Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə35/46
tarix14.07.2018
ölçüsü2,08 Mb.
#55577
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   ...   46

  69 

-    Makros  -  bu  obyekt  makro  əmrdir.  Əgər  verilənlərla  hər  hansı  bir  əməliyyat  tez-tez 

təkrarlanırsa,  bir  neçə  əmri  bir  makrosda  qruplaşdırmaq  əlverişlidir  və  bunun  üçün  ayrılmış  düymələr 

kombinasiyasından isti-fadə edilir

-    Modul  -  bu  Vizual  Basic  alqoritnük  dilində  yazılmış  proqram  prosedurdur.  Əgər  Access-in 

standart  vasitələri  sifarişçinin  verilənlər  bazasını  yaratmaq  üçün  kifayət  etmirsə,  onda  proqram  sistemin 

imkanlarını genişləndirməklə, yeni modul yaradır. 

Təşkilat nöqteyi-nəzərdən verilənlər bazasında işləmək üçün iki müxtəlif rejimdən istifadə edilir: 



 - layihə; 

 - istismar(istifadəçi). 

Bazanı  yaradan  bazada  yeni  obyektlər  (  məsələn  cədvəllər)  yaradır,  onların  quruluşunu  verir, 

sahələrin xassələrini dəyişir və onlar arasında əlaqə yarada bilir. 

Baza istifadəçiləri isə formaların köməyi ilə bazaya informasiya daxil edir, sorğuların köməyi ilə 

həmin  verilənlərı  işləyir  və  nəticələri  hesabat  şəklində  verir.  Bir  bazadan  müxtəlif  istifadəçilər  istifadə 

etdiyi halda, onlann bazanın quruluşuna daxil olması mümkün deyil. 

Cədvəllərin tərtib edilməsi: 

Yuxarıda  qeyd  olunmuş  qaydada  yeni  verilənlər  bazasının  yaradılmasını  müəyyənləşdirdikdən 

sonra  cədvəlin  yaradılması  məqsədilə  açılmış  dialoq  pəncərəsində  cədvəl  rejimini  seçirik.  Rejimi 

seçdikdən sonra pəncərənin aktiv hissəsində cədvəl yaratmanın üç üsulu verilir. Bunlar 

- Создание таблицы в режиме конструктора (cədvəlin layihəçi rejimində yaradılması); 

- Создание таблицы с помощью мастера (cədvəlin ustanın köməyi ilə yaradılması); 

- Создание таблицы путем ввода данных (cədvəlin verilənlərin daxil edilməsi ilə yaradılması). 

İstifadəçi  bu  rejimlərdən  uyğun  olanını  seçir.  Əgər  istifadəçi  birinci  üsulu  seçibsə,  yəni  cədvəli 

layihəçi rejimində yaratmaq istəyirsə, açılan yeni pəncərədə bazanın hər bir sahəsinin adı və bu sahədəki 

verilənlərin tipi göstərilir. Pəncərənin aşağısanda verilən xüsusi sahədə verilənlərin tipi ilə əlaqədar olan 

müxtəlif  xassə  və  atributlar  müəyyənləşdirilir.  Cədvəl  sahələri  və  tiplər  elan  edilib  qurtardıqdan  sonra 

pəncərə bağlanılır və tələbə uyğun olaraq cədvələ ad verilir. Yeni yaradılmış cədvəlin adı ilkin pəncərəyə 

avtomatik olaraq əlavə olunur. 

Əgər  istifadəçi  cədvəlin  yaradılması  üçün  ikinci  üsulu  seçirsə,  yəni  cədvəli  ustanın  köməyi  ilə 

yaratmaq istəyirsə, üsul seçiləndən sonra (onun üzərində düyməni ardıcıl olaraq iki dəfə basmaqla) açılan 

pəncərədə  cədvəlin  tipi  (işgüzar,  şəxsi)  seçilir,  daha  sonra  «Образцы  таблиц»  sahəsindən  cədvəlin 

nümunəsi seçilir. Növbəti addımda «Образцы полей» sahəsindən lazımi sahələrin adı seçilərək ya ayrı-

ayrılıqda,  ya  da  hamısı  birdən  düymələr  vasitəsilə  «Поля  новой  таблицы»  sahəsinə  keçirilir.  «Далее» 

düyməsini  basmaqla  növbəti  mərhələyə  keçirik.  Burada  cədvələ  ad  verilir.  Bundan  sonrakı  mərhələdə 

yaradılacaq  cədvəlin  digər  cədvəllərlə  əlaqəsi  və  açar  sahə  müəyyənləşdirilir.  Daha  sonrakı  mərhələdə 

cədvəlin  strukturunda  dəyişiklik  olacağı,  verilənlərin  daxil  edilməsi  və  ya  verilənlərin  forma  ilə  daxil 

edilməsi təyin edilir. Burada da yeni yaradılan cədvəlin adı ilkin pəncərəyə əlavə edilir. 

Üçüncü  üsul  seçildikdə,  yəni  cədvəlin  yaradılması  verilənlərin  daxil  edilməsi  ilə  həyata 

keçirildikdə  üsul  seçildikdən  sonra  açılan  yeni  pəncərədə  hər  bir  sahə  adı  hissəsində  düyməni  iki  dəfə 

sıxmaqla sahə  yeri aktivləşdirilir və oraya sahənin  adı  daxil edilir. Növbəti sətirlərə isə sahələrə uyğun 

olan  verilənlər  daxil  edilərək  yeni  cədvəl  yaradılır.Burada  da  sonda  cədvələ  ad  verilir  (tələbata  uyğun 

olaraq) və həmin cədvəl ilkin pəncərəyə əlavə olunur. 

Sonrakı  mərhələdə  yaradılmış  cədvəli  seçərək  açıb  həmin  cədvələ  verilənlər  daxil  etmək 

mümkündür.  Aydındır  ki,  yaradılma  üsulundan  asılı  olaraq  cədvələ  ya  yaradılma  mərhələsində,  ya  da 

sonradan  verilənlərlər  daxil  edilir.Cədvəl  açıldıqdan  sonra  adətən  pəncərənin  aktiv  hissəsində  sahələrin 

adları və uyğun verilənlər, sonda isə bazanın ayrı-ayrı yazılarına keçidi təmin edən xüsüsi sətir yerləşir.  

Formanın hazırlanması: 

Access  verilənlər  bazası    ilə    işləmək  üçün  istifadəçiyə  qrafik  interfeysin  layihələndirilməsi 

sahəsində  geniş  imkanlar  verir.  Bunun  mühüm  vasitələrindən  biri  giriş-çıxış  formalarıdır  ki,  bu  da 

verilənlər bazası cədvəllərində yazıların ilkin yüklənməsini həyata keçirməyə, verilənlərə nəzarət edilməsi 

funksiyasını yerinə yetirməyə, həmçiıün verilənlərdə düzəlişlər etməyə (yeni  yazırılar əlavə etmə, silmə 

və sahədəki verilənləri dəyidişrməyə) imkan verir. 

Formanın  alınmış  maketinə  uyğun  olaraq  Access  vasitələrinin  köməyilə  ekran  formasının 

qurulması  həyata  keçirilir.  Bu  zaman  hazırlıq  işləri  mərhələsində  istifadəçinin  formaya  qarşı  qoyduğu 

tələblər  nəzərə  alınmalıdır.  Burada  məlumatlann  hansı  cədvəldən  götürülərək  əks  etdirilməsi,  formada 



  70 

hansi  sahələrin  verilməsi,  hesablanacaq  sahələrin  lazım  olub  olmaması,  formanın  rəsmiləşdirilməsinə 

xidmət edən qrafik elementlərin olması, mətni və şəkilləri şərh edən xətlərdən istifadə ediləcəyi göstərilir. 

Formanın  quruluşu,  formanın  layihələndirilməsi  rejimində  əks  etdirilir.  Bu  rejimdə  formanın 

sahələrinin  və  elementlərin  sazlanması  istifadəçi  tərəfindən  aparıla  bilər.  Layihələndirmə  pəncərəsində 

formanın başlıq, verilənlər və əlavə qeydlər sahələri ayrılır. Formanm sahələri müxtəlif qrafik obyektlərdə 

doldurulur.  Cədvəl  yazılışları  ilə  əlaqədar  olan  və  müəyyən  sahə  verilənlərının  əks  etdirilməsi  üçün 

nəzərdə tutulan qrafik obyektlərə idarəetmə elementləri deyilir. Idarəetmə elementlərinin əsas tipləri sahə, 

siyahı  sahəsi  və  siyahıdır.  Cədvəllərlə  və  ya  sorğularla  əlaqədar  olmayan  qrafik  obyektlər  ilk  növbədə 

formanın  maketinin  yaraddması  üçün  istifadə  olunan  və  sahələrin  uzərindəki  qeydləri  (rekvizitiərə 

istifadəçilərin verdiyi  adlar), tətbiq edilən obyektləri, həmin obyektlər üzərindəki qeydləri və başlıqların 

özündə birləşdirir. Həmin elementlər haqqındakı informasiya formanın maketində saxlanılır. Forma, eləcə 

də  onun  hər  bir  elementi  onlara  nəzarət  edilməsi  və  düzəlişlərin  aparılmasını  təmin  edən  xassələrə 

malikdir.  Elementin  xassəsi  onun  xarici  görünüşünün,  ölçünün  formanın  harasında  yerləməsinin,  giriş-

çıxış  rejimlərinin,  makrosların  və  ya  proqramın  təyin  edilməsinə  imkan  verir.  Xüsusiyyətlər  dialoq 

pəncərəsində əks etdirilir və burada hər bir xüsuslyyət və onun qiyməti üçün yer ayrilir. Formada müxtəlif 

məqsədlər  üçün,  məsələn  nəzarət  edilən  cədvəldə  başqa  yazılara  keçilməsi,  yazılarda  düzəliş  aparilması 

(əlavələr  edilməsi,  təkrarlanması,  bərpası,  çixarılması,  saxlanması),  forma  ilə  işin  yerinə  yetirilməsi 

(acilması, bağlanması, tənizlənməsi, yenilənməsi) ucun muvafiq idarəetmə düymələri nəzərdə tutula bilər. 

Formanın  yaradılması  üçün  ilkin  pəncərədən  «Форма»  obyekti  seçilir.  Bu  obyekt  seçildikdən 

sonra formanın yaradılmasının iki üsulu verilir. Həmin rejimlər aşağıdakılardır: 

-

 



Создание формы в режиме конструктора (formanın layihəçi rejimində yaradılması); 

-

 



Создании формы с помощью мастера (formanın ustanın köməyi ilə yaradılması). 

Birinci  üsuldan  istifadə  etdikdə  yeni  açılan  pəncərədə  formanın  yaradılması,  müxtəlif 

elementlərin.  yazı  və  sahə  elementlərinin  əlavəsi  üçün  alətlər  paneli  verilir.  Bu  panelin  hər  bir 

elementindən  istifadə  etməklə  bazanın  ayrı-ayrı  cədvəllərinə  istənilən  formanı  vermək  olar.  Seçilən 

alətdən  asılı  olaraq  formanın  yaradılması  mərhələlərini  ardıcıl  yerinə  yetirmək  lazımdır.  Qeyd  edək  ki, 

layihəçi  rejimində  formaların  hazırlanması  əslində  böş  cədvələ  müxtəlif  obyeklərin:  adi  yazıların, 

sahələrin,  siyahıların,  şəkillərin,  düymə  və  keçirici  açarların,  qrafiklərin,  müxtəlif  redaktorların 

elementlərinin əlavəsi həyata keçirilir. 

İknci  üsulla  formaların  yaradılması  zamanı  üsul  seçildikdən  sonra  birinci  mərhələdə  forma 

veriləcək  cədvəl  və  sahələr  seçilir.  Sonrakı  mərhələdə  formanın  xarici  görünüşü  müəyyənləşdirilir( 

lentvari,  bir  sütunda,  cədvəl  şəklində,  icmal  cədvəl  kimi,  icmal  diaqram  kimi  və  s.).  Ücüncü  mərhələdə 

formanın stili verilən sahədən forma tərtib edənin istəyinə görə müəyyənləşdirilir. Bundan sonra sonuncu 

mərhələyə  keçilir.  Bu  mərhələdə  formaya  ad  verilir.  Eyni  zamanda  formanın  verilənlərin  daxil  edilməsi 

üçün  açılması  və  ya  maketin  dəyişdirilməsi  variantlarından  biri  seçilərək  verilir.  Əgər  maketin 

dəyişdirilməsi  variantı  seçilərsə,  onda  ekrana  verilən  formada  hər  bir  sahəni  aktivləşdirərək  onun  üçün 

ayrılmış sahəni dəyişmək və ya yeni elementləri əlavə etmək olar. 



Sorguların hazırlanması: 

Sorğu bir və ya bir-biri ilə qarşılıqlı əlaqədə olan bir neçə cədvəllərdən zəruri verilənlərı seçməyə, 

hesabatlar  aparmağa  və  nəticələri  cədvəl  şəklində  almağa  imkan  verir.  Sorğu  vasitəsilə  cədvəldəki 

məlumatların  təzələnməsi,  əlavələr  edilməsi  və  yazılışların  çıxarılması  da  aparıla  bilər.  Sorğu  verilənlər 

bazasının bir və ya bir neçə cədvəlləri əsasında qurulur. Bundan başqa digər sorğuların yerinə yetirilməsi 

nəticəsində  alınmış  və  saxlanılan  cədvəllərdən  də  istifadə  edilə  bilər.  Sorğu  bilavasitə  digər  sorğuların 

nəticələrində alınmıs müvəqqəti cədvəllərdən istifadə edilməklə də alına bilər. 

Sorğuların təyinati və vəzifələri aşağıdakılardan ibarət ola bilər: 



-   seçmənin şərtlərini ödəyən yazıları seçib götürmək

-   sorğuların nəticə cədvəlinə lazım olan sahəni daxil etmək

-   alınmış yazıların hər birində hesablamaları aparmaq; 

-   bir və ya bir neçə eyni qiymətə malik olan sahələrin yazılarını qruplaşdırmaq və onlar üzərində 

qrup halında funksiyaları yerinə yetirmək; 

-   seçilib götürülmüş yazılar alt çoxluğunda yeniləməni aparmaq; 

-      mövcud  cədvəl  verilənlərındən  istifadə  etməklə,  məlumatlar  bazasının  cədvəlindən  seçilmiş 

yazılar alt çoxluğunu çıxarmaq; 

-   seçilmiş yazıllar alt çoxluğunu digər cədvələ əlavə etmək. 



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə