Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə29/46
tarix14.07.2018
ölçüsü2,08 Mb.
#55577
növüMühazirə
1   ...   25   26   27   28   29   30   31   32   ...   46

  57 

Burada,  tipin  adı-  massivə  verilən  addır,  massivin  ölçü  göstəriciləri-massivin  ele-mentlərinin 

sayını,  sətir  və  sütunlarının  sayını  göstərən  göstəricilərdir,  tip-massiv  element-lərinin  tipidir  və  Turbo 

Paskal dilinin  LONGİNT tipindən başqa istənilən tipi ola bilər. Adətən məsələlərin həllində ən çox rast 

gəlinən massivlər birölçülü  və  ikiölçülü massivlərdir.  Başqa sözlə  daha  çox ardıcıllıq vəya matrislərdən 

istifadə olunur. Əgər A= ARRAY [1..14] of real; verilibsə bu o deməkdir ki, massivin adı A-dır, onun 14 

elementi  var  və  elementlər  həqiqi  tipli  ədədlərdir.  Bu  massivin  elementləri  yaddaşda  ardıcıl  yerləşir  və 

müraciət  vaxtı  ünvana  uyğun  olaraq  çağrılır.  Elementlərə  qiymət  aşağıdakı  kimi  mənimsədilir: 



A[1]:=1.2; A[2]:=76.9   və sair. Əgər massiv ikiölçülüdürsə onda o, aşağıdakı kimi göstəriləcək: 

B= ARRAY [1..3,1..5] OF INTEGER; 

Burada  B-massivin  adıdır,  onun  3  sətri,  5  sütunu  var  və  elementləri  tam  tiplidirlər.Bu  şəkildə 

massivin elementləri aşağıdakı kimi mənimsədilir: B[1,2]:=2; B[3,4]:=24; 

Bu o deməkdir ki. B ikiölçülü massivinin 1-ci sətrinin 2-ci sütununun elementi 2; 3-cü sətirinin 4-cü 

sütununun elementi isə 24-ə bərabərdir. 

Nümunə1.  a

1

,  a



2

,  ...,  a

10

  ardıcıllığının  elementləri  içərisində  10-dan  kiçik  olanların  cəmini  tapan 



proqramı qurun. 

PROGRAM ARDICILLIQ; 

USES CRT, PRINTER; 

VAR  A:ARRAY [1..10] OF REAL; 

   I:INTEGER; S:REAL; 

BEGIN 

FOR I:=1 TO 10 DO  READLN(A[I]); 

FOR I:=1 TO 10 DO WRITE(‘  ‘,A[I]:3:2); WRITELN; 

S:=0; 

FOR I:=1 TO 10 DO IF A[I]<10 THEN S:=S+A[I]; 

WRITELN(‘S=’,S:6:2); END. 

Nümunə2.  B(4,4)  massivinin  3-cü  sətrinin  elementlərinin  10-larla  əvəz  etməklə  yeni  C(4,4) 

massivini alan proqramı qurun. 

PROGRAM MASSIV; 

USES CRT, PRINTER; 

VAR B,C:ARRAY[1..4,1..4] OF REAL; I,J:INTEGER; 

BEGIN 

  FOR I:=1 TO 4 DO   BEGIN FOR J:=1 TO 4 DO  READLN(B[I,J]);  END; 

   CLRSCR; 

    WRITELN(‘  B   MASSIVI:’); WRITELN; 

    FOR I:=1 TO 4 DO  BEGIN 

            FOR J:=1 TO 4 DO WRITE(‘  ‘,B[I,J]:3:2); WRITELN; END; 

     WRITELN; RITELN(‘  C  MASSIVI:’);  WRITELN; 

     FOR I:=1 TO 4 DO  BEGIN 

     FOR J:=1 TO 4 DO  BEGIN  IF I:=3 THEN C[I,J]:=10 ELSE C[I,J]:=B[I,J]; 

                   WRITE(‘  ‘,C[I,J]:3:2]);  END; WRITELN; END;   END. 

Yazılar: 

     Turbo  Paskal  dilində  yazı  yazı  sahələri  adlanan  qeyd  olunmuş  sayda  komponentlərdən  ibarət 

verilənlər strukturudur. Yazılar aşağıdakı kimi elan edilir: 

Ad= RECORD yazılar sahəsi END; 

Ad- yazıya verilən ad olub düzgün identifikatordur;  RECORD, END- açar sözləridir (yazı, son); 

Yazılar sahəsi- yazılar bölməsini göstərməklə bir-birindən “;”-lə ayrılırlar. 

Məsələn: 

  VAR  DG= RECORD 

         GUN, AY: BYTE; İl: İNTEGER;  END; 

Burada,  DG-  yazının  adı,  GUN,  AY,  İl-  yazı  sahələridir.  Yazı  sahələrilə  işləməni  asanlaşdırmaq 

məqsədilə aşağıdakı operatordan istifadə edilir: WITH yazı sahələri DO operator 

Yazı sahələri- yazı tipli dəyişənlərdir; operator- Turbo Paskalın istənilən operatorudur. 



Çoxluqlar: 


  58 

Çoxluq-  bir-biri  ilə  müəyyən  qaydada  əlaqəli  olan  eyni  tipli  obyektlər  yığımıdır.  Turbo  Paskal 

dilində çoxluqlar aşağıdakı kimi elan edilir: 

Ad= SET OF tip 

Burada. Ad- çoxluğun adı; SET (çoxluq), OF (-ın, -in, -un, -ün)- açar sözləri; tip- çoxluq element-

lərinin tipidir. 

Məsələn: 



VAR 

    A1, A2: SET OF  0..5; 

    A3, A4: SET OF  3..8; 

Burada A1, A2, A3, A4 çoöluqların adıdır. A1 və A2 çoxluqları 0-dan 5- qədər rəqəmləri, A3, A4 

çoxluqları isə 3-dən 8-ə qədər rəqəmləri özündə birləşdirir. 

Çoxluqlar üzərində aşağıdakı əməliyyatları aparmaq olar: 

*- çoxluqların kəsişməsi; Məsələn, A1*A3 kəsişməsi [3]-ə bərabərdir. 

+ - çoxluqların birləşməsi; Məsələn,  A1+A2 birləşməsi [1, 2, 3, 4, 5]-ə bərabərdir. 

- - çoxluqların fərqi; birinci yazılmış çoxluğun ikinciyə aid olmayan elementlərindən ibarət çoxluq. 

Çoxluqlar arasındakı münasibətləri öyrənmək məqsədilə aşağıdakı əməliyyatlardan istifadə edilir: 

=- çoxluqların ekvivalentliyinin yoxlanması; <>-çoxluqların ekvivalent olmamasının yoxlanması; 

<=-birinci  çoxluğun  ikinciyə  daxil  olmasının  yoxlanması;  >=-ikinci  çoxluğun  birinciyə  daxil 

olmasının yoxlanması; 

in- elementin çoxluğa daxil olmasının yoxlanması: əgər element çoxluğa daxildirsə TRUE (doğru), 

əks halda isə FALSE (yalan) qaytarılır. 



Sətir tipli dəyişənlərlər və onlar üzərində əməllər: 

Sətir  tipli  dəyişənlər  aşağıdakı  kimi  elan  edilirlər:  Dəyişən:  STRING  [N];  Burada,  N-  sətirin 

uzunluğudur.  Onun  maksimum  qiyməti  256  ola  bilər,  başqa  sözlə  sətirdəki  simvolların  sayı  maksimim 

256 ola bilər. Əgər sətirdəki simvolların sayı göstərilməyibsə (sadəcə olaraq Dəyişən: STRING; kimi elan 

edilibsəonda sətirin uzunluğu 255 qəbul edilir. 

Məsələn, VAR   S1:STRİNG[10];  S2:STRING [20]; 

Burada S1 dəyişəni 10, S2 dəyişəni 20 simvoldan ibarət sətir tipli dəyişənlərdir. 

Sətir tipli dəyişənlər üzərində aşağıdakı əməliyyatları aparmaq olar: 

CONCAT (S1, S2, ..., SN)- S1, S2, ..., SN sətirlərini ardıcıllığa uyğun olaraq birləşdirir; 

COPY  (S,  N,  M)-  S  sətrindən  N  nömrəli  simvoldan  başlayaraq  M  sayda  simvolların  surəti 

köçürülür; 

DELETE(S, N, M)- S sətrində N nömrəli simvoldan başlayaraq M sayda simvol silinir: 

İNSERT(ST, S, N)- S sətrinin N-ci mövqeyindən başlayaraq ST alt sətri əlavə edilir

LENGTH (S)- S sətrinin uzunluğunu (simvolların sayını) təyin edir: 

POS (ST,S)- S sətrində ST alt sətrinin daxil olduğu mövqeyə uyğun qiyməti veriri; 

UPCASE  (simvol)  –  simvolun  yuxarı  registrdəki  qiymətini  qaytarırı.  Əgər  belə  qiymət  yoxdursa, 

onda simvolun özünü qaytarır.  

Nümunə: 

PROGRAM STR; 

USES CRT, PRINTER; 

VAR    S1, S2:STRING [18]; 

   S3: STRING [2]; 

   S4: STRING[60]; 

BEGIN 

    S3:=’  ‘;  READLN(S1); 

   READLN(S2); 

   S4:=CONCAT(S1, S3, S2);    WRITELN(S4); END. 

 

 

MÖVZU 12. PROSEDURA VƏ FUNKSIYALAR 

 

Turbo  Paskal  dilində  də  digər  alqoritmik  dillərdə  olduğu  kimi  tez-  tez  təkrarlanan  proqram 

hissələrinin verilməsi məqsədilə sərbəst proqram hissələri olan prosedura və funksiyalardan istifadə edilir. 



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə