vivo
Morq küçəsində qətl
29 |
s ə h i f ə
yerinə yetirilməsi adamdan fövqəladə dərəcədə, demək olar ki,
misli görülməmiş cəldlik tələb edir. Əlbəttə, deyəcəksiniz, bizim
vəkillərin diliylə söyləsək, bu işdə çevikliyin zəruriliyini tamamilə
etiraf etməkdənsə, onu gizlətmək “mənim xeyrimə” olardı. Həqi-
qət mənim yalnız son məqsədimdir. Qarşımda duran vəzifə
–
nəzərinizə belə bir müqayisəni çatdırmaqdan ibarətdir: birincisi,
haqqında sizə danışdığım fövqəladə çeviklik məsələsi; ikincisi,
həmin ciyiltili və yaxud kobud səs. O səslərin milli mənsubiyyəti
barədə iki nəfərin fikrinin bir-birinə uyğun gəlmədiyini və danışığ-
dakı bir sözün belə ayırd edilmədiyini bilirsiniz.
Bu sözlərdən sonra beynimdə dumanlı şəkildə olsa da Dü-
penin nə demək istədiyi, deyəsən, mənə çatırdı. Mənə elə gəldi ki,
beynimi bir qədər də işə salsam, onun fikrini başa düşəcəyəm.
Bəzən adam nəyisə xatırlamaq üçün yaddaşına güc verir, amma
yadına sala bilmir ki, bilmir. Dostumsa söhbətinə davam etdi.
–
Görürsünüz,
–
Düpen dedi,
–
qatilin otaqdan necə çıxma-
ğını otağa girməyi ilə əvəz etdi. Demək istəyirdim ki, bunların hər
ikisi eyni yol ilə, eyni yerdə baş verirdi. İndi isə gəlin xəyalən ota-
ğın içinə qayıdıb, oradakı mənzərəyə nəzər salaq. Şkafın siyirmə-
lərinə əl gəzdirilmişdi. Geyim şeylərinin öz yerlərində olmasına
baxmayaraq, bəzilərinin oğurlandığını deyirdilər. Belə nəticəyə
gəlmək gülünc görünür. Bu sadəcə olaraq fərziyyədir, özü də ax-
mağından. Vəssalam. Biz haradan bilək ki, bu siyirmələrin içində
tapılan əşyalardan başqa orada özgə şeylər də olub. Madam
L’Espanye və qızı həddindən artıq qapalı həyat tərzi keçirirmişlər.
Gedib gələnləri olmazmış. Nadir hallarda bir yana gedərmişlər.
Çoxlu pal-paltar onların nəyinə lazımdır? Əgər oğru bir şey götü-
rübsə, nə üçün ən yaxşısına əl vurmayıb və ya hamısını götür-
məyib? Sözün qısası, oğru nə üçün dörd min frank qızıl pula
toxunmayıb, əvəzinə lazımsız əski-üsküyə tamah salıb? Yenə
deyirəm, qızıl pulları götürməyib. Demək olar ki, bankir müsyö
vivo
Morq küçəsində qətl
30 |
s ə h i f ə
Minonun xatırlatmış olduğu pulların hamısı kisələrdən əl dəymə-
miş halda döşəmənin üstündə idi. Buna görə də ifadələrdən
pulların evə çatdırılmasından bəhs edən hissələrin təsiri altında
polis işçilərinin beyinlərində kök salmış vadaredici səbəblər barə-
sindəki yanlış fikirləri istəyirəm siz də birdəfəlik başınızdan çıxa-
rasınız. Pulun evə çatdırılması və üç gündən sonra pul sahiblərinin
qətlə yetirilməsindən on qat təsirli təsadüflər hər gün hamımızın
gözü qabağında baş verir, biz isə onları ötəri də olsa duya bilmirik.
Ümumiyyətlə, təsadüflər ehtimal nəzəriyyəsinə məhəl qoymayan
mütəfəkkirlərin yolunda böyük əngəl olub, halbuki insan zəkasının
ən mühüm sahələri özünün məşhur kəşfləri üçün ehtimal nəzəriy-
yəsinə borcludur. Əgər pulları götürmüş olsaydılar, onların evə
qətldən əvvəl gətirilməsinə təsadüf kimi yox, başqa cür baxmaq
olardı və vadaredici səbəblər bu işin bir növ təsdiqi kimi görünər-
di. Bu cinayətdə pulları əsas vadaredici səbəb kimi fərz etməli
olsaq, onda gərək onları götürməyən canini ya maymaq, ya da sə-
feh adlandıraq. Indi isə diqqətinizi möhkəmcə yadda saxladığınız
aşağıdakı cəhətlərə yönəltmək istəyirəm: xüsusi səs, qeyri-adi
çeviklik və inandırıcı səbəbin olmaması. Özünün dəhşəti ilə fərq-
lənən bu cinayətin baş verdiyi mənzərəyə nəzər salaq. Qızı əllə
boğub öldürüblər və meyitini başıaşağı vəziyyətdə buxarıya tıxa-
yıblar. Adi canilər bu cür öldürmürlər. Heç vaxt onlar öldürdükləri
adamın meyitini belə gizlətmirlər. Etiraf edin ki, bu qətldə elə bir
dəhşətli şey var ki, o hətta ən rəzil adamın hərəkətləri ilə bir araya
sığmır. Bir də, özünüz təsəvvür edin, meyiti buxarıya bu tərzdə
pərçim etmək üçün nə qədər güc lazım imiş! Bir neçə adamın səyi
nəticəsində onu zorla dartıb aşağı düşürdüblər! İndi bu dəhşətli
qüvvənin başqa cəhətlərinə baxaq. Buxarının kənarında olduqca
sıx, uzun ağsaç cəngəsi yapışıb qalıb. Saç dəri ilə bir yerdə qopar-
dılıb. Başdan iyirmi-otuz tükü birlikdə qoparmaq üçün nə qədər
güc sərf olunduğunu bilirsiniz?! Qoparılmış baş tüklərini sizin
vivo
Morq küçəsində qətl
31 |
s ə h i f ə
kimi mən də gördüm. Onların kökündə
–
demək dəhşətdir!
–
başın
dərisi ilə birgə qoparılmış qanlı ət parçaları vardı. Yarım milyon
tükü bir dəfəyə qoparmaq üçün sərf olunan gücü təsəvvür etmək
çox da çətin deyil. Qarının başı bədənindən tamamilə üzülmüşdü.
Adi ülgüclə kəsilmişdi. İstərdim siz həm də bu işlərin vəhşilərə
məxsus bir qəddarlıqla edilməsinə diqqət yetirəsiniz. Madam
L’Espanyenin bədənindəki qançırlardan hələ danışmıram. Müsyö
Düma və onun hörmətli həmkarı müsyö Etyen deyirlər ki, qançır-
lar küt bir alətlə edilmişdir. Aydındır ki, həmin küt alət həyətdəki
döşəmə daşları ola bilərdi. Meyiti qabağında çarpayı qoyulmuş
pəncərədən həmin o daşların üstünə tullamışdılar. Bu fikir, indi
belə sadə görünür, pəncərə qapaqlarına polis əhəmiyyət verməmiş-
dir. Çərçivədəki mismarlar fikri yayındırmışdır, onların heç ağlına
gəlməmişdir ki, pəncərələr açılır. Bu dediklərimizə yataq otağın-
dakı qarmaqarışıqlığı əlavə etsək və fövqəladə çevikliyi, insanın
imkanı xaricində olan gücü, vəhşicəsinə edilmiş bu qəddarlığı,
səbəbsiz qətli, səsi və intonasiyası ilə bir neçə milləti təmsil edən,
adamlara tamamilə yad olan, hər cür aydınlıqdan və başa düşül-
məkdən uzaq o ciyiltili səs barədə fikirləri bir-biriylə əlaqələndir-
sək, bundan hansı nəticəyə gəlmək olar? Təsəvvürünüzdə kimin
surəti canlanar?
Düpen məndən bu sualı soruşanda ətim ürpəşdi.
–
Dəlinin biri,
–
dedim,
–
bunu yaxınlıqdakı dəlixanadan
qaçan ruhi xəstə edib.
–
Bəzi cəhətdən,
–
o dedi,
–
fikriniz ağlabatandır. Amma
xəstəliyin ən şiddətli anında dəlilərin çıxardığı səslər, adamlar
pilləkənləri qalxarkən eşitdikləri o xüsusi səslə yenə də müqayisə
edilə bilməz. Dəli adam, necə də olsa, hər hansı bir millətə məx-
susdur. Nitqinin bəzən rabitəsiz olmasına baxmayaraq, ümumiy-
yətlə, dili anlaşıqlı olur. Bundan başqa, dəlinin saçı əlimdə tutdu-
Dostları ilə paylaş: |