Mövlüd Süleymanlı



Yüklə 6,83 Mb.
Pdf görüntüsü
səhifə26/213
tarix31.10.2018
ölçüsü6,83 Mb.
#77269
1   ...   22   23   24   25   26   27   28   29   ...   213

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

çaxalın 


yanına 

uzanırdı. 

Qarakəlləoğlu 

gözlənilmədən  yapıncını  çiynindən  atdı,  iri 

addımlarla  itlərə  sarı  gəldi,  firəng  itinin 

xaltasından  tutub  dik  qaldırdı,  sallaya-sallaya 

gətirib maşına qoydu: 

-Civan  kirvə,  sənin  bu  gətirdiyin  it  itə 

dalını  çevirir...belə  itlə  it  boğuşmaz.  Bizimkini 

də qeyrətsiz elədi. 

Şaqqıltıya 

başını 


qaldırdı, 

maşının 


üstündəki  gənc  ermənilər  avtomat  silah 

götürmüşdülər,  biri  Qarakəlləoğlunu,  biri  də 

camaatı  nişan  almışdı.  Qarakəlləoğlu  elə 

bayaqdan  gülümsəyirdi,  indi  də  gülə-gülə 

onlara tərəf getdi, Ulubabyan aradaydı: 

-...Çi qarelya,

15

 - uzun arıq barmağını gənc 



ermənilərə  sarı  silkələyirdi,  -  Him  hınaravor 

çe...!


16

 

Kənd  onsuz  da  neçə  gündü  ayaq  üstədi, 



avtomat  silahları  görüb  dalğalandı,  sarışın 

oğlanın  tüfəngi  hasara  söykənmişdi,  kimsə 

toxundu,  qundağı  yerə  dəyən    kimi  açıldı...Bir 

                                                           

15

 Olmaz...! (ermənicə) 



16

 

İndi yeri deyil...(ermənicə)



 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

anlığa  bilmədilər  səs  hardan  gəldi,  yerdəki 



ermənilər  səmt  tapa  bilmədikləri  üçün  kəndin 

adamlarına qarışdılar, maşının üstəkilər bağıra-

bağıra  avtomat  silahla  camaatın  başı  üstündən 

səs  gələn  trəfi  atəşə  tutdu,  bir  anın  içində 

kəndin  görünən  üzündəki  evlərin  kirəmidləri, 

pəncərələri çilik- çilik oldu... 

 

Sonuncu evdən sonuncu ölü... 

 

Günortadan 



keçib, 

axşam 


üstüdü, 

ermənilər  çıxıb  getsə  də  qara-qorxu    hələ  də 

kəndin canındadı. 

-Ay  kənd,  ay  camaat,  gəlin,  Saya  arvad 

can üstədi...! 

Böyüklü-kiçikli hamı səsə sarı qaçdı. 

-Canı qurtardı yazığın... 

-Oğlunu çağırtdırmayaq? 

-Hara  çağırtdıraq?  Biz  hardayıq  ki? 

Haramız  var  bizim?!  Nə  bilirsən  bir  azdan 

nolacaq?! Biz harda olacağıq! 

Kəndin səsidi, fərqi yoxdu, kim deyir... 

Artıq  ev  yox,  eşik  yox,  arada  qalan  bir 

özləridi,  qayıdıb-  dönüb  bir-birilərinin  üstünə 




www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

gəlirlər, daha möhkəm, daha qayım, el deyilən 



bir  ağacdan,  -  el  ağacından,  -asılmış  kimidilər, 

bu  da  onları  sağ  saxlayacaq,  bunu  hiss 

edirlər...Kəndin  nə  içi  var,  nə  çölü,  yalnız  bu, 

bir-birini  anlamaq,  bir-  birinə  sığınmaq 

duyğusu  qalıb,  molla  oxuyur,  baş-başa  verib 

dinləyirlər. 

-Oğlunu 

cağırmaq 

lazım 

deyil, 


-

Qarakəlləoğlu  yanındakılara  fikrini  bildirir.  -

Bəlkə  də  bu  gün  Sayalı  arvadı  yox,  kəndi  dəfn 

edəcəyik... 

Arvadlar 

səs-səsə 

verib 

ağlaşırdılar, 



əslində  hərə  özünü,  bu  gün  sabah  atıb 

gedəcəkləri  evlərini,  yerlərini-yurdlarını  ağla-

yırdı. 

“Kəndin sonuncu evindən sonuncu ölüm...”  



Qaraca  müəllim  bayaqdan  fikirləşirdi...dizinin 

üstündə  balaca  dəftərçə  vardı,  bu  sözləri 

yazacaqdı,  amma  yas  yeri  olduğuna  görə 

qələmi 


çıxartmırdı. 

Yazıb 


camaata 

göstərəcəkdi:    “...ay  camaat,  bu  bizim  elin 

torpağa  göndərdiyi  sonuncu  səfəridi,  sonuncu 

ölənimizlə  o  dünyaya  səfər  eləyirik,  oğlu  da 

şairdi,  izn  verin,  baş  daşına  bu  sözləri  yazaq: 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

sonuncu  evimizdən  sonuncu  ölənimizə...  min 



rəhmət.”

 

İndini  fikirləşən  yoxdu,  daha  doğrusu, 



indinin  özü  yoxdu,  hər  nə  varsa  sonra  var,  nə 

olacaqsa  bir  saat  sonra,  bir  an  sonra  olacaq, 

qarşıda  hələ  kəndin  ölməyi  durur,  ən  ağırı 

budu,  ağlamaq  da  olmur...Kişilər  başlarını 

qaldıırmır,  qaldırıb  nə  deyəcəklər...  az-çox 

savadı olanlar fikirləşirlər ki, gör necə qurulub, 

necə  işlənibsə,  heç  kəsin  əli  heç  yana  çatmır, 

əlini hara atırsan boşa çıxır. 

-Belə  şey  olarmı  heç,  -  Qarakəlləoğlu 

əllərini  açıb  stolun  üstünə  qoymuşdu,  qaldırıb 

başının  üstə  silkələdi,  -  Canın  sağ  ola-  ola 

evini-eşiyini qoruya bilmə...?  

Molla “Yasin” oxuyurdu, Qarakəlləoğlu belə 

deyəndə  gözlərini  yumdu,  axıracan  da  açmadı. 

-A  kişilər,  budu,  ölümdü  da,-  Qarakəlləoğlu 

əlini  uzadıb  cənazə  olan  otağı  göstərdi,  o 

otaqda 

qadınlar 



ağlayıb 

susmuşdular, 

Qarakəlləoğlunun  səsinə  başlarını  qaldırıb 

baxdılar.  -  Bir  gün  gələcək,  biz  də  beləcə  ölə-

cəyik.  İndi  ölək...!  İndi  ölmək  lazımdı.  Amma 



Yüklə 6,83 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə