Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə36/46
tarix14.07.2018
ölçüsü2,08 Mb.
#55577
növüMühazirə
1   ...   32   33   34   35   36   37   38   39   ...   46

  71 

Çoxcədvəlli  sorğu  verilənlər  bazasının  müxtəlif  cədvəllərindən  qarşılıqlı  əlaqəli  yazıların 

birləşdirilməsi  yolu  ilə  yaradılan  və  bu  cədvəllərin  lazım  olan  sahələrinə  daxil  edilməsi  hesabına  yeni 

cədvəl  yazıların  formalaşdırılmasına  imkan  verir.  Bir  sıra  sorğuların  ardıcıl  şəkildə  hazırlanması, 

proqramlaşdırmaya  müraciət  etmədən  kifayət  qədər  mürəkkəb  məsələlərin  həlli  üçün  əlverişli  sərait 

yaradır. Access sistemində bir necə növ sorğuların yaradılması mumkun olur. 

Sorgunun layihələndirilməsinin əsas prinsiplərini seçmək üçün layihələndirmə prosesini dərindən 

dərk etmək lazımdır. Sorğuların yerinə yetirilməsi nəticələri cədvəl şəklində əks etdirilir.  

Nəticə yazılarına daxil edilən sahələr istifadəçilər tərəfindən sorgu blankında göstərilir. 

Sorğu  cədvəllərinin  nəticələri  sonradan  verilənlərın  işlənməsində  istifadə  edilir.  Seçmək  üçün 

sorgularda  həmin  məlumatlar  bazasının  cədvəllərindən,  habelə  əvvəl  yaradılmış  sorğulardan  da  istifadə 

edilə bilər. Bir sorğuda digər sorğudan bilavasitə istifadə edilməsi mümkündür. 

Sorğuların layihələndirilməsi pəncərəsi iki hissəyə ayrılır: 

-      Yuxan  panel  özündə  verilən  sorğu  üçün  seçilmiş  cədvəli  birləşdirməklə,  sorğunun  verilənlər 

sxemini  əks  etdirir.  Cədvəllər  sahələrin  siyahısı  şəklində  verilir.  Verilənlər  sxemi  verilənlər  bazasının 

sxemindəki  cədvəllər  arasındakı  əlaqələri  və  birləşmə  əlaqələrini  əhatə  etməklə  Access  VBİS  vasitəsilə 

müəyyən edilir. Bundan başqa istifadəçi özündə bu cür əlaqələri müəyyən edə bilər

-   Aşağı panel doldurulması lazım gələn nümunə üzrə sorğu blankından ibarətdir. Blankın hər bk 

sütunu  sorğu  ilə  işlənməsi  lazım  gələn  bir  sahəyə  aiddir.  Sahələr  onların  sorğuların  yerinə  yetirilməsi 

nəticələrinə  daxil  edilməsi,  müvafiq  çeşidləmə  üzrə  tapşırıq  verilməsi  və  yazıların  secilməsi  şərtlərinin 

muəyyən edilməsi uçun istif adə edilə bilər. 

Sorğu blankı doldurulan zaman aşağidakılara əməl edilməlidir: 

-    Sorğuda  istifadə  edilən  sahələrin  adları  Поле  (Sahə)  sətrinə  daxil  edilməli,  nəticə  cədvəlinə 

daxil  edilməli  olan  sahələr  (ekrana  çıxardmalıdır)  sətrində  qeyd  edilməli,  yazıların  seçilməsi  şərti 

(seçilmənin  şərti) sərtində  verilməli, nəticə  yazılarının  çeşidlənməsi  qaydasının seçilməsi  ilə  çeşidlənmə 

sətrindən götürülməlidir; 

-      Sorğu  blankının  hər  bir  sütunu  cədvəlin  müəyyən  bir  sahəsinə  uyğun  gəlir.  Burada  həmcinin 

digər  sahələrin  qiymətləri  əsasında  qiyməti  hesablandan  "hesablanan  sahə"  və  ya  Access-in  qrup  şəkilli 

funksiyalarından birini istifadə edən "yekun sahəsi"də yerləsdirilə bilər. Cədvəllərdən lazım olan sahənin 

sorğunun  müvafiq  sütunlarına  daxil  edilməsi  üçün  sorğuların  verilənlər  sxemindəki  cədvəl  sahələrinin 

siyahısından lazım olan sahənin sorğu blankının birinci sətrinə gətirilməsi  kifayətdir

-Yazıların seçilməsi şərti sorğu blankının müvafiq sətrində bir və  ya bir neçə sahələr üçün verilə 

bilər. Seçmə şərti sahələr üçün istifadə edilən, müqayisə operatorlarжndan və operandlarından ibarət olan 

ifadədir; 

-Sorğudakı sahələr üzərində zəruri hesablamaları da aparmaq olar.   Hesablamaların   nəticəsində    

sorğular   üzrə   cədvəldə hesablanılan sahə yaranır. 

Sorğu yaratmaq üçün ilkin pəncərədən «Запросы» obyektini seçirik. Sorğuların yaradılmasının da 

iki üsulu verilir: 

-

 

Создание запроса в режиме конструктор (sorğunun layihəçi rejimində yaradılması); 



-

 

Создание запроса с помощью мастера ( sorğunun ustanın köməyi ilə yaradılması); 



Birinci üsuldan istifadə etdikdə açılan yeni pəncərədə sahənin adı, sorğu yaradılacaq cədvəlin adı, 

çeşidləmə  üsulu,  ekrana  verilib,  veriməmək  və  seçmə  şərti  verilir.  Bu  parametrlər  hər  bir  sahə  və  ya 

cədvəl üçün ayrılıqda yerinə yetirilir. 

İkinci üsul seçildikdə sorğunun yaradılması üstanın köməyi ilə ardıcıl mərhələlərlə yerinə yetirilir. 

Əvvəlcə sorğunun yaradılması üçün istinad ediləcək cədvəl və ya sorğu seçilir. Sonra sorğu üçün sahələr 

müəyyənləşdirilərək  seçilir.  Növbəti  mərhələyə  keçilir.  Bu  mərhələdə  ya  alınmış  nəticənin  ekrana 

verilməsi,  ya  da  alınan  sorğunda  dəyişikliklər  edilməsi  təyin  olunur.  İkinci  variant  seçildikdə  sorğunun 

yaradılmasının birinci üsulunun tələbləri ekrana gəlir və proses yerinə yetirilir. 



Hesabatların hazırlanması: 

Hesabatların  işlənib  hazırlanması  üzrə  Access  vasitələrinin  başlıca  təyinatı  çıxış  çap  sənədləri 

səklində  cədvəllərdə  verilənlərın  çıxarılmasının  həyata  keçirilməsini  təmin  edən  hesabatların 

yaradılmasından  ibarətdir.  Həmin  vasitələr  çoxlu  müxtəlif  cədvəllərdən  qarşılıqlı  əlaqəli  verilənlərın 

çıxarılmasını təmin etməklə, mürəkkəb quruluşa malik olan hesabatın layihələndirilməsinə imkan verir. 



  72 

Hesabatın  layihələndirilməsi  prosesində  onun  bölmələrinin  tərkibi  və  məzmunu,  eləcə  də 

verilənlər  bazası  cədvəllərinin  sahələrindən    qiymətlərin  hesabatda  yerləşdirilməsi  qaydası  müəyyən 

edilir. 


Hesabatın  maketinin  yaradılması  və  dəyişdirilməsi  hesabatların  layihələndirilməsi  pəncərəsində 

həyata keçirilir.  İlk növbədə  bu pəncərədə  məlum  olduğu kimi  hesabatın boş bölmələri  əks  etdirilir. Bu 

bölmələrin mövcudluğu, onlann əlavə edilməsi və çıxarılması müvafiq menyu əmrləri ilə aparılır. 

Hesabatın  forması  hazırlanarkən  pəncərədəki  sahələr  istifadəçi  tərəfindən  müəyyən  edilmiş 

hesabat maketinə uyğun elementlərlə doldurulmalıdır. Hesabatın bölmələrinin məzmunu təyin edilərkən, 

onun  ayrı-ayrı  səhifələrinin  rəsmiyyətə  salınmasına  qarşı  qoyulmuş  tələblərə  istinad  edilməlidir. 

Verilənlər  sahəsində  verilənlər  bazası  cədvəlinin  sahələri  yerləşdirilir.  Sahələr  üzrə  yazılışların 

qruplaşdırılması lazım gəldikdə, hesabatların layihələndirilməsi pəncərəsində "qrupun başlığı" və "qrupun 

qeydləri" bölmələri də əlavə edilə bilər. 

 

Hesabatların  hazırlanması  üçün  ilkin  pəncərədəbn  «Запросы»  (Hesabatlar)  obyektini  seçirik  və 



sonra yaradılmanın iki üsulundan biri ilə hesabatı yaradırıq. Bu üsullar aşağıdakılardır: 

-

 



Создание отчета в режиме конструктора (hesabatın layihəçi rejimində yaradılması)ı 

-

 



Создание отчета с помощью мастера (hesabatın ustanın köməyi ilə yaradılması); 

Birinci  üsulla  hesabatın  yaradılmasında  istifadəçi  yuxarı  və  aşağı  kolontitullar  və  onların 

parametrlərini, orada yerləşdiriləcək elementləri, eləcə də verilənlər sahəsinin ölçülərini, müxtəlif format 

parametrlərini. Sahəyə yerləşdiriləcək elementləri müəyyənləşdirir və hesabatın ümumi görünüşünü təyin 

edir. 

İkinci  üsuldan  istifadə  etdikdə  bir  neçə  mərhələni  keçərək  hesabatı  hazırlamaq  olur.  Əvvəlcə 



hesabat  hazırlanarkən  istinad  ediləcək  cədvəl.  Forma  və  ya  sorğu  və  uyğun  sahələr  seçilir.  Növbəti 

mərhələdə  qrup  elementlərinin  səviyyəsi  müəyyənləşdirilir.  Daha  sonra  sahə  elementlərinin  çeşidlənmə 

qaydaları,  hesabatın  maketi  və  stili  seçilir.  Sonuncu  mərhələdə  hazır  hesabatın  ekrana  verilməsi  və  ya 

hesabatda dəyişikliklər edilməsi təyin olunur. İlkin pəncərəyə hesabatın adı əlavə edilir. Həmin adı seçib 

açmaqla hesabata baxmaq olar. 

Qeyd edək ki, hazırlanması şərh olunan bütün obyektlərin yaradılmasının ilkin (Verilənlər bazası) 

pəncərə «Конструктор» və ya «Создать» əmrləri ilə də analoji qaydada yaratmaq mümkündür. 

 

 



MÖVZU 14: KOMPÜTER ŞƏBƏKƏLƏRI 

 

Müasir  dövrdə  həyatin  müxtəlif  sahələrində  İKT-larının  geniş  tətbiqi  müxtəlif  kompüter 

istifadəçiləri  arasında  informasiya  əlaqələrinin  yaradılmasını  tələb  edir.  Müxtəlif  kompüterlər  arasında 

informasiya  əlaqələri  olmadan  həlli  mümkün  olmayan  və  ya  həddən  artıq  çətin  olan  məsələlərə 

aşağıdakıları aid etmək olar: 

-

 



informasiyanın böyük məsəfalərə ötürülməsi (yüzlərlə. minlərlə kilometrlərə); 

-

 



bir neçə kompüter tərəfindən bahalı qurğu, proqram  vasitələri və informasiya ehtiyatlarından 

birgə  istifadə.  Buraya  güclü  prosessorları.  Iritutumlu  informasiya  daşıyıcılarını,  yüksək  məhsuldarlığa 

malik printerləri, verilənlər bazalarını və müxtəlif proqram təminatı vasitələrini aid etmək olar. 

-

 



disk-daşıyıcılarından istifadə etmədən informasiyanın kompüterlər arasında mübadiləsini; 

-

 



böyük  həcmli  layihələr  üzərində  birgə  işin  aparıldığı  vaxt  istifadə  edilən  ümumi  verilənlər 

üzərində qarışıqlığın aradan qaldırılmasının təmin edilməsi

Əslində  qeyd  olunan  bu  siyahını  daha  da  genişləndirmək  olar.  Lakin  daha  geniş  istifadəçi 

əhatəsinə görə yuxarıda göstərilən səbəblər kompüterlər arasında informasiya mübadiləsi üçün əlaqələrin 

yaranmasını tələb edir. 

 Kompüterlər arasında əlaqələrin təşkilinin üç əsas üsulu mövcuddur. Bu üsullar aşağıdakılardır: 

-

 

yanaşı  yerləşən  kompüterlərin  xüsusi  kabellərdən  istifadə  edilərək  kommunikasiya  portları 



vasitəsilə birləşdirilməsi

-

 



verilənlərin  modemlər  vasitəsilə  naqillər  və  ya  peyk  ötürmələrinin  köməyi  bir  kompüterdən 

digərinə ötürülməsi; 

-

 

kompüterlərin kompüter şəbəkələri vasitəsilə birləşdirilməsi; 



Adətən  iki  kompüter  arasında  əlaqələrin  yaradılmasında  bir  kompüter  ehtiyatların  (proqramların, 

verilənlərin və  s.) təqdim  edicisi və  ya  göndəricisi, digəri isə bu ehtiyatların istifadəçisi rolunu oynayır. 




Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə