VII. Təsəlli zamanı. Bu məqsədlə müxtəlif söz və ifadələr (dözün, toxtayın, darıxmayın, qorxmayın, arxayın olun və s.) işlənə bilər. Məsələn: Ay Siyavuş, sakit ol bir az
VIII. Təbrik zamanı. Bu məqsədlə təbrik edirəm, gözün aydın, mübarək olsun, afərin, əhsən kimi söz və ifadələr işlənir. Məsələn:
Ay ellər, obalar, gözünüz aydın,
Düşmənin səfləri pozulur bu gün.
Bizim qoç igidlər nərə çəkdikcə,
Zalımın məzarı qazılır bu gün
IX. Tənbeh və məzəmmət (danlama), şikayət, qarğış, qadağa zamanı. Bu məqsədlə müxtəlif söz və ifadələr işlənə bilər. Məsələn:
Ağəz, qaragünə, deyirəm başıvın çarəsini qıl, şoğəribnən işin olmasın
Utan, qoç Koroğlu, utan!
Dağların damənin tutan!
Sənin kimi başa çatan
Elin qədrini nə bilər?
Dostları ilə paylaş: |