Mövzu 1: Giriş. Süni soyutmanın termodinamiki əsasları Fənn müəllimi: dos. Q. M. Allahverdiyeva


Kondensatorlar və buxarlandırıcılar



Yüklə 2,61 Mb.
səhifə6/9
tarix11.04.2018
ölçüsü2,61 Mb.
#37619
1   2   3   4   5   6   7   8   9

Kondensatorlar və buxarlandırıcılar

Soyuducu aqreqatın kondensatoru – soyuducu maşının əsas elementi olub, istiliyin kənarlaşdırılması və soyuducu agentin kondensasiyası üçün nəzərdə tutulur. Qurğunun xarakteristikası və iş rejimi kondensatorun istilik mübadiləsinin effektivliyi ilə müəyyən edilir. Belə ki, kondensatorda temperaturun 1C aşağı düşməsi 3…4% enerjiyə qənaət edir və kompressorun hissələrinin ömrünü artırır.

Kondensatorun istilik halına ən çox təsir edən ətraf havanın temperaturudur.

Məişət soyuducularının kondensatorları soyuqluq üsuluna, qabırğaların tip və konstruksiyasına görə siniflərə bölünürlər.



Təbii konveksiyalı kondensatorlar. Bu növ kondensatorlar üç qrupa bölünürlər: qabırğalı – borulu (təbəqəli qabırğalarla); naqilli- borulu (naqilli qabırğalarla), təbəqli borulu.

Qabırğalı – borulu (təbəqəli boruları olan) kondensator bir cərgəli, hərdən ikicərgəli ilanvari borudan və ona perpendikulyar oturdulmuş düzbucaqlı formasında olan qabırğalardan ibarətdir. İlanvari borunun oxu üfiqi yerləşir. Qabırğalanma əmsalı 7…20 olub istilikkeçirmə səthlərinin ümumi sahəsinin borunun xarici səthinin sahəsinə nisbətidir. Bəzi konstruksiyalarda ilanvari boru U- şəkilli boru kimi hazırlanır. Kondensatorların əksəriyyəti xarici diametri 6…12 mm və 6…10 mm olan ilanvari boru polad borudan, qabıqğaları isə polad lentdən hazırlanır. Bəzi firmalar ilanvari borunu 6…16 mm diametrli misdən, qabırğaları isə 0,2…0,3 mm qalınlığında alüminiumdan hazırlayır.

Qabırğalı – borulu kondensatorlar (şək.2.e) ’’Calex’’ (Çexiya), ’’Bosch’’ və ’’Konti Elechtro’’ (Almaniya), ’’Qlügn’’, ’’Tekumseh’’ (ABŞ), ’’Danfoss’’ (Danimarka) firmalarında istehsal olunur və həmin firmaların məişət soyuducularında istifadə edilir.

İkinci qrup kondensatorlar (şək.3.a) – naqilli-borulu (naqilli qabırğalarla) bir cərgəli ilanvari borudan ibarətdir. İlanvari borunun hər iki tərəfindən elektrik qaynağı ilə 1,2…2,5 mm və 1,5…1,6 mm diametrində polad naqillər qaynaqlanmışdır. İlanvari borunun addımı 40…60 mm, qabırğalarının addımı 6…9 mm, qabırğalanma əmsalı 3…10 olur.

Üçüncü qrup kondensatorlar – təbəqəli boruludur (şək. 8.3. b, c, d). Burada borulara qabırğa rolu oynayan təbəqə bərkidilir. Hal-hazırda bu qrup kondensatorlardan istifadə olunmur, çünki materialın qiyməti və kondensatorun hazırlanması onların maya dəyərinin 80 %-ni təşkil edir.

272a1ff0

Şək. 2. Soyuducu aqreqatın kondensatorları:

a–naqilli borulu; b–təbəqəli borulu; c–qaynaqlı hazır; d–üfiqi yerləşən qaynaqlı-borulu; e–spiral-dolaqlı qabırğalı



Buxarlandırıcılar. Buxarlandırıcılar soyudulan obyektdən qaynayan soyuducu agentə istiliyin ötürülməsi üçün nəzərdə tutulur, yəni buxarlandırıcılar soyudulan mühitin istiliyini udur. Buxarlandırıcılar təbii konvektiv və havası məcburi hərəkət edən istilikdəyişənli olurlar (şək. 3).

4

Şək. 3. Buxarlandırıcılar:

a) U- şəkilli; b) O- şəkilli; v) təbəqəli borulu

Absorbsiyalı soyuducularda (’’Kristal-4’’) buxarlandırıcının konstruksiyası qabırğalı – borulu polad səthdən hazırlanır. Buxarlandırıcıda mayenin qaynaması deyil buxarlanması baş verir, çünki orada ammonyak buxarının təzyiqi aparatdakı ümumi təzyiqdən aşağıdır.

İstilikdəyişənlər və süzgəc–quruducular

İstilikdəyişənlər. Sorucu boru kəmərindən və kapilyar borularından ibarət olan əks axınlı istilikdəyişən aparat regenerativ istilikdəyişən aparat adlanır.

Buxarlandırıcıdan çıxan yağ – freon məhlulunun hissəciklərinin buxarlanması və kompressorda sorulmaya verilən buxarın çox qızması üçün istilikdəyişən aparat lazım olur ki, bu da soyuducu maşının xüsusi və mütləq soyutma məhsuldarlığını artırır və soyuducuda enerji sərfini azaldır.

İstilikdəyişənlərin konstruksiyaları sadədir və onlar əsasən konstruktiv və texnoloji cəhətdən fərqlənirlər. Şəkil 4-də istilikdəyişənlərin konstruksiyalarının üç variantı verilmişdir.

e44d3f31

Şək. 4. Müxtəlif növ istilikdəyişənlər:

a) kapilyar borusu 1 sorucu borunun uzunu boyunca lehimlənib; b) kapilyar boru sorucu boruya sarınıb; v) kapilyar boru sorucu borunun içindən keçir

Birinci variant çox vaxt orta və yüksək məhsuldarlıqlı soyuducularda istifadə edilir. Burada kapilyar və sorucu borular 1…1,5 m uzunluğunda lehimlənmişdir. Şəkil 8.5 b-də verilmiş istilikdəyişənlər hündür olmayan soyuducularda istifadə edilir. Kapilyar borunu sorucu boruya sarıyaraq lehimləyirlər. Üçüncü variantda kapilyar boru sorucu borunun içərisi ilə keçir.

Kompressorda qızdırılan isti hava axını ilə kapilyar boruların üfürülməsinin qarşısını almaq lazımdır. Kondensasiya temperaturu 40C olduqda hər bir çoxsoyuma dərəcəsinə doyma təzyiqinin 0,24 MPa/sm2 azalması uyğun gəlir.



Süzgəc-quruducular. Süzgəc-quruducular soyuducu agentdən nəmliyin udulmasına xidmət edir və nizamlayıcı qurğuda (kapilyar borularında) suyun donmasının qarşısını alır. Süzgəc gövdəsi 2 uzunluğu 103…135 mm və 18…22 mm diametri olan metal borudan ibarətdir. Onun deşiklərinə soyuducu agentin müvafiq boru kəmərləri lehimlənir. Süzgəcin və çıxışında quraşdırılan torlar və daraqlar arasında gövdəsi adsorbent 3 (sintetik seolit) yerləşir.

Quruducu element gövdəsi polad, mis və ya alüminium borulardan hazırlanır. Seolitli quruducu elementlər kapilyar borunun girişində, yəni süzgəc olan yerdə yerləşdirilir. Bu halda quruducu element süzgəclə birləşdirilir (süzgəc - quruducu).

Mis tor ilə yanaşı metal keramikadan da istifadə olunur. Süzgəc 0,25 mm diametrli çox sayda bürünc kürəciklərdən ibarət olub, bir-biri ilə birləşərək konus formalı sütun yaradır (şək.5.b). Kürəciklər arasındakı məsafələr çox saylı labirintlər yaradır və bunlarla maye soyuducu agent axır. Süzgəcin səthinin artırılması üçün konusun böyük oturacağında bir tərəfli deşik olur. Süzgəcin girişinə 2 kondensatorun borusu 1, çıxışına isə – kapilyar boru 4 lehimlənir.

5

Şək. 5. Süzgəc – quruducular: a) metalkeramikasız: 1-süzgəcin torlu darağı; 2-gövdə; 3-adsorbent; 4-süzgəcin toru; b) metalkeramikalı: 1-kondensatorun borusu; 2-gövdə; 3-süzgəc; 4-kapilyar boru.

Kapilyar borular. Sabit kəsikli drosseldə, yəni kapilyar boruda soyuducu agentin qaynama və kondensasiya təzyiqlərinin fərqi hidravliki müqavimət hesabına yaranır. ДКПХТ, ДКПХМ, ДКРБТ, Б-М2-Т, ЩДМ2 və s. borularından istifadə olunur. Kapilyar boru daxili diametri 0,66 mm və uzunluğu 2800…8500 mm olan mis boru kəməridir. O, soyuducu aqreqat sistemində aşağı və yuxarı təzyiqli tərəfləri birləşdirir. Kapilyar borunun buraxış qabiliyyəti 3,5…8,5 l/dəq təşkil edir və havaya görə buraxış qabiliyyəti 5 % DÜİST-ə uyğun normallaşır.

Kapilyar borudan istifadə etdikdə nizamlayıcı təsir tərəfindən təzyiqin əlavə olaraq öz-özünə bərabərləşməsi baş verir (şək. 6). Kompressor dayandırıldıqda mayenin hamısı buxarlandırıcıya axır (sistem buxarlandırıcının 90 % həcminə qədər soyuducu agentlə doldurulur). Borunun ölçüləri və onun buraxış qabiliyyəti kompressorun kütlə məhsuldarlığına bərabər soyuducu agentin axmasını təmin edir. Kapilyar borunun keçidi həmişə açıq olur və nizamlanmır.



c3ac7ceb

Şək. 6. Buxarlandırıcının kapilyar borudan keçən agentlə dolması:

KM- kompressor; KT- kapilyar boru; KƏ- kondensator; İ-buxarlandırıcı

Rejimdən kənara çıxdıqda, məsələn ətraf havanın temperaturunun azalmasında, th 25C-dən 15C-yə kimi və kondensatorda müvafiq olaraq temperaturun və təzyiqin aşağı düşməsində, kapilyar borudan keçən maye sərfi azalır. Kompressorun soyuqluq məhsuldarlığı əksinə artır, buxarlandırıcıda mayenin səviyyəsi azalmağa başlayır. Bu halda buxarlandırıcıya istilik axını, qaynama təzyiqi p0 azalacaq və kompressorun məhsuldarlığı aşağı düşəcəkdir. Eyni vaxtda buxarlandırıcının səviyyəsi A-dan A-ə düşdükdə kondensatorun səviyyəsi B-dən B-ə kimi artır. Buxarın kondensasiya səthi azalır, kondensasiya təzyiqi pk və kapilyar borudan mayenin verilməsi pk-p0 fərqi hesabına artır (nizamlayıcı təsir tərəfindən öz-özünə bərabərləşmə). Səviyyənin sonrakı aşağı düşməsi dayanır. Maşın, buxarlandırıcının tam dolmamış yeni rejimində işləyir.

стинол-102 схема холодильного агрегата.

 


Şək. 7. Soyuducunun ümumi sxemi: 1– kompressor; 2 – soruvu boru; 3 – kapılyar borucuq; 4 – soyuducu kameranın buxarlandırıcısı; 5 – dondurucunun buxarlandırıcısı; 6 – kondensator ;7 – quruducu filtr: 8 – qovucu borucuq

AZƏRBAYCAN KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Fakültə: Mühəndislik

Kafedra: Kənd təsərrüfatı texnikası

Fənn: Qida məhsullarının soyudulması texnologiyası



Mövzu 6: Soyuducuların köməkçi aparatları

Fənn müəllimi: dos. Q.M.Allahverdiyeva

GƏNCƏ 2017

MÜHAZİRƏ 6 : Soyuducuların köməkçi aparatları

Plan:

1. Köməkçi aparatlar

2. Nasoslar və ventilyatorlar

3. Boru kəmərləri və armatur



Ədəbiyyatlar:

1. Q. B. M ə m m ə d o v, Q. M. A l l a h v e r d i y e v a İstilik və soyutma texnikası. – Bakı: Elm, 2011, 492 s.

2. Q. B. M ə m m ə d o v. Soyuduculuq texnikası. - Bakı: Elm, 2007. 282s.

3. Q.B.Məmmədov, Q.M.Allahverdiyeva, M.C.Cəfərov. İstilik və soyutma texnikası. – Bakı: Elm, 2011, 148s.

4. К о ч е т к о в Н. Д. Холодильная техника. -М.: Машиностроение, 1966, 408 с.

5. Б а б а к и н Б. С., В ы г о д и н В. А. Бытовые холодильники и морозилники / 2-е изд., испр. и доп. -М.: Колос, 2000, 656 с.: ил. (Справочник).

6. Г а л ь п е р и н Д. М. Монтаж и эксплуатация холодильных установок в сельском хозяйстве. -М.: Колос, 1984, 301 с.

Köməkçi aparatlar

Köməkçi aparatlara yağayırıcılar, yağyığıcılar, maye ayıranlar, havatəmizləyicilər, çirkyığan süzgəclər, resiverlər, quruducular aiddir.

Köməkçi aparatlar soyuducu qurğunun uzunmüddətli fasiləsiz işi üçün lazımi şərait yaradır, işçi prosesin nizamlanmasını asanlaşdırır, qurğunun səmərəli işini artırır.

Yağayırıcılar soyuducu agentin buxarı ilə kompressordan aparılan yağı tutur və onun istilikdəyişmə aparatlarına – kondensator və buxarlandırıcıya çox miqdarda düşməsinə imkan vermir. Yağayırıcılar qovucu boru kəmərində kompressor və kondensator arasında quraşdırılır.

İçi boş yağayırıcılarında (şək. 1) yağın ayrılması buxarın hərəkətinin kəskin dəyişməsi və bununla eyni vaxtda sürətin düşməsi (0,7…0,8m/san-yə kimi) nəticəsində baş verir. Ayrılan yağ hissəcikləri yağayıranın divarlarına yığılaraq onun alt hissəsinə axır. İçi boş yağayırıcıları az effektivlidir. Ən kiçik hissəciklər agentlə kondensatora aparılır. Yağ yağayırıcısından bəzi hallarda kompressorun karterinə axıdılır, ancaq əksər hallarda süzmək üçün xaricə çıxarılır.

Böyük soyuducu qurğularda yağ yağayırıcısından əvvəlcə yağyığıcısına (şək. 2), oradan isə daha aşağı təzyiqlə, xaricə çıxarılır. Belə üsulla yağyığıcılarının boşalması ammonyakın uçmasını azaldır. Yağyığıcıda aşağı təzyiq yaratmaq üçün onu sorucu boru kəməri ilə birləşdirirlər. Bir aparatdan o birinə və kənara yağın verilməsi təzyiqin azalması hesabına yerinə yetirilir.

Barbotajlı yağayırıcılarında (şək. 3) yağ hissəciklərini aparan buxarları maye soyuducu agent layından keçirirlər. Bu halda buxarşəkilli yağ maye layında kondensasiya edilir və onun ən xırda hissəcikləri də burada qalır. Yağın ayrılma dərəcəsi 95…97%- dir.

Barbotajlı yağayırıcı şaquli silindrik çəndən ibarət olub ona kondensatordan maye ammonyak verilir.


14

7







Şək. 1. İçi boş yağayırıcısı:

1-gövdə; 2-kompressordan ammonyak vermək üçün qısa boru; 3-ammonyakı kondensatora çıxarmaq üçün qısa boru; 4-yağın yağyığıcısına verilməsi üçün qısa boru



Şək. 2. Yağyığıcısı:

1-gövdə; 2-yağın yağayırıcısına verilməsi üçün qısa boru; 3-ammonyakın sorucu boruya buraxılması üçün qısa boru; 4-yağ buraxmaq üçün ventil; 5-manometr üçün ventil



Yağayırıcıdan çıxmazdan əvvəl ammonyak buxarı gövdənin daxilində yerləşən qaytarıcı lövhədən keçir. Onlar buxarla aparılan maye ammonyakın damcılarını ayırırlar.

Yağyığıcılar yağayırıcıdan və ya başqa aparatlardan yağın axıdılması üçün istifadə olunur. Yağyığıcı ştuserli silindrik çəndən ibarətdir.



Resiverlər (xətti) maye soyuducu agent ehtiyatını yaratmaq üçün nəzərdə tutulur. Bilavasitə soyudulan soyuducu qurğularda drenajlı resiverlərdən istifadə olunur. Bura müvəqqəti olaraq maye soyuducu agent tökülür. Xətti resiverlərin həcmi təxminən soyuducuda dövr edən soyuducu agentin saatlıq miqdarının yarısına bərabərdir (şək. 4).

Drenajlı resiverlərin həcmi bilavasitə buxarlandırıcı batareyaların həcminə bərabərdir. Dövri resiverlərdən nasos sistemlərində istifadə olunur (cədvəl 1). Konstruktiv olaraq resiverlər üfiqi və ya şaquli polad çənlər şəklində hazırlanır.

Xətti resiver adətən kondensatorun altında quraşdırılır. Bu halda kondensatorun və resiverin buxar boşluğunu birləşdirən bərabərləşdirici boru kəməri çəkilir və soyuducu agent resiverə öz axını ilə tökülür.

7

Şək. 3. OMM markalı barbotajlı yağayırıcısının sxemi:

1-yağayırıcı; 2-kondensator



8

Şək. 4. Xətti resiver:

1-manometr üçün qısa boru; 2-iki qoruyuculu klapanlı üçgedişli ventil; 3-bərabərləşdirici boru; 4-səviyyə göstərən; 5-çöküntüləri çıxarmaq üçün qısa boru

Cədvəl 1.

Ammonyaklı şaquli drenajlı dövri resiverlər


Marka

Həcmi, m3

Gövdənin

diametri, mm

Divarın qalınlığı, mm

Hündürlüyü, mm

Kütləsi, kq

1,5RDV

1,68

800

8

3300

785

2,5RDV

2,7

1000

10

3990

1285

3,5RDV

3,41

1200

12

3565

1645

Aqreqatlaşdırılmış freonlu qurğularda resiver kondensatordan yuxarıda yerləşdirilir. Bu halda bərabərləşdirən buxar xətti çəkilmir və freon resiverə döyünən axınla daxil olur. Xətti resiverlərdə hava ayırıcıları quraşdırılır. Resiverlərdə səviyyəni göstərən və yağı buraxan ştuserlər nəzərdə tutulur.

Drenajlı və dövri resiverlərdə məsafəli səviyyə göstərən ştuserlər var, dövri resiverlərdə əlavə olaraq səviyyə nizamlanması üçün də ştuserlər olur.



Maye ayıranlar buxarlandırıcıdan buxarla aparılan maye soyuducu agentin damcılarını tutmaq və maye hissəciklərinin kompressorun silindrinə keçməsinin qarşısını almaq üçün nəzərdə tutulur. Proses sürətin birdən birə 0,5 m/san-yə kimi düşməsinə və soyuducu agentin hərəkət istiqamətinin dəyişməsinə əsaslanır.

Maye ayıran şaquli silindrik çəndən ibarətdir(şək. 5). Buxarşəkilli və maye ammonyak üçün çən giriş və çıxış ştuserləri ilə təchiz olunmuşdur. O, kompressorun quru gedişinin əldə edilməsi üçün olub sorucu magistralda buxarlandırıcı ilə kompresssorun arasında qoyulur. Buxarlandırıcıdan çıxan buxarın mayedən ayrılması onun hərəkət istiqamətinin və axın sürətinin kəskin (0,5 m/san-yə kimi) dəyişməsi nəticəsinqdə baş verir.



8e418ed7

Şək. 5. Maye ayırıcı:

1,2-nizamlayıcı ventildən ammonyakın verilməsi və batareyalardan ammonyak buxarlarının qayıtması üçün borular; 3-kompressorun sorucu xəttinə buxarın verilməsi üçün qısa borucuq; 4-mayeni batareyalara vermək üçün qısa boru; 5,6-yağ çıxaranın və manometrin ştuseri; 7-dayaqlar; 8-izolyasiya

Maye ayırıcısından, həmçinin nizamlayıcı ventildən buxarlandırıcı sistemə maye ammonyak verilir. Bu halda drossellənmə zamanı əmələ gələn buxar maye ayırıcısından kompressorun sorucu xəttinə verilir, maye isə aparatın alt hissəsinə axaraq buxarlandırıcı sistemə daxil olur.

Maye ayıran aparatın altında yığılan yağ vaxtaşırı olaraq yağyığıcıya boşaldılır. Maye ayırıcısının xarici örtüyü istilik izolyasiyalıdır.

Aralıq çənləri (şək. 6) istilikdəyişən aparatdan ibarət olub iki və üç pilləli ammonyaklı maşınlarda istifadə olunur. Onlar ammonyak buxarlarının aşağı və orta təzyiqli kompressorlarda sıxılmasından sonra soyudulmasına xidmət edir. Burada kondensatordan aralıq çənin alt hissəsindəki ilanvari boru ilə nizamlayıcı ventilə hərəkət edən mayenin çox soyuması baş verir.

Aparatın gövdəsinə kondensatordan bir qədər maye ammonyak drossellənir. Soyudulan buxar axınlarından və mayedən ayrılan istiliyin təsirindən bu ammonyak çəndə aralıq təzyiqə uyğun gələn temperaturda buxarlanır. Soyuducu mayenin səviyyəsi elə olmalıdır ki, onun səviyyəsi çəndəki ilanvari borunu örtmüş olsun. Beləliklə, ilanvari boru ilə axan maye ammonyakın soyudulması baş verir. Aralıq təzyiqli buxarın soyudulması maye ammonyakda barbotajı zamanı baş verir. Aralıq çəndə ilk pillə kompresssorlarından buxarla daxil olan yağın ayrılması baş verir. Barbotaj zamanı əmələ gələn maye damcılarının buxarla aparılmasının qarşısını almaq üçün konuslu deşikli qaytarıcılar nəzərdə tutulur. Çənin kəsiyində buxarın sürəti 0,5 m/san-dən çox olmamalı, ilanvari boruda mayenin sürəti 0,5…0,7 m/san, ilanvari borunun səthinin təyini üçün temperatur fərqi 4…5°C, istilikötürmə əmsalı k=580…700Vt/(m2×dər) »500…600 kkal/(m2saat×dər).

Havanı sistemdən kənarlaşdırmaq üçün hava ayırıcılarından istifadə edilir. Hava ayırıcılarının iş prinsipi şəkil 7-də verilmişdir.

Ammonyak-hava məhlulu hava çox toplanan yerdən keçərək aparatın borulararası məsafəsinə verilir və burada daxili soyuq boruya toxunaraq soyudulur. Bu borudan nizamlayıcı ventildən buxarlandırıcı sistemə soyuducu agent gedir.



14bd6b35

Şək. 6. Mayenin çox soyuması üçün aralıq çəni:

1-aşağı təzyiqli kompressordan ammonyak buxarlarını vermək üçün boru; 2-yüksək təzyiqli kompressora ammonyak buxarlarının sorulması üçün qısa boru; 3-kondensatordan ilanvari boruya maye ammonyakın verilməsi üçün qısa boru; 4-maye ammonyakı nizamlayıcı ventilə buraxmaq üçün qısa boru; 5,6-bərabərləşdirici qısa borular; 7-yağ buraxmaq üçün qısa boru; 8-səviyyə göstərən; 9-məsafəli səviyyə göstərənin qısa borusu; 10-konusvari qaytarıcı; 11-manometr borusu; 12-üzgəcli nizamlayıcıdan çənə maye vermək üçün qısa boru; 13-maye ammonyakın püskürülməsi üçün qısa boru; 14- qoruyucu klapanlı üç gedişli ventillər

Ammonyak-hava məhlulundakı ammonyak kondensasiya edir, sonra daxili boruya və buxarlandırıcı sistemə verilir. Təsirsiz qazlı hava borulararası məsafənin üst hissəsindən, ventildən qabarcıqların çıxmasına nəzarət etmək və daxil olan ammonyak buxarlarını udmaq üçün şüşə çənə doldurulmuş su səviyyəsinin altından buraxılır.

943fb613

Şək. 7. Hava ayırıcının sxemi:

1-nizamlama ventilindən maye ammonyakı vermək üçün qısa boru; 2-buxarlandırıcıya tərəf yönəlmiş qısa boru; 3-mamonyak-hava məhlulunun verilməsi üçün qısa boru; 4-buraxıcı ventil; 5-hava buraxmaq üçün ventil

Soyuducularda çirktutan süzgəc və freon quruducularından da istifadə olunur.

Nasoslar ventilyatorlar

Soyuducu maşında nasoslar duzlu məhlulun, suyun və ammonyakın verilməsinə xidmət edir. Elektrik mühərrikinin və nasosun seçilməsində aşağıdakılar vacibdir: H- lazım olan basqı; r- mayenin sıxlığı; V- nasosun məhsuldarlığı; N- nasosun gücü.

Mərkəzdənqaçma nasosunun yaratdığı basqı şəbəkədə hidravliki itkilərin cəmi və mayenin qalxma hündürlüyü ilə təyin edilir.

Məhsuldarlıq nasosun təyinatından asılı olaraq texnoloji şərtlərlə təyin edilir. Duzlu məhlul ilə işləyən sistemlər üçün müəyyən temperatura malik olan xəttə iki eyni tipli nasos nəzərdə tutulur ki, birgə iş zamanı onlar tələb olunan maksimum məhsuldarlığı təmin etsinlər.

Soyuducu qurğularda 2900 dövr/dəq fırlanma tezliyinə malik mərkəzdənqaçma nasoslarından istifadə olunur. Onlar qayış ötürməsi ilə birbaşa elektrik mühərrikindən işə salınır.

Ən geniş yayılmış ÜNQ-70M nasoslar birpilləli üfiqi nasoslardır. ÜNQ-70M-1 nasosu işçi çarxdan və spiralvari gövdədən ibarətdir. İki, üç pilləli (ÜNQ-70M-2; ÜNQ-70M-3) nasoslarda gövdəyə, işçi çarx və istiqamətləndirici aparat əlavə edilir. Verilən mayenin nasosun soyudulması üçün elektrik mühərrikinin statorunun köynəyində suyun verilməsi və ayrılması üçün iki bobışka nəzərdə tutulmuşdur.

Duzlu məhlul və ya buzlu suyun dövr etməsi üçün birpilləli mərkəzdənqaçma K tipli (konsol) nasoslarından istifadə olunur (şək. 8).

4cbf6c99


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə