Mövzu 1: “Dünya iqtisadiyyatı” fənninin predmeti və vəzifələri, dünya iqtisadiyyatının genezisi və dünya-sistem nəzəriyyələri



Yüklə 421 Kb.
səhifə2/24
tarix07.06.2022
ölçüsü421 Kb.
#88966
1   2   3   4   5   6   7   8   9   ...   24
movzu1

«Dünya iqtisadiyyatı» fənni tələbələrə ayrı-ayrı ölkələrin iqtisadiyyatını ozündə birləşdirən və onları beynəlxalq iqtisadi əlaqələrlə bir-birinə bağlamaqla tam bir sistem halına gətirən qlobal iqtisadiyyatın inkişaf meylləri və perspektivləri haqqında mühüm nəzəri və təcrübi biliklər verir.
Kursun məqsədi - Tələbələrdə dunya iqtisadiyyatının strukturu, inkişaf mərhələləri, fəaliyyət funksionallığı və qanunauyğunluqları ilə bağlı ümumi təəsüratlar formalaşdırmaq, onları bu istiqamətdə müvafiq nəzəri biliklərə və praktiki vərdişlərə yiyələndirməkdən ibarətdir.
Tədrisin məqsədlər çevrəsi - dünya iqtisadiyyatının xarakterik cəhətlərini öyrənmək bacarmaq:
-dünya təsərrüfat sisteminin inkişafının əsas meyillərini;
-dünya təsərrüfatında, beynəlxalq əmək bölgüsü və dünya bazarlarında iqtisadi qanunların yaranış formasını;
-beynəlxalq ticarət-iqtisadi münasibətlərin tənzimlənmə metodlarını;
-dövlətin xarici iqtisadi əlaqələr üzrə əməliyyatlarının struktur və xarakterinin təyin olunmasını;
-beynəlxalq iqtisadi münasibətlərin formalarının təyin edilməsini;
-dünya təsərrüfatının qlobal problemlərinin iqtisadi aspektlərini ayırmağı;
-xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsinin metod və alətlərinin təhlilinin aparılmasını.
İqtisadi problemlərin ciddi tədqiqində metodologiya məsələsi mühüm əhəmiyyət kəsb edir. Metodologiya – metodlar haqqında elmdir. İqtisadi nəzəriyyənin metodologiyası təsərrüfat həya­tını, iqtisadi hadisələri öyrənən metodlar haqqında elmdir. O, iqtisadi hadisələrin öyrənilməsinə ümu­mi yanaşmaya, gerçəkliyin vahid dərkinə, vahid fəlsəfi zəminə malik olmalıdır. Metodologi­ya­nın həll etməli olduğu əsas məsələ: iqtisadi nəzəriyyə bu və ya digər iqtisadi sistemin fəaliyyəti və sonrakı inkişafının əsl işıqlandırılmasına gerçəkliyi elmi dərk etmənin hansı üsulları, yolları ilə nail olur? Ümumi iqtisadi nəzəriyyənin metodologiyasında bir neçə əsas yanaşmanı göstərmək olar: 1).Subyektivçi (subyektiv idealizm mövqeyindən); 2).Neopozitivist-empirik (neopozitiv empirizm və skeptisizm mövqeyindən); 3).Rasionalist; 4).Dialektik materialist; Subyektivçi yanaşmada iqti­sadi hadisələrin təhlilinin çıxış nöqtəsi kimi ətraf mühitə təsir edən təsərrüfatçı subyekt götürülür, özü də suveren “mən” mütləq müstəqildir, buna görə də hamı bərabərdir. Belə yanaşmada əsas kate­qoriya tələbat və faydalılıqdır. İqtisadiyyat təsərrüfatçılıq edən subyektin müxtəlif variantlardan həyata keçirdiyi seçim nəzəriyyəsi olur. Neopozotivist-empirik yanaşma, hadisələrin və onların dəyər­ləndirilməsinin daha diqqətlə öyrənilməsinə əsaslanır. Belə yanaşma iqtisadiyyatı firma səviy­yəsindəki iqtisadi problemləri özündə ehtiva edən mikroiqtisadiyyata və cəmiyyət miqyaslı iqtisadi problemləri əks etdirən makroiqtisadiyyata bölməyi nəzərdə tutur. Rasionalist yanaşma, sivilizasi­yanın “təbii” və ya rasionalist qanunlarını tapmağı qarşısına məqsəd qoyur. Belə yanaşma cəmiy­yəti bərabərhüquqlu subyektlərin məcmusu kimi təsəvvür edən subyektçilərdən fərqli olaraq cəmiy­yətin siniflərə bölündüyünü etiraf etməyə imkan verirdi. Belə yanaşmada əsas diqqət dəyərə, qiy­mətə, iqtisadi qanunlara verilirdi. Dialektik-materialist yanaşma, elmi problemlərin empirik pozi­ti­vizm (təcrübə) əsasında deyil, hadisələrin gerçəklikdə mövcud olan və onların inkişafında olan da­xili əlaqələrini səciyyələndirən obyektiv təhlil əsasında yeganə düzgün həlli hesab olunurdu. İqti­sadi problemlər və hadisələr daima yaranır, inkişaf edir və məhv olurlar, yəni daim hərəkətdədirlər, dialektika da bundadır.
Hər bir elm öz predmetini müəyyən metodların vasitəsilə öyrənir. Metod yunanca “Methodos” sözündən olub tədqiqat yolu deməkdir. Cəmiyyətin iqtisadi həyatı milyonlarla hadisələr və proses­lərlə doludur. Həm də bu üzdə görünən hadisələr çox qarışıq, bir-birilə çuğlaşan hadisələr kimi fəa­liyyət göstərirlər. Bu hadisələri müşahidə etmək, onların görünən və görünməyən tərəflərini fərq­ləndirmək, mühüm hadisələri təsadüfi keçici hadisələrdən ayıra bilmək elmi təfəkkürün vəzi­fəsidir. Bunun üçün birinci növbədə elmi abstraksiya metodundan istifadə etmək tələb olunur. Elm tari­xin­də sınaqdan çıxmış abstraksiya metodu vasitəsilə müşahidə edilən hadisələrdə mühüm olan tərəflər aşkara çıxarılır və nəzəri ümumiləşdirmələr aparılır. Elmi abstraksiya iqtisadi həyat hadisə­lərinin təfəkkürdə ümumiləşdirilməsi və onların anlayışlar, kateqoriyalar şəklində ifadə edilməsi metodu­dur. Bu metodla hadisələr öz konkret, keçici və təsadüfi tərəflərindən təcrid olunur, onlara xas olan ümumi mühüm cəhət aşkara çıxarılır. Abstrakt (mücərrəd) anlayışları heç də məzmunsuz, mahiy­yət­siz anlayışlar deyil. Bu anlayışlar iqtisadi gerçəkliyin müəyyən tərəflərini, mahiyyətini əks etdi­rir. İkinci bir metod isə analiz və sintez metodudur. Analiz metodu vasitəsilə iqtisadi hadisələr bütöv bir şəkildə götürülüb, sadələşdirilir və müəyyən hissələrə, tərəflərə ayrılır. Bu zaman iqtisadi sistemin hər hissəsi ayrı-ayrı təhlil edilir, mahiyyəti üzə çıxarılır. Daha sonra isə sintez etmək yolu ilə bu hissələr iqtisadi sistemdə birləşdirilir. Digər bir metod isə tarixi və məntiqi metoddur. Bu metod yolu ilə iqtisadi anlayışlar, kateqoriyalar, qanunlar xronoloji ardıcıllıqla şərh edilir. Məntiqi metod vasitəsilə isə iqtisadi hadisələrin törəməsi, inkişafı və dəyişməsi təhlil edilir. Burada tarixi metodla məntiqi metod bir-birini tamamlayır və vəhdət təşkil edir. Bundan başqa induksiya və deduksiya kimi araşdırma vasitələri (metodları) da mövcuddur. İnduksiya sözünün mənası latınca­dan tərcümədə “yönəltmə“ deməkdir. Bu metod ilə ilk növbədə iqtisadi problemlərə aid fakt­lar yığılır, seçilib sistemləşdirilir. Bundan sonra iqtisadi nəzəriyyənin əsas vəzifəsi yığılmış faktları ümu­miləşdirmək və mənasını izah etməkdir. Deduksiya sözünün mənası latıncadan tər­cümədə “ha­sil­etmə” deməkdir. Deduksiya metodu vasitəsilə toplanmış faktlar əsasında nəzəri nəticələr, ümumi prinsiplər, başqa sözlə desək, əməli fəaliyyət üçün vacib tövsiyələr hazırlanır. Beləliklə, həm deduksiya, həm də induksiya metodlarının birllikdə tətbiq edilməsi nəticəsində nəzə­riyyədən hə­yatın faktlarına, bu faktlardan isə nəzəri ümumiləşdirmə və nəticələrə gəlmək olur. Yuxarıda qeyd etdiyimiz metodlar iqtisadi hadisə və proseslərin keyfiyyət tərəfləri vasitəsilə başa düşülməsi, dərk edilməsi idi. Lakin, bununla yanaşı, bu hadisə və proseslərin kəmiyyət tərəfləri yolu ilə dərk edil­məsi də mövcuddur. Kəmiyyət tərəfləri isə statistikanın, riyazi üsulların, modelləşdimə və s. üsul­­ların vasitəsilə dərk olunub aşkar edilir. Bu üsullar, metodlar müasir iqtisadi nəzəriyyələrdə, makro və mikroiqtisadiyyat problemlərinin öyrənilməsində, tədqiq edilməsində geniş istifadə olunur.

Yüklə 421 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə