Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani



Yüklə 390,98 Kb.
səhifə67/114
tarix25.04.2022
ölçüsü390,98 Kb.
#86018
növüMühazirə
1   ...   63   64   65   66   67   68   69   70   ...   114
Akademik və işgüzar kommunikasiya 15 mühazire

Epistolyar üslub. Epistolyar üslub epistolyar ünsiyyət sahəsində fəaliyyət göstərir. Bu ünsiyyət sahəsi yazışma prosesindən ibarətdir. Bu, yalnız yazılı formada olur. Bunu ünsiyyət şəraiti tələb edir. Məktub bir-birindən uzaq məsafədə olan iki şəxsin yazılı söhbətidir. Burada ancaq bir nəfərin nitqi əks olunur. Hər bir məktub əvvəl göndərilmiş məktuba cavabdır. Hər bir məktubun müəllifi və ünvanı vardır. Məktublaşmada nəql olunma müəllifin şəxsində gedir. Bu üslubun vəzifəsi hər hansı bir şəxsə, oxucuya, danışanın – məktub və gündəlik yazanın, xatirə söyləyənin hadisə haqqında məlumat vermək, öz fikrini izah və hissini ifadə etməkdir. Epistolyar üslubda yazışma prosesində iştirak edən müəllif, yaxud adresatların növləri ilə əlaqədar monoloqun aşağıdakı növləri işlədilir. 1. nəql edən, yaxud məlumat verən monoloq 2. mühakimə yürüdən monoloq 3. lirik monoloq

Azərbaycan dilçilik ədəbiyyatında bu üslubun müxtəlif növləri göstərilir. İ.Salahovanın “Epistolyar üslub haqqında” məqaləsində bu üslub üç janra bölünür. 1) adi məişət məktubları 2) dostluq məktubları 3) rəsmi məktubları xatırladan məktublar. “Azərbaycan dilinin üslubiyyatı”nda (B.1990.s.71) epistolyar wslubun aşağıdakı məktub variantları verilir: 1. Dostluq məktubları (şəxsi – məişət məktubları, ədəbi məktublar, işküzar məktublar) 2. Şəxsi rəsmi-işküzar məktublar. A.Qurbanov “Ümumi dilçilik” adlı dərsliyində epistolyar üslubun dörd janrını göstərir: 1. Ailə-məişət məktubları 2. Dostluq məktubları, 3. Rəsmi məktublar 4. Açıq məktublar

Xitablar epistolyar üslubun başlanğıc və sonluğunu formalaşdıran sözlər kimi cıxış edir. 1. Dostluq münasibətini bildirən xitablar. Məsələn. Qardaşım Səməd! Birinci məktuba heç bir cavab almadım, ikinci məktubu göndərirəm və.s. 2. İntim və əzizləmə münasibətini bildirən xitablar: Əzizim Xavər, qardaşcığım və.s

Epistolyar mətinlərdə xitablar sadə və mürəkkəb formada işlədilir: sadə xitablar – Cəfər, Cəfərciyim, Ağa, Arif və.s. Mürəkkəb xitablar: İsmayıl müəllim, qardaşım Qurbanəli, Möhtərəm Arif və.s.

Epistolyar üslubu digər funksional üslublardan fərqləndirən linqivistik əlamətlər bunlardır: 1) hadisənin birinci şəxs tərəfindən nəql edilməsi 2) konkret ünvana müraciət olunma 3) funksional cəhətdən xüsusi çalarlı dil vahidlərinin məktubların əvvəlində və sonunda işlədilməsi 4) müxtəlif quruluşlu xitabların iştirakı.

Ədəbiyyat


  1. Abdullayev A.S. Nitq mədəniyyəti və natiqlik sənəti. Bakı.1981

  2. Abdullayev N.Ə. Orfoepiya və orfoqrafiya təlimi məsələləri. Bakı.1985

  3. Azərbaycan nitq mədəniyyəti problemləri. Bakı. 1988

  4. Əliyev K. Natiqlik sənəti. Bakı. 1994

  5. N. Abdullayev. “Nitq mədəniyyətinin əsasları”. Bakı 2013

  6. T.Əbdülhəsənli, S.Zülfüqarlı, A.Rzai. “Azərbaycan dili və nitq mədəniyyəti” . Bakı, 2014.

  7. T.Əbdülhəsəmli, A.Hüseynova, M.Əmrahova. “İşgüzar yazışmalar” (dərs vəsaiti) Bakı 2018



Yüklə 390,98 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə