1.2.
«Azərbaycan Respublikasının iıüquq nıülıafizə orqanları»
kursunun başqa luiquq fənləri sistenıində yeri
«Azərbaycan Respublikasının hüquq mühafizə orqanları»
fənni, yuxarıda qeyd edildiyi kimi, dövləl orqanları sistemində
hüquq mühafizə fəaliyyəti haqqında ilkin anlayışları özündə əks
etdirir və bu fənn digər hüquq fənnləri ilə sıx əlaqədə öyrənilir.
Bunlardan ilk növbədə «Konstitusiya hUququ»nıı
göstərmək lazımdır. Bu fənn başqa problemləri özündə əks
etdirməklə yanaşı, hüquq mühafizə orqanlarının digər dövlət
orqanları arasında olan yerini və fəaliyyət dairələrinin mühüm
cəhətlərini onlar arasında qarşılıqlı əlaqələri, fəaliyyət göstərmə
prinsiplərini açıqlayır. Bu prinsipləri əhatə edən Azərbaycan
Respublikasının Konstitusiyasında - insan və vətəndaş hüquq və
azadlıqlarına, məhkəmə hakimiyyətinə həsr edilmiş müddəalar
III, IV və VII fəsillərdə hərtərəfli və geniş işıqlandırılmışdır.
Göstərilən kursun dövlət orqanlarının təşkili və fəaliyyət
göstərməsinin qanunauyğunluqlarını özündə cəmləşdirən
«İnzibati lıüqu(|»la da sıx əlaqəsi vardır. Hüquq mühafizə
orqanlarından Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli
Təhlükəsizlik Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük
Komitəsi və onlara tabe olan strukturlar öz funksiyalarını həm də
icra hakimiyyəti funksiyaları çərçivəsində həyata keçirirlər.
Bununla əlaqədar olaraq, həmin orqanların idarəçilik
səlahiyyətləri inzibati hüquq normalarına uyğun şəkildə qurulur.
«Azərbaycan Respublikasının hüquq mühafizə orqanları»
fənninin «Cinayət prosesi» ilə çox sıx əlaqəsi vardır. Çünki bu
orqanların fəaliyyətlərinə düzgün qiymət verilməsi cinayət
icraatı işlərinin aparılması vəziyyətindən və cinayət- prosessual
qaydalara necə riayət edilməsindən asılıdır. Cinayət prosesi
hüquq mühafizə orqanlarına cinayətlərin açılmasında, günahkar
şəxslərin ifşa olunmasında və ya
günahsız cinayət məsuliyyətinə cəlb edilən şəxslər haqqında
bəraətverici qərarların qəbul edilməsində köməklik göstərir.
Həmçinin bu, işə bu və ya digər formada cəlb olunan
vətəndaşlara qarşı olan münasibət və hüquqi rəftar
davranışlarının düzgün aparılmasında və başqa vacib
məsələlərin həllində çox mühüm təsəvvür və hüquqi baza
yaradır. Bundan əlavə təhqitat, istintaq, məhkəmə, prokurorluq
və vəkillik orqanları arasında olan hüquqi münasibətlər cinayət
prosesi çərçivəsində nizamlanır.
Bəhs olunan fənnin «Mülki proseslə» də sıx surətdə
əlaqəsinin olması mübahisəli mülki işlərə baxılarkən məhkəmə
fəaliyyətinin həyata keçirilməsində də özünü aydın göstərir.
Hüquq fakültələrinin yuxarı kurs tələbələrinə hüquq
mühafizə fəaliyyətinin əsas sahəsi kimi «Prokuror nəzarəti»
fənni tədris edilirdi. Burada prokuror nəzarətinin həyata
keçirilmə forma və metodlarının məzmunu geniş tədqiq edilirdi.
Hal-hazırda bu fənn «Azərbaycan Respublikasının hüquq
mühafizə orqanları» kursuna daxil edilərək prokurorluğun
statusunda mühüm dəyişikliklər baş verdiyi üçün xeyli ixtisar
edilmişdir.
«Azərbaycan Respublikasının hüquq mühafizə orqanları»
fənni hüquq elminin başqa sahələri ilə də sıx surətdə əlaqədədir.
1.3.
«Azərbaycan Respublikasının hüquq mühafizə orqanları»
kursunun qanunvericilik mənbələri, bu orqanlar haqqında hüquqi
aktların məzmununa görə təsnifatı
Hüquq mühafizə orqanlarının təşkili və funksiyaları
haqqında geniş təsəvvürə malik olmaq üçün çoxlu miqdarda
qanunvericilik və digər hüquqi aktların dərindən öyrənilməsi
tələb olunur. Bunların sayını dəqiq müəyyən etmək mümkün
deyildir. Bu aktları dəqiq hesablamaq da çətindir, çünki
=
14 r -
-
=
onların oksoriyyolindo çoxlu maddobr, paraqraflar, bondlor vo
s. vardır.
Bu məsələ onunla izah edilir ki, «Azərbaycan
Respublikasının hüquq mühafizə orqanları» kursu dövlət və
qeyri- dövlət təşkilatlarının və vəzifəli şəxslərin fəaliyyət
dairələrini əhatə edir ki, onların da fəaliyyət dairələrinin xeyli
hissəsi indiyə kimi qanunvericilik və hüquqi aktlarla
tənzimlənməmişdir.
Belə vəziyyət isə hüquq mühafizə orqanları sisteminin
əsaslandığı hüquqi bazanın öyrənilməsini təbii olaraq bir qədər
mürəkkəbləşdirir. Belə bir çətinliyin aradan qaldırılması üçün
ümumi baza yaradan aktların bölünmə sisteminin işlənib
hazırlanması məqsədəmüvafiq hesab edilir.
Bu sistemi yaradarkən hüquq mühafizə orqanlarının hüquqi
aktlarının siyahısı onun məzmununa və hüquqi əhəmiyyətinə
görə verilməlidir.
Məzmunundan (predmetindən) asılı olmayaraq bəhs olunan
hüquqi aktları aşağıdakı qruplara bölmək olar:
-
ümumi
xarakterli
-
Azərbaycan Respublikasının
Konstitusiyası, İnsan Hüquqlarına dair Ümumi Bəyannamə,
Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İnsan
hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa
Konvensiyası, Azərbaycan Respublikasının qoşulduğu digər
beynəlxalq və dövlətlərarası müqavilələr, Azərbaycan
Respublikasının
Cinayət
Məcəlləsi,
Cinayət-Prosessual
Məcəlləsi, Mülki-Prosessual Məcəlləsi, İnzibati Xətalar
Məcəlləsi;
-
məhkəmə hakimiyyətinə və ədalət mühakiməsinə aid
«Məhkəmələr
və
hakimlər
haqqında»,
«Konstitusiya
Məhkəməsi haqqında» Azərbaycan Respublikasının Qanunları;
-
«İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman)
haqqında»,
«Prokurorluq
haqqında»,
«Azərbaycan
Respublikasının prokurorluq orqanlarında qulluq keçmə
haqqında»,
=
15
-------------------
Dostları ilə paylaş: |