73
Belə halda birinci kompüter server, ikinci kompüter isə klkiyent və ya işçi stansiya adlandırılır.
Göstərilən əlaqənin təmini üçün xüsusi proqram təminatının mövcudluğu tələb olunur.
Server (ingilis sözu serve- xidmət etmək) – bu yüksək məhsuldarlığa malik kompüter olub, iri
həcmli xarici yadadşa malik olur. Bu kompüter birgə istifadə üçün nəzərdə tutulan qiymətli ehtiyatların
bölüşdürülməsini idarə etməklə kliyent kompüterlərə xidməti təmin edir.
Kliyent (başqa sözlə işçi stansiya) dedikdə serverin xidmətlərindən istifadə edə biləcək istənilən
kompüter ola bilər.
Misal üçün server mərkəzi verilənlər bazası yerləşən güclü kompüter, kliyent isə proqram
vasitəsilə lazım olduqda serverdən verilənləri tələb edərək alan adi kompüter ola bilər. Bəzi hallarda eyni
bir kompüter həm server, həm də kliyent ola bilər. Bu halda həmin kompüter özündə olan verilənlər və
informasiya ehtiyatlarını digər kompüterlərə təqdim etməklə bərabər, həm də həmin ehtiyatlardan özü də
istifadə edir.
Kliyent həm də server xidmətlərini istifadəçi adından alan tətbiqi proqramı da adlandırmaq olar.
Uyğun olaraq istənilən kompüterin digər kompüterə xidmətlər təqdim edən proqram təminatını server
adlandırmaq olar.
Ayrı-ayrı kompüterlərin interfeyslərinin uyğunsuzluğunu aradan qaldırmaq üçün xüsusi
kommunikasiya protokolları adlandırılan standartlarlar işlənib hazırlanmışdır.
Kommunikasiya protokolu- müxtəlif verilənlərin ötürülməsi qurğuları arasında informasiya
mübadiləsinın razılaşdırılmış konkret qaydalar yığımıdır. Hal-hazırda ötürmə sürəti, verilənlərin
formatlaşdırılması və səhvlərə nəzarət və s. protokolları mövcuddur.
Şəbəkə ilə işləmək üçün verilmiş protokola uyğun olaraq verilənlərin ötürülməsini təmin edən
xüsusi şəbəkə proqram təminatının olması tələb olunur.
Kommunikasiya protokolları ötürüləcək bütün informasiyanı qeyd olunmuş ölçüyə malik ayrı-ayrı
bloklara- paketlərə bölünməsini təyin edir. Sonradan paketləri lazımı ardıcıllıqla yığmaq məqsədilə onlar
nömrələnirlər. Paketdə olan verilənlərə misal üçün aşağıdakı formata malik əlavə informasiya əlavə edilir
Alıcının
ünvanı
Göndərənin ünvanı
Uzunluq
Verilənlər
Nəzarət cəmi
sahəsi
Paketin verilənlərinin nəzarət cəmi səhvlərə nəzarət üçün lazım olan informasiyanı özündə
saxlayır. Birinci dəfə o, verilənləri ötürən kompüter tərəfindən hesablanır. Paket ötürüldükdən sonra isə
nəzarət cəmi verilənləri qəbul edən kompüter tərəfindən hesablanır. Əgər alınan nəticə ilkin nəticə ilə üst-
üstə düşmürsə. Deməli paketin verilənləri ötürülmə zamanı korlanıb. Belə paket atılır və avtomatik olaraq
paketin yenidən göndərilməsi üçün sorğu göndərilir.
Qurğular arasında əlaqənin təyin olunması üçün kommunukasiya kanalları və protokolların
uyğunlaşması üçün siqnallar mübadiləsi həyata keçirilir. Bu proses əlaqənin müəyyənləşdirilməsinin
təsdiqi adlandırılır (ingiliscə HandShake- əl sıxma).
Kompüter şəbəkəsi (ingiliscə Computer NetWork, net — şəbəkə, work — iş) – kompüterlər
arasında informasiya mübadiləsi sistemidir. O özündə üç əsas komponenti birləşdirir:
1.
verilənlərin ötürülməsi xətləri (buraya verilənlərin ötürülməsi kanalları və kommunikasiya
vasitələri aiddir);
2.
verilənlərin ötürülməsi xətləri ilə birləşdirilən kompüterlər;
3.
şəbəkə proqram təminatı.
Kompüter şəbəkələri istifadəçiləri həmin şəbəkənin proqram, texniki, informasiya və təşkilati
ehtiyatlarından birgə istifadə imkanını əldə edirlər. Kompüter şəbəkəsi qovşaqları (kompüterlər, işçi
stansiyalar və s.) və onları əlaqələndirən budaqlardan ibarətdir.
Şəbəkə budaqları- iki qonşu qovşağı birləşdirən yoldur. Şəbəkə qovşaqlarının üç tipi mövcuddur:
1.
Axırıncı(sonuncu) qovşaq- ancaq bir budağın sonunda yerləşən qovşaq;
2.
Aralıq qovşaq- birdən çox budağın sonunda yerləşən qovşaq;
3.
Qonşu qovşaq- bu qovşaqlar heç bir digər qovşaqlara aid olmayan heç olmasa bir yolla
birləşən qovşaqlardır.
74
Kompüterləır şəbəkələrdə müxtəlif üsullarla birləşdirilə bilərlər. Kompüterlərin şəbəkədə
birləşdirilməsi üsulları həmin şəbəkənin topologiyası adlandırılır. Şəbəkə topologiyalarının ən geniş
yayılmış tipləri aşağıdakılardır:
-
Xətti və ya şin topologiyası. Yalnız iki axırıncı qovşağa, istənilən sayda aralıq qovşağa və
istənilən iki qovşaq arasında yalnız bir yola
malik olur;
-
Halqavari şəbəkə. Bu topologiyalı qovşaqlarda hər bir qovşağa iki və yalnız iki qovşaq
birləşir;
-
Ağacvari şəbəkə. Bu şəbəkələr ikidən çox axırıncı qovşağa, heç olmasa iki aralıq qovşağa və iki
qovşaq arasında bir yola malik olan şəbəkələrdir;
-
Ulduzvari topologiya. Bu cür şəbəkələrdə yalnız bir aralıq qovşaq olur;
-
Göz-Göz şəbəkə (və ya xanavari şəbəkə). bu şəbəkələr iki və daha çıx aralıq yollara malik heç
olmasa iki qovşağa malik olur;
-
Tam əlaqələndirilmiş şəbəkə. Bu cür şəbəkələrdə istənilən iki qovşaq arasında əlaqə yolu vardır.
Kompüter şəbəkələrinin vacib xarakteristikası onun arxitekturasıdır. Şəbəkənin arxitekturası-
onun topologiyasını, tərkibindəki qurğuları və həmin qurğuların şəbəkədə qarşılıqlı əlaqələri qaydalarını
müəyyənləşdirən verilənlərin ötürülməsinin reallaşdırılmış strukturudur. Şəbəkənin arxitekturası
çərçivəsində informasiyanın kodlaşdırılması, onun ünvanlaşdırılması və ötürülməsi, verilənlər axınının
idarə edilməsi, səhvlərə nəzarət və xarakteristikaların pisləşməsi və qəza hallarında şəbəkə işinin təhlilinə
baxılır.
Ən geniş yayılmış arxitekturalar aşağıdakılardır:
-
Ethernet (ingiliscə ether- efir)- genişyayımlı şəbəkəsi. Bu cür arxitekturalı şəbəkələrdə şəbəkənin
bütün işçi stansiyaları bütün məlumatları ala bilir. Şəbəkə xətti (şin) və ulduzvari topologiyaya malik ola
bilər. Verilənlərin ötürülmə sürəti 10 və ya 100 Mbit/saniyədir (məsələn Ethernet 10Base-2- sürət 10
Mbit/san., Ethernet 100Base-T- 100 Mbit/san. sürətlidir).
-
Arcnet (Attached Resource Computer Network — birləşmiş resursların computer şəbəkəsi)-
genişyayımlı şəbəkəsi. Fiziki topologiyası ağacvaridir. Verilənlərin ötürülmə sürəti 2,5 Mbit/saniyədir.
-
Token Ring (estafetli halqavari şəbəkə, şəbəkə markerlərin ötürülməsi ilə işləyir)- halqavari
şəbəkədir. Bu cür şəbəkələrdə verilənlərin ötürülməsi prinsipi ona əsaslanır ki, hər bir halqaya daxil olan
qovşaq qonşu özündən əvvəldə yerləşən qovşaqdan bitlərin unikal ardıcıllığından ibarət markerin
gəlməsini gözləyir. Markerin daxil olmasından sonra verilənlər axın istiqamətində növbəti qovşağa
göndərilə bilər. Verilənlərin ötürmə sürəti 4 və ya 16 Mbit/saniyədir.
-
FDDİ (Fiber Distributed Data Interface- verilənlərin optic lifli yayımlanma interfeysi)- optik lifli
xətlərlə verilənlərin ötürülməsinin yüksəksürətli şəbəkə arxitekturası. Verilənlərin ötürmə sürəti 100
Mbit/saniyədir. Bu şəbəkələr ikiqat halqavari və ya qarışıq (ulduzvari və ağacvari topologiyaların
qarışığı) topologiyaya malik olurlar. Şəbəkə istifadə edilən avadanlıqların qiymətinin bahalığı ilə
digərlərindən fərqlənirlər.
-
ATM (Asynchronous Transfer Mode- asinxron ötürmə tərzi)- perspektivli, hələlik çox baha olan
arxitekturadır. Bu arxitekturalı şəbəkələr
rəqəmsal verilənlərin, videoinformasiyanın, səsin və s.
eyni xətlə
verilməsini, ötürülməsini təmin edir. Ötürmə sürəti 2,5 Qbit/saniyədir. Əlaqə xətləri optik lifli kabellərdir.
Şəbəkədə qurğular bir-biri ilə əlaqələndirən avadanlıqlar:
- Şəbəkə kabelləri: Koaksial kabellər. Əsasən iki tip koaksial kabel istifadə olunur.
-İncə koaksial kabel;
-Qalın koaksial kabel.
İncə koaksial kabellər RG-58 olaraq markalanır və 50 om müqavimətə malik olurlar. Bu kabel
10BASE 2- Ethernet lokal şəbəkələrində istifadə olunur. İnformasiyanın ötürülmə sürəti 10 Mbit/san - dir.
Heç bir əlavə qurğudan istifadə etmədən informasiya 185-200 m-ə qədər ötürülə bilir.
Qalın koaksial kabellər RG-8 və ya RG-11 olaraq markalanır və 50 om müqavimətə malik olurlar.
Bu kabellər sarı rəngdə olub və üzərində aralarındakı məsafə 2.5 m olan qara nöqtələr qoyulur.
Kompüterlər yalnız bu nöqtələrdən kabelə bağlana bilərlər. Bu kabel 10BASE 5- Ethernet lokal
şəbəkələrində istifadə olunur. İnformasiyanın ötürülmə sürəti 500 Mbit/san-dir. Heç bir əlavə qurğu
istifadə etmədən informasiya 500 m-ə qədər ötürülə bilir.
Burulmuş cütlü kabellər. Bu kabellər kompüter şəbəkələrində istifadə olunan ən ucuz kabellərdir.
UTP (ekranlaşdırılmamış) və STP (ekranlaşdırılmış) olaraq markalanır. İnformasiyanın ötürülmə sürəti
10-100 Mbit/san-dir. Əsas üstünlüyü ucuz olması və asanlıqla quraşdırıla bilməsidir. Məlumatları kənar