Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani



Yüklə 390,98 Kb.
səhifə66/114
tarix25.04.2022
ölçüsü390,98 Kb.
#86018
növüMühazirə
1   ...   62   63   64   65   66   67   68   69   ...   114
Akademik və işgüzar kommunikasiya 15 mühazire

İctimai – publisist üslubu. Bu üslubda ictimai siyasi məzmunlu əsərlərin dili nəzərdə tutulur. İctimai-publisist üslubda məqsəd müəyyən məlumat haqqında xəbər vermək və dinləyicilərə təsir göstərməkdir. Bu baxımdan ictimai-publisist üslub həm elmi, həm də bədii üsluba yaxındır. Bu üslub öz formasına, məzmununa və həcminə görə müxtəlifdir. Dövrün aktual məsələlərinə həsr olunmuş ictimai-siyasi məzmunlu qəzet-jurnal məqalələri, qəzetlərin baş məqalələri, oçerk, felyeton, çağırış, tənqid-biblioqrafiya əhatə olunur.

Publisist üslubun üç çaları var: siyasi publisist üslub, bədii publisist üslub, elmi-kütləvi üslub. Bu üslubların dilində standartlıq, qəliblilik, vahid formalar özünü göstərir.

İctimai-publisist üslub öz xüsusiyyətlərinə görə təbliğat-təşviqat xarakterlidir. Təbliğat-təşviqat xarakterli nitqlərdə çoxlu abstrak sözlər və siyasi terminlər işlədilir. Bu üslubda bədii təsvir vasitələri sərbəst tətbiq olunur, ritorik suallara yer verilir, hiss-həyəcan doğuran sözlər və idiomatik ifadələr, feli sifət, feli bağlama tərkibli sadə və mürəkkəb cümlələr işlədilir.

İctimai – publisist üslubun səciyyəvi cəhətləri aydınlıq, dürüstlük, dəqiqlik, sadəlik və anlaşıqlıq, sözlərin istehza ilə işlədilməsi, sarkazm yaratmaq, sitatlar verməkdir.

İctimai-publisist üslubda yazılmış əsərlərə M.Füzulinin “Şikayətnamə”si, M.F.Axundovun “Kəmalüddövlə məktubları” nümunə ola bilər.


Yüklə 390,98 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə