi. Düşmənin zəhərləyici maddələr tətbiq etməsi nəticəsində yaranan vəziyyətə kimyəvi şərait deyilir. Kimyəvi şəraitin qiymətləndirilməsinin mahiyyəti adamlara, heyvanlara, torpağa, bitkilərə, su mənbələrinə və s. təsir nəticəsinin dərəcəsini təyin etməkdə, həmçinin dəstələrin və əhalinin kimyəvi zəhərlənmə şəraitində xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında ən məqsədəuyğun fəaliyyətlərin seçilməsidir. Kimyəvi şəraitin qiymətləndirilməsində obyektlərın, bütün qərargahların rəıslərı və dəstə komandirləri obyektlərin mühafizəsini vaxtında təşkil etmək ücün iştirak edir, həmçinin dəstələrin fəaliyyəti haqqında və düşmənin kimyəvi silahı tətbiq etməsinin nəticəsini və onların qalıqlarını aradan qaldırmaq qərarlarını dəqiqləşdirirlər.
Kimyəvi hücum məqsədilə istifadə edilən vasitələrin (təyyarələrin sayı, onların tipi, raketlərin sayı) miqdarı, tətbiq edilən ZM-in növü (kimyəvi bombalar, raketlər, püskürdücü aviasiya bombaları və s.) dəqiqləşdirilir.
Ərazidə ZM-in davamlılığının təyini. Kimyəvi çirklənməni proqnozlaşdırdıqda ərazidə ZM mümkün davamlılığını və zəhərli havanın zədələyici konsentrasiyalarda külək istiqamətində yayılmasını müəyyən edirlər. Bunun üçün küləyin istiqamətini və sürətini, torpağın tempraturunu və atmosferin şaquli davamlılıq dərəcəsini bilmək lazımdır.
Ərazidə ZM-in davamlılığı insanların fərdi mühafizə vasitələrsiz sərbəst davranışı və ya hər hansı işi yerinə yetirə bilməsi müddəti ilə xarakterizə olunur.
İnsanların fərdi mühafizə vasitələrində qalma müddəti, əsasən, ətraf havanın tempraturundan asılıdır. Zarin və iprit tətbiq edildikdə zədələnmə ZM tətbiq edildiyi rayonun hüdudlarında, Vx tətbiq edildikdə isə bütün kimyəvi zədələnmə zonasında olan insanlar, texnika və əmlak təhlükəli dərəcədə zədələnir.
Kimyəvi zədələnmə ocağında insanların mümkün itkisi ZM və GTZM növündən, obyektlərdə fəhlə və qulluqçuların (əhalinin) sayından, mühafizə dərəcəsindən və əleyhqazdan vaxtında istifadə etməsindən asılıdır.
Kimyəvi şəraitin qiymətləndirilməsi əsasında insanların mühafizəsi üçün tədbirlər görülür, xilasetmə işləri aparmaq və zədələnmə nəticələrini aradan qaldırmaq üçün, həmçinin istehsal fəaliyyətinin bərpası və əhalinin həyat fəaliyyətinin təmini üçün tədbirlər işlənib hazırlanır.
Obyektdə mühafizə rejiminin seçilməsində aşağıdakılar nəzərə alınır:
- istehsal fəaliyyəti zamanı fərdi mühafizə vasitələrindən istifadə;
- zəhərli otaqlarda (sexlərdə) işlərin dayandırılması;
- insanların sığınacaqlarda qalma müddəti.
Güclü zəhərlənmiş ərazidən insanların təxliyəsi təşkil edilir. Obyektdə bütün işlər dayandırılır, ərazi, tikililər və obyektdəki bütün avadanlıqlar zərərsizləşdirilir. Obyektlərin konkret iş rejimi, həmin ərazidə küləklərin istiqaməti, nəzərə alınmaqla fəhlə və qulluqçular fərdi mühafizə vasitələrində sülh dövründə aparılacaq xilasetmə işləri məşq edilir və dəqiqləşdirilir.
Kimyəvi şərait anlayışına əhaliyə və obyektlərin işinə mənfi təsir göstərən və ərazinin təhlükəli kimyəvi maddələrlə zədələnməsinin bütün nəticələri aiddir.
Kimyəvi şəraitin qiymətləndirilməsi zəhərli maddələrlə və güclü təsirli zəhərli maddələrlə zədələnmənin miqyasını və xarakterini təyin edir, onların əhaliyə, obyektlərə və mülki müdafiə qüvvələrinə təsirinin analizini aparır.
Kimyəvi şəraitin qiymətləndirilməsinə aşağıdakılar aiddir:
- zəhərlənmə rayonunda zəhərli havanın yayılma dərinliyi və istiqamətini;
- zədələyici maddələrin ərazidə davamlılığının, həmçinin obyektlərin zəhərlənmə xarakterləri və miqyasının öyrənilməsi;
- dəstələrin şəxsi heyətinin və əhalinin zəhərləyici maddələrdən mühafizə dərəcəsini təyin etmək;
- kimyəvi silahın basqınına məruz qalmış obyektləri öyrənmək;
- zəhərləyici maddələrin növünü və təxmini sıxlığını, vaxtını, onların tətbiq vasitələrini və üsullarını təyin etmək;
- ərazinin xarakterini və hava şəraitini öyrənmək.
- kimyəvi zədələnmə zonasının ölçüləri;
- zədələnmiş havanın müəyyən obyektə çatma vaxtını;
- insanların zədələnməsinin qarşısını alan daha məqsədəuyğun variantların seçilməsi;
- ZM-in zədələyici təsirinin və vaxtının öyrənilməsi.
Kimyəvi şəraitin qiymətləndirilməsində əsas göstəricilər:
- ZM-in (və ya GTZM) tipi;
- kimyəvi silahın tətbiq edildiyi vaxt və rayon (püskürdülən zəhərli maddələrin miqdarı);
- ərazinin metereoloji və topoqrafik şəraiti;
- əhalinin mühafizə dərəcəsi, texnika və avadanlığın mühafizəsi.
Metereoloji məlumatlar MM qərargahına radiasiya və kimyəvi müşahidə məntəqələrindən daxil olur, onlar küləyin istiqamətini və sürətini, havanın şaquli sabitlik dərəcəsini öyrənir.
Düşmən tərəfindən kimyəvi silah tətbiq edildikdə yaranan kimyəvi şəraiti qiymətləndirmək üçün aşağıdakıları müəyyən edirlər:
- tətbiqi vasitələrini;
- kimyəvi zədələnmə ocağının sərhədlərini;
- zədələnmə zonasının sahəsini;
- ZM-nin tipini.
Bu məlumatlar əsasında növbəti göstəriciləri qiymətləndirirlər:
- zəhərlənmiş havanın yayılma dərinliyini;
- ZM-in ərazidə və texnika üzərində davamlığını;
- insanların fərdi mühafizə vasitilərində qalma müddətini;
- insanların mümkün zədələnmələrini;
- avadanlığın, texnikanın və əmlakın yoluxmasını.
ZM-in tətbiq edildiyi rayonun sərhədlərinin təyin edilməsi kəşfiyyatın və ya qərargahın rəhbərliyinin məlumatlarına əsasən aparılır.
Kimyəvi şəraiti qiymətləndirdikdə zəhərləyici maddələrin növünü kimyəvi kəşfiyyat cihazları, həmçinin onun tətbiq üsulları ilə təyin edirlər və nəticəni dəqiqləşdirirlər. Zəhərləyici maddələrin tətbiq edilmə rayonu (obyekti), növü, üsulları, miqyası, adətən, adi görmə müşahidəsi ilə təyin edilir, sonra kimyəvi kəşfiyyatın məlumatları ilə dəqiqləşdirilir.
Əgər düşmən təyyarələri səpən təyyarə cihazlarından (STC) istifadə edərsə, deməli, zəhərləyici maddəlar V tipli qaz və iprit növlərinə aiddir. Küləyin sürəti və istiqaməti, yerə yaxın təbəqədə havanın istiliyi haqqında məlumatları obyektin mülki müdafiə qərargahlarına rayonunun MM qərargahı göndərir. Zəhərli havanın yayılmasının təhlükəli məsafəsi zəhərləyici maddələrin tətbiq edildiyi rayonun hüdudundan, küləyin istiqamətilə, dəstələrin şəxsi heyətinin və əhalinin mühafızə vasitələri olmadan təhlükəsiz məntəqəyə qədər olan yola deyilir.
Buludun yayılmasının təhlükəli məsafəsinə aşağıdakılar aiddir:
- kimyəvi silahın tətbiq olunduğu rayonu böyüklüyü;
- buxar və duman (aerozolu yaradan) halına keçən zəhərləyici maddələrin miqdarı və onların zəhərliyi;
- havanın şaquli dayanıqlıq dərəcəsi;
- yerin relyefi və bitkilərin xarakteri.
Zəhərli hava buludu iki yerə bölünür: birinci və ikinci.
Birinci bulud kimyəvi sursatın partlayışı zamanı əmələ gəlir. Mühafızə olunmayan adamlara, heyvanlara və başqa obyektlerə təsir fəaliyyəti az olur.
İkinci bulud isə yerdən və əşyalardan zəhərləyici maddələrin damcılarının buxarlanması nəticəsində əmələ gəlir. Bu da küləyin istiqamətilə yayılır və zəhərləyici maddələrin buxarlanma müddətində ətrafa zəhərlənmə verir.
Düşmən basqınından sonra kəşfiyyatçılar xüsusi cihazların köməyi ilə zəhərləyici maddələrin növünü öyrənir və zəhərlənmə rayonun sərhədlərini nişanlayırlar. Bundan sonra dəstələri hərbi hazır vəziyyətə gətirmək, onlara tibbi yardım göstərmək və xüsusi təmizlik aparmaq üçün bütün tədbirlər görülür. Qəzalar nəticəsində və ya düşmən tərəfindən kimyəvi silahın tətbiqi edilməsi nəticəsində zəhərlənmə ocaqları yaranan zaman qəza baş vermiş ərazinin MM rəisinin qərarına əsasən əvvəlcədən planlaşdırılmış qaydada MM tədbirləri həyata keçirilməyə başlanır. Kimyəvi zədələnmə ocağı zonasında vəziyyəti aydınlaşdırmaq üçün dəstə komandiri kəşfiyyat qrupu göndərir. Kəşfiyyatçılar (adətən, kəşfiyyat manqası) onlara göstərilmiş marşrut üzrə hərəkət edib, kimyəvi kəşfiyyat cihazları vasitəsilə hər 300-400 metrdən bir havanın zəhərlənmə dərəcəsini təyin edirlər. Onlar zəhərlənmə ocağını aşkara çıxarıb, ərazini gözdən keçirir, zəhərlənmiş sahənin sərhədlərini nişanlayır, zəhərlənmə ocağına yanaşma yollarını və GTZM buxarlarının yayılması istiqamətini müəyyən edir, binaların, qurğuların və avadanlığın dağılması xarakterini təyin edir, zəhərlənmə ocağındakı adamların vəziyyətini aydınlaşdırırlar. Kəşfiyyatçılar əldə etdikləri məlumatları dərhal dəstənin komandirinə xəbər verirlər.
Hər bir konkret halda zəhərli maddənin əmələ gətirdiyi zəhərlənmə ocağını məhdudlaşdırmaq üçün nə cür hərəkət etmək – zəhərli maddənin növündən, zədələnmənin xarakterindən, istehsalın texnoloji sxemindən və başqa şərtlərdən asılıdır.
Havada, ərazidə, texnikanın və başqa obyektlərin səthlərindəki zəhərləyici maddələri kimyəvi kəşfiyyat cihazları və qaz siqnalizatoru vasitəsilə, yaxud nümunə götürüb onları kimya labaratoriyalarında təhlildən, analizdən keçirməklə aşkar edirlər. Müşahidə yolu ilə, yəni əşyanın səthindəki ZM damcılarına və ləkələrinə, zəhərli maddənin yaratdığı buludun rənginə, zəhərlənmiş bitki yarpaqlarının rənginin dəyişməsinə görə ancaq bəzi zəhərləyici maddələri təxmini olaraq aşkar etmək mümkündür.
Dostları ilə paylaş: |