69
- Makros - bu obyekt makro əmrdir. Əgər verilənlərla hər hansı bir əməliyyat tez-tez
təkrarlanırsa, bir neçə əmri bir makrosda qruplaşdırmaq əlverişlidir və bunun üçün ayrılmış düymələr
kombinasiyasından isti-fadə edilir;
- Modul - bu Vizual Basic alqoritnük dilində yazılmış proqram prosedurdur. Əgər Access-in
standart vasitələri sifarişçinin verilənlər bazasını yaratmaq üçün kifayət etmirsə, onda proqram sistemin
imkanlarını genişləndirməklə, yeni modul yaradır.
Təşkilat nöqteyi-nəzərdən verilənlər bazasında işləmək üçün iki müxtəlif rejimdən istifadə edilir:
- layihə;
- istismar(istifadəçi).
Bazanı yaradan bazada yeni obyektlər ( məsələn cədvəllər) yaradır, onların quruluşunu verir,
sahələrin xassələrini dəyişir və onlar arasında əlaqə yarada bilir.
Baza istifadəçiləri isə formaların köməyi ilə bazaya informasiya daxil edir, sorğuların köməyi ilə
həmin verilənlərı işləyir və nəticələri hesabat şəklində verir. Bir bazadan müxtəlif istifadəçilər istifadə
etdiyi halda, onlann bazanın quruluşuna daxil olması mümkün deyil.
Cədvəllərin tərtib edilməsi:
Yuxarıda qeyd olunmuş qaydada yeni verilənlər bazasının yaradılmasını müəyyənləşdirdikdən
sonra cədvəlin yaradılması məqsədilə açılmış dialoq pəncərəsində cədvəl rejimini seçirik. Rejimi
seçdikdən sonra pəncərənin aktiv hissəsində cədvəl yaratmanın üç üsulu verilir. Bunlar
- Создание таблицы в режиме конструктора (cədvəlin layihəçi rejimində yaradılması);
- Создание таблицы с помощью мастера (cədvəlin ustanın köməyi ilə yaradılması);
- Создание таблицы путем ввода данных (cədvəlin verilənlərin daxil edilməsi ilə yaradılması).
İstifadəçi bu rejimlərdən uyğun olanını seçir. Əgər istifadəçi birinci üsulu seçibsə, yəni cədvəli
layihəçi rejimində yaratmaq istəyirsə, açılan yeni pəncərədə bazanın hər bir sahəsinin adı və bu sahədəki
verilənlərin tipi göstərilir. Pəncərənin aşağısanda verilən xüsusi sahədə verilənlərin tipi ilə əlaqədar olan
müxtəlif xassə və atributlar müəyyənləşdirilir. Cədvəl sahələri və tiplər elan edilib qurtardıqdan sonra
pəncərə bağlanılır və tələbə uyğun olaraq cədvələ ad verilir. Yeni yaradılmış cədvəlin adı ilkin pəncərəyə
avtomatik olaraq əlavə olunur.
Əgər istifadəçi cədvəlin yaradılması üçün ikinci üsulu seçirsə, yəni cədvəli ustanın köməyi ilə
yaratmaq istəyirsə, üsul seçiləndən sonra (onun üzərində düyməni ardıcıl olaraq iki dəfə basmaqla) açılan
pəncərədə cədvəlin tipi (işgüzar, şəxsi) seçilir, daha sonra «Образцы таблиц» sahəsindən cədvəlin
nümunəsi seçilir. Növbəti addımda «Образцы полей» sahəsindən lazımi sahələrin adı seçilərək ya ayrı-
ayrılıqda, ya da hamısı birdən düymələr vasitəsilə «Поля новой таблицы» sahəsinə keçirilir. «Далее»
düyməsini basmaqla növbəti mərhələyə keçirik. Burada cədvələ ad verilir. Bundan sonrakı mərhələdə
yaradılacaq cədvəlin digər cədvəllərlə əlaqəsi və açar sahə müəyyənləşdirilir. Daha sonrakı mərhələdə
cədvəlin strukturunda dəyişiklik olacağı, verilənlərin daxil edilməsi və ya verilənlərin forma ilə daxil
edilməsi təyin edilir. Burada da yeni yaradılan cədvəlin adı ilkin pəncərəyə əlavə edilir.
Üçüncü üsul seçildikdə, yəni cədvəlin yaradılması verilənlərin daxil edilməsi ilə həyata
keçirildikdə üsul seçildikdən sonra açılan yeni pəncərədə hər bir sahə adı hissəsində düyməni iki dəfə
sıxmaqla sahə yeri aktivləşdirilir və oraya sahənin adı daxil edilir. Növbəti sətirlərə isə sahələrə uyğun
olan verilənlər daxil edilərək yeni cədvəl yaradılır.Burada da sonda cədvələ ad verilir (tələbata uyğun
olaraq) və həmin cədvəl ilkin pəncərəyə əlavə olunur.
Sonrakı mərhələdə yaradılmış cədvəli seçərək açıb həmin cədvələ verilənlər daxil etmək
mümkündür. Aydındır ki, yaradılma üsulundan asılı olaraq cədvələ ya yaradılma mərhələsində, ya da
sonradan verilənlərlər daxil edilir.Cədvəl açıldıqdan sonra adətən pəncərənin aktiv hissəsində sahələrin
adları və uyğun verilənlər, sonda isə bazanın ayrı-ayrı yazılarına keçidi təmin edən xüsüsi sətir yerləşir.
Formanın hazırlanması:
Access verilənlər bazası ilə işləmək üçün istifadəçiyə qrafik interfeysin layihələndirilməsi
sahəsində geniş imkanlar verir. Bunun mühüm vasitələrindən biri giriş-çıxış formalarıdır ki, bu da
verilənlər bazası cədvəllərində yazıların ilkin yüklənməsini həyata keçirməyə, verilənlərə nəzarət edilməsi
funksiyasını yerinə yetirməyə, həmçiıün verilənlərdə düzəlişlər etməyə (yeni yazırılar əlavə etmə, silmə
və sahədəki verilənləri dəyidişrməyə) imkan verir.
Formanın alınmış maketinə uyğun olaraq Access vasitələrinin köməyilə ekran formasının
qurulması həyata keçirilir. Bu zaman hazırlıq işləri mərhələsində istifadəçinin formaya qarşı qoyduğu
tələblər nəzərə alınmalıdır. Burada məlumatlann hansı cədvəldən götürülərək əks etdirilməsi, formada
70
hansi sahələrin verilməsi, hesablanacaq sahələrin lazım olub olmaması, formanın rəsmiləşdirilməsinə
xidmət edən qrafik elementlərin olması, mətni və şəkilləri şərh edən xətlərdən istifadə ediləcəyi göstərilir.
Formanın quruluşu, formanın layihələndirilməsi rejimində əks etdirilir. Bu rejimdə formanın
sahələrinin və elementlərin sazlanması istifadəçi tərəfindən aparıla bilər. Layihələndirmə pəncərəsində
formanın başlıq, verilənlər və əlavə qeydlər sahələri ayrılır. Formanm sahələri müxtəlif qrafik obyektlərdə
doldurulur. Cədvəl yazılışları ilə əlaqədar olan və müəyyən sahə verilənlərının əks etdirilməsi üçün
nəzərdə tutulan qrafik obyektlərə idarəetmə elementləri deyilir. Idarəetmə elementlərinin əsas tipləri sahə,
siyahı sahəsi və siyahıdır. Cədvəllərlə və ya sorğularla əlaqədar olmayan qrafik obyektlər ilk növbədə
formanın maketinin yaraddması üçün istifadə olunan və sahələrin uzərindəki qeydləri (rekvizitiərə
istifadəçilərin verdiyi adlar), tətbiq edilən obyektləri, həmin obyektlər üzərindəki qeydləri və başlıqların
özündə birləşdirir. Həmin elementlər haqqındakı informasiya formanın maketində saxlanılır. Forma, eləcə
də onun hər bir elementi onlara nəzarət edilməsi və düzəlişlərin aparılmasını təmin edən xassələrə
malikdir. Elementin xassəsi onun xarici görünüşünün, ölçünün formanın harasında yerləməsinin, giriş-
çıxış rejimlərinin, makrosların və ya proqramın təyin edilməsinə imkan verir. Xüsusiyyətlər dialoq
pəncərəsində əks etdirilir və burada hər bir xüsuslyyət və onun qiyməti üçün yer ayrilir. Formada müxtəlif
məqsədlər üçün, məsələn nəzarət edilən cədvəldə başqa yazılara keçilməsi, yazılarda düzəliş aparilması
(əlavələr edilməsi, təkrarlanması, bərpası, çixarılması, saxlanması), forma ilə işin yerinə yetirilməsi
(acilması, bağlanması, tənizlənməsi, yenilənməsi) ucun muvafiq idarəetmə düymələri nəzərdə tutula bilər.
Formanın yaradılması üçün ilkin pəncərədən «Форма» obyekti seçilir. Bu obyekt seçildikdən
sonra formanın yaradılmasının iki üsulu verilir. Həmin rejimlər aşağıdakılardır:
-
Создание формы в режиме конструктора (formanın layihəçi rejimində yaradılması);
-
Создании формы с помощью мастера (formanın ustanın köməyi ilə yaradılması).
Birinci üsuldan istifadə etdikdə yeni açılan pəncərədə formanın yaradılması, müxtəlif
elementlərin. yazı və sahə elementlərinin əlavəsi üçün alətlər paneli verilir. Bu panelin hər bir
elementindən istifadə etməklə bazanın ayrı-ayrı cədvəllərinə istənilən formanı vermək olar. Seçilən
alətdən asılı olaraq formanın yaradılması mərhələlərini ardıcıl yerinə yetirmək lazımdır. Qeyd edək ki,
layihəçi rejimində formaların hazırlanması əslində böş cədvələ müxtəlif obyeklərin: adi yazıların,
sahələrin, siyahıların, şəkillərin, düymə və keçirici açarların, qrafiklərin, müxtəlif redaktorların
elementlərinin əlavəsi həyata keçirilir.
İknci üsulla formaların yaradılması zamanı üsul seçildikdən sonra birinci mərhələdə forma
veriləcək cədvəl və sahələr seçilir. Sonrakı mərhələdə formanın xarici görünüşü müəyyənləşdirilir(
lentvari, bir sütunda, cədvəl şəklində, icmal cədvəl kimi, icmal diaqram kimi və s.). Ücüncü mərhələdə
formanın stili verilən sahədən forma tərtib edənin istəyinə görə müəyyənləşdirilir. Bundan sonra sonuncu
mərhələyə keçilir. Bu mərhələdə formaya ad verilir. Eyni zamanda formanın verilənlərin daxil edilməsi
üçün açılması və ya maketin dəyişdirilməsi variantlarından biri seçilərək verilir. Əgər maketin
dəyişdirilməsi variantı seçilərsə, onda ekrana verilən formada hər bir sahəni aktivləşdirərək onun üçün
ayrılmış sahəni dəyişmək və ya yeni elementləri əlavə etmək olar.
Sorguların hazırlanması:
Sorğu bir və ya bir-biri ilə qarşılıqlı əlaqədə olan bir neçə cədvəllərdən zəruri verilənlərı seçməyə,
hesabatlar aparmağa və nəticələri cədvəl şəklində almağa imkan verir. Sorğu vasitəsilə cədvəldəki
məlumatların təzələnməsi, əlavələr edilməsi və yazılışların çıxarılması da aparıla bilər. Sorğu verilənlər
bazasının bir və ya bir neçə cədvəlləri əsasında qurulur. Bundan başqa digər sorğuların yerinə yetirilməsi
nəticəsində alınmış və saxlanılan cədvəllərdən də istifadə edilə bilər. Sorğu bilavasitə digər sorğuların
nəticələrində alınmıs müvəqqəti cədvəllərdən istifadə edilməklə də alına bilər.
Sorğuların təyinati və vəzifələri aşağıdakılardan ibarət ola bilər:
- seçmənin şərtlərini ödəyən yazıları
seçib götürmək;
- sorğuların nəticə cədvəlinə lazım olan sahəni daxil etmək;
- alınmış yazıların hər birində hesablamaları aparmaq;
- bir və ya bir neçə eyni qiymətə malik olan sahələrin yazılarını qruplaşdırmaq və onlar üzərində
qrup halında funksiyaları yerinə yetirmək;
- seçilib götürülmüş yazılar alt çoxluğunda yeniləməni aparmaq;
- mövcud cədvəl verilənlərındən istifadə etməklə, məlumatlar bazasının cədvəlindən seçilmiş
yazılar alt çoxluğunu çıxarmaq;
- seçilmiş yazıllar alt çoxluğunu digər cədvələ əlavə etmək.