Mövzu № NƏQLİyyat vasiTƏLƏRİNİn texniKİ İSTİsmar anlayişI. Plan


Texniki istismarın əsas məqsədi



Yüklə 20,46 Kb.
səhifə2/4
tarix28.11.2023
ölçüsü20,46 Kb.
#137803
1   2   3   4
M-1

Texniki istismarın əsas məqsədi:
- yük və sərnişin daşımalarını müntəzəm və təhlükəsiz təmin etmək;
- nəqliyyatın konstruksiyasından nəzərdə tutulmuş texniki imkanlardan maksimum istifadə etmək;
- müxtəlif istismar şəraitində nəqliyyatın etibarlığını tələb olunan səviyyədə saxlamaq;
-material və əmək xərclərini optimal qiymətə gətirmək;
-hərəkət tərkibinin, xüsusilə avtomobilin ətraf mühitə olan mənfi təsirini minimuma endirmək və s.-dir.
Bir praktiki fənn kimi nəqliyyat vasitələrinin texniki istismarı minimum əmək və material xərcləri sərf etmək şərtilə nəqliyyat parkını texniki cəhətdən saz vəziyyətdə saxlamaq üçün texniki, iqtisadi və təşkilati tədbirlərin kompleks şəkildə yerinə yetirilməsinə deyilir. Texniki vəziyyətin tələb olunan səviyyədə saxlanılması üçün bu tədbirlərin həyata keçirilməsində həm sənayeçilər (layihəçilər və istehsalçılar), həm də nəqliyyatçılar (istismarçılar) birlikdə iştirak edirlər. Əgər sənaye işçiləri bu məsələni yüksək etibarlılığa, rahatlığa, məhsuldarlığa, yanacaq qənaətliliyinə və s. istismar keyfiyyətlərinə malik yeni konstruksiyalı hərəkət tərkibi istehsal etməklə həll edirlərsə, istismarçılar hərəkət tərkibinin normal texniki vəziyyətini texniki istismarın mütərəqqi üsullarından istifadə etməklə yaxşılaşdırırlar.
Texniki istismarın qarşısında duran problemlərin həlli, yəni kompleks texniki, iqtisadi və təşkilati tədbirlərin həyata keçirilməsi, başqa sözlə desək, sürətlə artan nəqliyyat parkının saxlanılması böyük xərclər tələb edir. Bu xərclərin əksəriyyəti TQ və CT işlərinin yerinə yetirilməsinə sərf edilir. Bunu avtomobil nəqliyyatınm misahnda nəzərdən keçirək.
Avtomobilin layihələndirilməsinə başlanan andan silinənə qədər sərf olunan xərcləri 100% qəbul etsək, 25-35%-ni TQ və CT xərcləri (əsaslı təmir və şin xərcləri də bura daxildir), 15-30%-ni TQ və CT-in 5% aparılma keyfiyyəti ilə əlaqədar olan xərclər təşkil edir. Göründüyü kimi avtomobilin ancaq TQ və CT-i ilə əlaqədar olan xərcləri 40-65%-ə çatır. Əgər texniki istismarın digər tədbirlərinin (gələcək bölmələrində nəzərdən keçirilir) həyata keçirilməsi üçün tələb olunan xərcləri də nəzərə alsaq bütün xərclərin təxminən 75-85%-i texniki istismarın payına düşür. İstismar xərclərinin konstruktiv-texnoloji xərclərdən dəfələrlə yüksək olması onun mürəkkəb xarakterli problemlərə malik olması ilə izah edilir.



Yüklə 20,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə