|
![](/i/favi32.png) Mm-dən mühazirələrin kanspekti
|
səhifə | 40/122 | tarix | 26.04.2022 | ölçüsü | 6,07 Mb. | | #86038 | növü | Mühazirə |
| Mülki müdafiə6. Bakterioloji silahlar
Bakterioloji silah kütləvi qırğın silahlarından biri olub insan, heyvan və bitkilərə xəstəliktörədici mikroorqanizmlərin zədələyici təsirinə əsaslanır. İnsan və heyvanları yoluxdurmaq üçün seçilmiş patogen mikroorqanizmlər və onların toksinləri istifadə olunur. Patogen mikroorqanizmlər quruluşu, ölçuləri və bioloji təsirinə görə bakteriyalar, viruslar, rikketsiyalar, göbələklər, spiroxetlər və ibtidailər sinfinə bölünür.
Bakteriyalar – birhüceyrəli orqanizmlərdir. Ölçüləri 0,3-0,5 mkm-dən 8-10 mkm-ə qədərdir. 1ml mayedə 550 milyard bakteriya ola bilər. Bakteriyaların çoxalması bölünmə yolu ilə olur. Əlverişli şəraitdə hər 20-30 dəq-də bakteriyalar ikiyə bölünür. Bakteriyaların tipik nümayəndələri- Sibir xorası, tulyaremiya, vəba, taun və s. törədiciləridir. Bakteriyalar yüksək temperatur, işıq şüaları, rütubət və dezinfeksiyaedici maddələrin təsirinə həssasdır. Bəzi bakteriyalar xüsusi kapsula ilə örtülür və spor əmələ gətirir. Sporlar yüksək və aşağı temperatura, qurumaya, dezinfeksiyaedici maddələrin təsirinə çox davamlıdır. Viruslar – mikroorqanizmlərin xüsusi sinifidir. Ölçüləri çox kiçikdir, canlı toxumadan kənarda yaşaya bilmirlər, buna görə bunları hüceyrədaxili parazitlər adlandırırlar. Günəş və ultrabənövşəyi şüaların, yüksək temperaturun, dezinfeksiyaedici maddələrin təsirinə həssasdırlar. Viruslar 200-dən artıq xəstəliyın səbəbi ola bilir.
Dostları ilə paylaş: |
|
|