Mövzu № NƏQLİyyat vasiTƏLƏRİNİn texniKİ İSTİsmar anlayişI. Plan


NV-nin texniki istismarının qarşısında duran əsas problemlər



Yüklə 20,46 Kb.
səhifə3/4
tarix28.11.2023
ölçüsü20,46 Kb.
#137803
1   2   3   4
M-1

1.2 NV-nin texniki istismarının qarşısında duran əsas problemlər.

Nəqliyyat vasitələrinin sürətli inkişafı həll edilməsi tələb olunan bir sıra ciddi problemlərin yaranmasına səbəb olur. Bunlardan, texniki istismarla əlaqədar olan bir neçəsinə baxaq.


1. İstismar prosesində nəqliyyat vasitəsinin mürəkkəb bir sistem kimi etibarlı və təhlükəsiz işinin təmin edilməsi üçün böyük miqdarda material və əmək xərclərinin tələb etməsi [istismar prosesində iştirak edən bir nəqliyyat növünü texniki cəhətdən saz vəziyyətdə saxlamaq üçün tələb edilən orta illik xərclər, bir ildə ehtiyat hissələri və aqreqatlara sərf olunan xərclər, bir nəqliyyat vasitəsinin istehsalına və istismar dövründəki əmək tutumu (əsasən TQ və CT) normalan (adam-saat və ya norma-saatla) arasındakı münasibət].
2. Nəqliyyatın, xüsusilə avtomobil nəqliyyatının ətraf mühitə mənfi təsirləri (atmosfer havasının işlənmiş qazların tərkibində xaricə buraxılan zərərli birləşmələrin hesabına zəhərlənməsi, hərəkət tərkibinin işinin səslə əlaqədar və yol-nəqliyyat hadisələrinin - qəzalarının törənməsində iştirakı).
3. Hərəkət sürətinin və gərginliyinin, yük götürmə qabiliyyətinin və tutumunun, xalq təsərrüfatının müxtəlif sahələrində (sənayedə, kənd təsərrüfatında və s.) işlətmək üçün nəqliyyat növlərinə (tipinə, modifikasiyasına) olan tələbatın artması ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin konstruksiyalarının təkmilləşdirilmə zəruriyyəti (daşman yüklərin siniflərinə müvafiq olaraq ixtisaslaşdırlmış hərəkət tərkiblərinin layihələndirilməsi).
4. Nəqliyyatın məhsuldarlığına, yanacaq qənaətliliyinə, rahatlığına, istismar xərclərinə, ümumiyyətlə onun texniki-istismar göstəricilərinə (keyfiyyətlərinə) müsbət təsir edən yeni qurğuların, aqreqatların və sistemlərin yaranması hesabına konstruksiyanın mürəkkəbləşməsi. Bunlara misal olaraq avtomatik və yarım avtomatik sürətlər qutusunu, yük avtomobillərində və avtobuslarda pnevmatik asqıları və avtomatik yağlama sistemlərini, işlənmiş qazların tərkibini neytrallaşdıran qurğuları, ventilyasiya sistemlərini və s. elementləri göstərmək olar. Konstruksiyanın mürəkkəbləşməsi nəqliyyat vasitələrinin istismar keyfiyyətlərini yaxşılaşdırdığı halda onun TQ və CT xərclərini yüksəldir. 5. Nəqliyyat prosesində iştirak edən nəqliyyat parkının köhnəlmə dərəcəsinin müəssisənin yeni hərəkət tərkibi ilə təchiz edilmə səviyyəsinə görə sürətlə getməsi. Göstərilən və digər problemlərin həll edilməsi üçün texniki istismar prosesində müxtəlif texniki, iqtisadi və təşkilati tədbirlər həyata keçirilir. Nəticədə son illər texniki qulluğun və təmirin əmək tutumları 15-25% azalmış, nəqliyyat vasitələrinin, xüsusən avtomobillərin əsaslı təmir resursları yüksəlmişdir. Ümumiyyətlə, texniki istismarın qarşısında duran problemlərin həll edilməsi üçün «Nəqliyyat vasitələrinin texniki istismarın»da aşağıdakı bölmələr öyrənilir. I. Texniki istismarın nəzəri əsasları. Burada nəzərdən keçirilir: 1. Hərəkət tərkibinin texniki vəziyyəti və istismar prosesində onun dəyişrnəsi.
2. Nəqliyyat vasitələrinin etibarlılığı.
3. Nəqliyyatın texniki vəziyyətinin təyin olunma üsulları (o cümbdon diaqnostika). II. Nəqliyyat vasitələrinin texniki vəziyyətinin saxlanılma üsulları.
1. Texniki qulluq və təmir sistemi.
2. Nəqliyyat vasitələrinin istismar və texniki materialları ilə təchiz edilmə xüsusiyyətləri.
3. İstehsalat sahələrində işlədilən texnoloji avadanlıqlar.

Yüklə 20,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə