Kitab üslubu. Bu üsluba kütləvi üslub da deyilir. Kitab üslubunda yazılmış əsərlər ədəbiyyat, elm, texnika, mədəniyyət, siyasət, ticarət, təsərrüfat və.s sahələri əhatə edir. Burada müəlliflə oxucu arasında əlaqə birbaşa yox, dolayı, kitabla yaranır. Ona görə də bu üslubda yazılmış əsərlərdə fikrin yığcam, dəqiq və düzgün ifadə olunması əsas şərtdir.
Rəsmi ünsiyyət şəraitində kitab üslubu yazılı nitqdə monoloq şəklində istifadə edilir. Kitab nitqi əvvəlcədən düşünülmüş nitqdir, ədəbi dilin normasına uyğunlaşdırılır. Ona görə də kitab üslubu kodlaşdırılmış nitqin xüsusiyyətlərini əks etdirir, yəni ədəbi dilin qaydalarına tabe edilir.
Dostları ilə paylaş: |