Мөһсин Гираәти



Yüklə 3,08 Mb.
səhifə63/81
tarix17.11.2017
ölçüsü3,08 Mb.
#10999
1   ...   59   60   61   62   63   64   65   66   ...   81

Nöqtələr


◘“İcram” və “curm” lüğətdə kal meyvələrin dərilməsi mənasını bildirir. Başqa hallarda bəyənilməmiş, xilaf işlər mənası bu sözlərlə ifadə olunur.

Bildirişlər


1. Allah-təala peyğəmbərə müşriklərlə sorğu-sual, rəftar qaydalarını öyrədir.

2. Öz sözlərini Allaha aid etmək günahdır.

3. Hər kəs öz əməlinin məsuliyyətini daşıyır.

4. Şirkdən üz döndərmək zəruridir.

5. Şirk günahdır.

Ayə 36:

﴿وَأُوحِيَ إِلَى نُوحٍ أَنَّهُ لَن يُؤْمِنَ مِن قَوْمِكَ إِلاَّ مَن قَدْ آمَنَ فَلاَ تَبْتَئِسْ بِمَا كَانُواْ يَفْعَلُونَ﴾

(Bizim tərəfimizdən) Nuha vəhy olundu ki, (bu vaxtadək) iman gətirənlərdən savay sənin qövmündən (digərləri) heç vaxt iman gətirməzlər. Onların gördüyü işlərə görə qəmgin olma.”


Nöqtələr


◘Bu ayədən məlum olur ki, həzrət Nuh öz qövmünü Allahın xəbərdarlığı əsasında lənətləmişdir. Həzrət Nuh öz qövmü haqqında dedi: “Pərvərdigara! Yer üzündə bir nəfər də olsun kafir saxlama.”1

Bildirişlər


1. İnsan bəzən süquta elə uğrayır ki, onun qurtuluşuna heç bir ümid qalmır.

2. Allah-təala gələcəyin xəbərlərini peyğəmbərlərə çatdırır.

3. Dini rəhbərlər və təbliğatçılar bütün xalqdan müsbət cavab gözləməməlidirlər.

4. Peyğəmbərlər xalqa canıyanan olsalar da, inadkar fərdlər üçün təəssüf etmək olmaz.

5. Təbliğ doğru yola gələcəyinə ümid olan fərdlərə ünvanlanmalıdır.
Ayə 37:

﴿وَاصْنَعِ الْفُلْكَ بِأَعْيُنِنَا وَوَحْيِنَا وَلاَ تُخَاطِبْنِي فِي الَّذِينَ ظَلَمُواْ إِنَّهُم مُّغْرَقُونَ﴾

(İndi) Bizim nəzərimiz altında, Bizim göstərişimizə və ilhamımıza əsasən gəmi düzəlt. Zülm edənlər haqqında bizimlə danışma. Onlar qərq olasıdırlar.”


Bildirişlər


1. Allah-təala Öz iradəsini təbii yolla gerçəkləşdirir. Daim qeybi işlər intizarında olmamalıyıq.

2. Allahın övliyaları üçün işləmək ar deyil.

3. Xalqın qurtuluşu üçün nəsihət bəs etmir. Qurtuluş vasitələri hazırlamaq zəruridir.

4. Gəmiqayırmanın yetərincə uzun tarixi var.

5. Allahın hüzuruna diqqət insanın qəlbini isidir, onu çətinliklər qarşısında dözümlü edir.

6. Kəşf və ixtiralar ilahi ilhamdır.

7. Peyğəmbərlərin şəfaəti zalımlar üçün səmərəsizdir.

8. Peyğəmbərlərə qarşı inadkarlıq zülmdür.

9. Peyğəmbərlərin dua və şəfaəti ilahi müqəddərata təsir göstərmir.

10. Sitəmkarlar üçün dünyəvi əzaba düçar olma təhlükəsi var.

11. Allah-təala əzab zamanı həqiqətən pak olan insanlara nicat verir.
Ayə 38:

﴿وَيَصْنَعُ الْفُلْكَ وَكُلَّمَا مَرَّ عَلَيْهِ مَلأٌ مِّن قَوْمِهِ سَخِرُواْ مِنْهُ قَالَ إِن تَسْخَرُواْ مِنَّا فَإِنَّا نَسْخَرُ مِنكُمْ كَمَا تَسْخَرُونَ﴾

Nuh (Allahın əmri ilə) gəmi düzəltməyə başladı. Qövmünün böyükləri hər dəfə onun yanından ötərkən onu məsxərəyə qoyurdular. O dedi: “Əgər siz bizi məsxərəyə qoyursunuzsa, biz, şübhəsiz, həmin cür sizi məsxərəyə qoyacağıq.”


Nöqtələr


◘Düşmənlərin məsxərəsi bizi süstləşdirməsin. Peyğəmbərlər də məsxərəyə qoyulmuşdur. Həzrət Nuh gəmi düzəltdiyi vaxt bir şəxs dedi: “Peyğəmbərlikdən bir şey çıxmadı, dülgərliyə əl atdı.” Bir başqası dedi: “Quru yerdə gəmi düzəldirsən, dənizi haradan gətirəcəksən?” İmam Sadiq (ə) buyurmuşdur: “Nuh öz gəmisini 80 ilə düzəltdi.1 Gəmi Kufə məscidinin yerində düzəldildi.2 Onun uzunluğu 400, eni 40 metrə çatırdı.3

Bildirişlər


1. Peyğəmbərlər Allahın əmrinə təslimdirlər.

2. Nuh gəmini camaatın yolu kənarında düzəldirdi.

3. Kafirlər, adətən, cəmiyyət içində, həm də özlərini güclü hiss etdikdə məsxərəyə qoyurlar.

4. Düşmənin təbliğatı hərtərəfli, həmişəlik və əhatəlidir.

5. Bir işin hikmətindən xəbərimiz yoxdursa, o işi məsxərəyə qoymayaq.

6. Məntiq və dəlildən məhrum olan düşmən məsxərə və istehzaya əl atır.

7. Xalqın atmacaları və təzyiqlərindən süstləşib, gələcək nəsillər üçün hazırlıq görməyi yaddan çıxarmayaq.

8. Nuhun ardıcılları ona gəmi düzəltməkdə kömək edirdilər.

9. Düşmənlər Nuha üz tutsa da, əslində Nuhun dinini məsxərəyə qoyurdular.

10. İstehza çirkin işdir. Amma məsxərə edənə cəza olaraq istehza etmək eynən ədalətdir.4

11. Düşmənin istehzaları bizi çaşdırmasın. Bu istehzalara cavab vermək lazımdır.
Ayə 39:

﴿فَسَوْفَ تَعْلَمُونَ مَن يَأْتِيهِ عَذَابٌ يُخْزِيهِ وَيَحِلُّ عَلَيْهِ عَذَابٌ مُّقِيمٌ﴾

Tezliklə biləcəksiniz ki, zəliledici əzab kimin sorağına gələcək və əbədi əzab kimi yaxalayacaq.”


Nöqtələr


◘“Əl-mizan” təfsirində bildirilir ki, “əzabun yuxzih” dedikdə dünya əzabı, “əzabun muqim” dedikdə isə Qiyamət əzabı nəzərdə tutulur.

Bildirişlər


1. Kafirləri qorxutmaq və hədələməklə onları istehzanın şirinliyindən məhrum edək.

2. Kafirlərin qiyamət əzabını yada salıb Allah yolunda məsxərəyə qoyulmağımıza dözək.

3. Məsxərə edən kafirlər üçün axirət əzabı davamlıdır.
Ayə 40:

﴿حَتَّى إِذَا جَاء أَمْرُنَا وَفَارَ التَّنُّورُ قُلْنَا احْمِلْ فِيهَا مِن كُلٍّ زَوْجَيْنِ اثْنَيْنِ وَأَهْلَكَ إِلاَّ مَن سَبَقَ عَلَيْهِ الْقَوْلُ وَمَنْ آمَنَ وَمَا آمَنَ مَعَهُ إِلاَّ قَلِيلٌ﴾

Qəhr-qəzəbiniz gəlincə, təndir qaynayınca (onların küfr və istehzası davam etdi). Biz (Nuha) dedik ki, hər zövcdən bir cütünü və (əzab) vəd olunmuşlar istisna olmaqla öz ailəni, iman gətirən kəsləri (gəmiyə) mindir. Kiçik bir dəstədən savay onunla birlikdə iman gətirən olmamışdır.”


Nöqtələr


◘“Tənnur” dedikdə bizim dilimizdəki təndir mənası başa düşülür. Təndirin qaynaması təbiri iki cür anlaşıla bilər: ilahi qəhr-qəzəb o qədər şiddətlənmişdir ki, hətta təndirdən, alovun içindən su qaynayıb çıxır; təndirdən suyun qaynaması ilahi əzabın başlamasına işarə ola bilər.1

◘Bəzi rəvayətlərə əsasən, həzrət Nuh gəmiyə heyvanlarla yanaşı müxtəlif ağaclar da götürmüşdü.2 Belə anlaşılır ki, cütlük (erkək-dişilik) təkcə heyvanlara aid deyil. “Hər zövcdən bir cüt” təbiri bütün mövcudlara aid ola bilər.

Rəvayətlərdə belə bir açıqlama verilir ki, “hər zövcdən bir cüt” dedikdə hər növdən bir cüt əhliləşmiş, bir cüt vəhşi zövcün gəmiyə mindirilməsi nəzərdə tutulur.3

◘“Ruhul-Məani” təfsirində bildirilir ki, həzrət Nuhun dörd oğlu vardı: Tufanda həlak olmuş Kənan, ərəb atası Sam, Sudan atası Ham, türk atası Yafis. Rəvayətlərdə bildirilir ki, Nuhun özü ilə gəmiyə götürdüyü mömin bir qızı vardı.4

◘Hədisdə bildirilir ki, Allah-təala Nuh qövmünə əzab nazil etmək istədikdə 40 il müddətinə onların qadınlarını sonsuz saxladı.5


Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə