Мөһсин Гираәти



Yüklə 3,08 Mb.
səhifə59/81
tarix17.11.2017
ölçüsü3,08 Mb.
#10999
1   ...   55   56   57   58   59   60   61   62   ...   81

Bildirişlər


1. Əməlin özü yox, onun məqsədi mühümdür.

2. İnsan azaddır və istədiyi yolu seçə bilər.

3. Allah ədalətlidir. Hətta Onun razılığını gözləməyənlərin dünya mükafatını əskiltmir.

4. Dünyapərəstlik haqqın qəbul olunmamasının dəlilidir.




Ayə 16:

﴿أُوْلَـئِكَ الَّذِينَ لَيْسَ لَهُمْ فِي الآخِرَةِ إِلاَّ النَّارُ وَحَبِطَ مَا صَنَعُواْ فِيهَا وَبَاطِلٌ مَّا كَانُواْ يَعْمَلُونَ﴾

Onlar qiyamətdə oddan savay bir şeyi olmayanlardır. Dünyada hazırladıqları şeylər havaya sovruldu. Gördükləri əməllər batil və səmərəsiz olacaq.”


Nöqtələr


◘Vəzifəsi ibadət olan və bu işi Allaha yaxınlıq məqsədi ilə yerinə yetirməli olan insan uyğun məqsədi gizləmədikdə gördüyü işlər batildir. Allaha yaxınlıq qəsdi olmadan və dünya üçün görülən işlərin isə nəticəsi yalnız dünyaya aiddir və bu əməl qiyamətdə puça çıxar.

◘Peyğəmbərin (s) ətrafındakılardan biri bir qadına nəzər salıb ona əl uzatdı. Getdiyi yolda uçulan divar onun üz-gözünü yaraladı. Həzrət Peyğəmbər (s) bu əhvalatı eşidib buyurdu: “Allah səni dünyada cəzalandırdı ki, axirətdə əziyyət çəkməyəsən. Bəzi fərdlərin isə əməllərinin mükafatı bu dünyada verilir ki, axirətdə bir tələbləri olmasın.”1

◘Həzrət Əli (ə) bu ayəni tilavət edərkən buyurmuşdur: “Bir qığılcımı yerə düşdükdə bütün cücərtiləri yaxıb-yandıran oda necə səbir edim?!”2

Bildirişlər


1. Axirətdə dünyapərəstlərin əli boşdur.

2. Dünya üçün, riyakarlıqla görülən işlər axirətdə puça çıxır.


Ayə 17:

﴿أَفَمَن كَانَ عَلَى بَيِّنَةٍ مِّن رَّبِّهِ وَيَتْلُوهُ شَاهِدٌ مِّنْهُ وَمِن قَبْلِهِ كِتَابُ مُوسَى إَمَامًا وَرَحْمَةً أُوْلَـئِكَ يُؤْمِنُونَ بِهِ وَمَن يَكْفُرْ بِهِ مِنَ الأَحْزَابِ فَالنَّارُ مَوْعِدُهُ فَلاَ تَكُ فِي مِرْيَةٍ مِّنْهُ إِنَّهُ الْحَقُّ مِن رَّبِّكَ وَلَـكِنَّ أَكْثَرَ النَّاسِ لاَ يُؤْمِنُونَ﴾

Rəbbi tərəfindən aşkar dəlili olan, ardınca Ondan (Allahdan) bir şahid gələn, bundan öncə Musanın kitabı rəhbər və rəhmət olmuş (həmin kitabda gəlişi müjdə verilmiş kimsə başqaları kimi ola bilərmi?”) Onlar (haqpərəstlər) ona iman gətirər. Onu inkar edən dəstədən olan kəsin yeri oddur. Ondan sonra tərəddüddə olma. Şübhəsiz, o (vəhy), xalqın əksəri iman gətirməsə də, Rəbbin tərəfindən gəlmiş bir haqdır.”


Nöqtələr


◘Əksər şiə mənbələrinin bildirdiyinə əsasən, “şahid” təbiri Əli ibn Əbi-Talibə (ə) işarədir.3 Bu həqiqəti Həzrət Əli (ə) də öz xütbəsində təsdiqləmişdir.

◘Bu ayəyə əsasən, Peyğəmbərin (s) şahidi onun özündəndir. Şiə və sünni rəvayətlərinə əsasən, Peyğəmbər (s) buyurmuşdur: “Mən Əlidənəm, Əli də məndən.”4

◘“Rəd” surəsinin son ayəsində bildirilir ki, Peyğəmbər (s) kafirlərin müəyyən iradlarının cavabında buyurdu: “Mənimlə sizin aranızda şahidlik üçün Allah və kitab elmi olan kəs bəs edər.” Şiə və sünni rəvayətlərinə əsasən, həzrət öz buyruğunda Əli ibn Əbi-Talibi (ə) nəzərdə tutmuşdur. Əli (ə) ilə bağlı bəzi yerdə “şəhid”, bəzi yerdə “şahid” kəlmələri işlədilmişdir.

Bildirişlər


1. Öz təbliğatınızda qarşı tərəfin sağlam vicdanını məntiqi suallarla mühakiməyə çağırın.

2. Quran Allahın xalqa höccəti, dəlilidir.

3. Peyğəmbərin həyatı dövründə ona ardıcıl olan kəs peyğəmbərdən sonra da onun canişinidir.

4. Haqpərəst və fədakar ardıcılların varlığı peyğəmbərləri tanıma yollarından biridir.

5. Allah xalq üçün höccəti, zəruri dəlilləri tamamlamışdır. Həm Quran özü möcüzədir, həm də onun Əli ibn Əbi-Talib (ə) kimi şahidi var. Bu həqiqət həm də Tövrat tərəfindən müjdə verilmişdir.

6. Səmavi kitablar bir-birlərini təsdiqləyir.

7. Təbliğdə qarşı tərəfi tanımaq mühümdür. Hicazda yəhudilər məsihilərdən çox idi. İncildə də müjdələr verilməsinə baxmayaraq, Quran yəhudilərə müraciət edir.

8. Səmavi kitablar və ilahi qanunlar xalq üçün hidayət yolu və rəhmət vasitəsidir.

9. Xalq səmavi kitabı özünə rəhbər götürməlidir.

10. İmamət və rəhmət yanaşı olmalıdır.

11. Ölçü və mehvər firqə yox, həqiqətdir. Firqə, irq, məntəqə fərqlərinə yox, haqqa əsaslanq.

12. Hansı tayfadan və firqədən olmasına baxmayaraq bütün insanlar Qurana üz tutmalıdırlar. Əks təqdirdə, bəşəriyyəti Allahın qəhri gözləyir.

13. Bəzilərinin küfrü möminləri süstləşdirməsin.

14. Çoxluq haqlılıq nişanəsi deyil.


Ayə 18:

﴿وَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَى عَلَى اللّهِ كَذِبًا أُوْلَـئِكَ يُعْرَضُونَ عَلَى رَبِّهِمْ وَيَقُولُ الأَشْهَادُ هَـؤُلاء الَّذِينَ كَذَبُواْ عَلَى رَبِّهِمْ أَلاَ لَعْنَةُ اللّهِ عَلَى الظَّالِمِينَ﴾

Allaha iftira yaxandan da zalım kimdir? Onlar (qiyamətdə) Rəblərinə tapşırılarlar. Şahidlər deyəcəklər: “Bunlar Rəblərinə iftira yaxan kəslərdir.” Bilin ki, zalımlar Allahın lənətinə gələrlər.”


Nöqtələr


◘Qiyamət mühakiməsinin bir çox şahidi var: bütün əməllərimizə şahid olan Allah1; həzrət Peyğəmbər (s)2; məsum imamlar3; mələklər4; yer5; vicdan6; bədən üzvləri1; zaman imam Zeynəlabidin (ə) “Səhifeyi-Səccadiyyə kitabının” altıncı duasında qiyamətdə zamanın şahid olacağını qeyd edir.); əməl2.

Sual: Quran bir çox günahlarla bağlı cəm formada “əzləm” sözünü işlətmişdir. Məgər zülmlərin ən böyüyü bir zülm deyilmi?



Cavab: Bu təbir on beş məqamda işlədilsə də, bütün hallarda şirk, iftira, haqqın gizlədilməsi kimi düşüncə azğınlıqlarından söhbət gedir. Beləcə ən böyük zülm düşüncə, mədəniyyət və etiqadla bağlı zülmdür.

◘Quran bu və bundan əlavə bir neçə ayədə iftiraçı insanların simasından və taleyindən danışaraq buyurur: iftiraçılar insanların ən zalımıdırlar, ilahi lütflərdən məhrumdurlar, qiyamətə imanları yoxdur, həqiqəti təhrif edirlər, Allah yolunu bağlayırlar, qiyamətdə yardımçıları yoxdur, əzabları neçə qat artıqdır, ömürləri puça getmişdir, səyləri əbəsdir, varlıqlarını uduzmuşlar.



Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə