Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə37/46
tarix14.07.2018
ölçüsü2,08 Mb.
#55577
növüMühazirə
1   ...   33   34   35   36   37   38   39   40   ...   46

  73 

Belə  halda  birinci  kompüter  server,  ikinci  kompüter  isə  klkiyent  və  ya  işçi  stansiya  adlandırılır.  

Göstərilən əlaqənin təmini üçün xüsusi proqram təminatının mövcudluğu tələb olunur. 

Server  (ingilis  sözu  serve-  xidmət  etmək)  –  bu  yüksək  məhsuldarlığa  malik  kompüter  olub,  iri 

həcmli  xarici  yadadşa malik  olur. Bu kompüter birgə istifadə  üçün nəzərdə  tutulan qiymətli  ehtiyatların 

bölüşdürülməsini idarə etməklə kliyent kompüterlərə xidməti təmin edir. 

Kliyent  (başqa sözlə işçi stansiya) dedikdə serverin xidmətlərindən istifadə edə biləcək istənilən 

kompüter ola bilər. 

Misal  üçün  server  mərkəzi  verilənlər  bazası  yerləşən  güclü  kompüter,  kliyent  isə  proqram 

vasitəsilə lazım olduqda serverdən verilənləri tələb edərək alan adi kompüter ola bilər. Bəzi hallarda eyni 

bir kompüter həm  server, həm  də  kliyent  ola bilər. Bu halda həmin kompüter özündə  olan verilənlər və 

informasiya ehtiyatlarını digər kompüterlərə təqdim etməklə bərabər, həm də həmin ehtiyatlardan özü də 

istifadə edir. 

Kliyent həm də server xidmətlərini istifadəçi adından alan tətbiqi proqramı da adlandırmaq olar. 

Uyğun  olaraq  istənilən  kompüterin  digər  kompüterə  xidmətlər  təqdim  edən  proqram  təminatını  server 

adlandırmaq olar. 

Ayrı-ayrı  kompüterlərin  interfeyslərinin  uyğunsuzluğunu  aradan  qaldırmaq  üçün  xüsusi 

kommunikasiya protokolları adlandırılan standartlarlar işlənib hazırlanmışdır. 

Kommunikasiya  protokolu-  müxtəlif  verilənlərin  ötürülməsi  qurğuları  arasında  informasiya 

mübadiləsinın  razılaşdırılmış  konkret  qaydalar  yığımıdır.  Hal-hazırda  ötürmə  sürəti,  verilənlərin 

formatlaşdırılması və səhvlərə nəzarət və s. protokolları mövcuddur. 

Şəbəkə  ilə  işləmək  üçün  verilmiş  protokola  uyğun  olaraq  verilənlərin  ötürülməsini  təmin  edən 

xüsusi şəbəkə proqram təminatının olması tələb olunur.  

Kommunikasiya protokolları ötürüləcək bütün informasiyanı qeyd olunmuş ölçüyə malik ayrı-ayrı 

bloklara- paketlərə bölünməsini təyin edir. Sonradan paketləri lazımı ardıcıllıqla yığmaq məqsədilə onlar 

nömrələnirlər. Paketdə olan verilənlərə misal üçün aşağıdakı formata malik əlavə informasiya əlavə edilir 

 

Alıcının 



 ünvanı 

Göndərənin ünvanı 

Uzunluq 

Verilənlər 

Nəzarət cəmi 

sahəsi 


 

Paketin  verilənlərinin  nəzarət  cəmi  səhvlərə  nəzarət  üçün  lazım  olan  informasiyanı  özündə 

saxlayır. Birinci dəfə o, verilənləri ötürən kompüter tərəfindən hesablanır. Paket ötürüldükdən sonra isə 

nəzarət cəmi verilənləri qəbul edən kompüter tərəfindən hesablanır. Əgər alınan nəticə ilkin nəticə ilə üst-

üstə düşmürsə. Deməli paketin verilənləri ötürülmə zamanı korlanıb. Belə paket atılır və avtomatik olaraq 

paketin yenidən göndərilməsi üçün sorğu göndərilir. 

Qurğular  arasında  əlaqənin  təyin  olunması  üçün  kommunukasiya  kanalları  və  protokolların 

uyğunlaşması  üçün  siqnallar  mübadiləsi  həyata  keçirilir.  Bu  proses  əlaqənin  müəyyənləşdirilməsinin 

təsdiqi adlandırılır (ingiliscə HandShake- əl sıxma). 

Kompüter  şəbəkəsi  (ingiliscə  Computer  NetWork,  net  —  şəbəkə,    work  —  iş)  –  kompüterlər 

arasında informasiya mübadiləsi sistemidir. O özündə üç əsas komponenti birləşdirir: 

1.

 



verilənlərin  ötürülməsi  xətləri  (buraya  verilənlərin  ötürülməsi  kanalları  və  kommunikasiya 

vasitələri aiddir); 

2.

 

verilənlərin ötürülməsi xətləri ilə birləşdirilən kompüterlər



3.

 

şəbəkə proqram təminatı. 



Kompüter  şəbəkələri  istifadəçiləri  həmin  şəbəkənin  proqram,  texniki,  informasiya  və  təşkilati 

ehtiyatlarından  birgə  istifadə  imkanını  əldə  edirlər.  Kompüter  şəbəkəsi  qovşaqları  (kompüterlər,  işçi 

stansiyalar və s.) və onları əlaqələndirən budaqlardan ibarətdir. 

Şəbəkə budaqları- iki qonşu qovşağı birləşdirən yoldur. Şəbəkə qovşaqlarının üç tipi mövcuddur: 

1.

 

Axırıncı(sonuncu) qovşaq- ancaq bir budağın sonunda yerləşən qovşaq



2.

 

Aralıq qovşaq- birdən çox budağın sonunda yerləşən qovşaq; 



3.

 

Qonşu  qovşaq-  bu  qovşaqlar  heç  bir  digər  qovşaqlara  aid  olmayan  heç  olmasa  bir  yolla 



birləşən qovşaqlardır. 


  74 

Kompüterləır  şəbəkələrdə  müxtəlif  üsullarla  birləşdirilə  bilərlər.  Kompüterlərin  şəbəkədə 

birləşdirilməsi  üsulları  həmin  şəbəkənin  topologiyası  adlandırılır.  Şəbəkə  topologiyalarının  ən  geniş 

yayılmış tipləri aşağıdakılardır: 

-

 

Xətti  və  ya  şin  topologiyası.  Yalnız  iki  axırıncı  qovşağa,  istənilən  sayda  aralıq  qovşağa  və 



istənilən iki qovşaq arasında yalnız bir yola malik olur

-

 



Halqavari şəbəkə. Bu topologiyalı qovşaqlarda hər bir qovşağa iki və yalnız iki qovşaq birləşir

-

 



Ağacvari şəbəkə. Bu şəbəkələr ikidən çox axırıncı qovşağa, heç olmasa iki aralıq qovşağa və iki 

qovşaq arasında bir yola malik olan şəbəkələrdir

-

 

Ulduzvari topologiya. Bu cür şəbəkələrdə yalnız bir aralıq qovşaq olur; 



-

 

Göz-Göz  şəbəkə  (və  ya  xanavari  şəbəkə).  bu  şəbəkələr  iki  və  daha  çıx  aralıq  yollara  malik  heç 



olmasa iki qovşağa malik olur; 

-

 



Tam əlaqələndirilmiş şəbəkə. Bu cür şəbəkələrdə istənilən iki qovşaq arasında əlaqə yolu vardır. 

Kompüter  şəbəkələrinin  vacib  xarakteristikası  onun  arxitekturasıdır.    Şəbəkənin  arxitekturası- 

onun topologiyasını, tərkibindəki qurğuları və həmin qurğuların şəbəkədə qarşılıqlı əlaqələri qaydalarını 

müəyyənləşdirən  verilənlərin  ötürülməsinin  reallaşdırılmış  strukturudur.  Şəbəkənin  arxitekturası 

çərçivəsində  informasiyanın  kodlaşdırılması,  onun  ünvanlaşdırılması  və  ötürülməsi,  verilənlər  axınının 

idarə edilməsi, səhvlərə nəzarət və xarakteristikaların pisləşməsi və qəza hallarında şəbəkə işinin təhlilinə 

baxılır. 

Ən geniş yayılmış arxitekturalar aşağıdakılardır: 

-

 

Ethernet (ingiliscə ether- efir)- genişyayımlı şəbəkəsi. Bu cür arxitekturalı şəbəkələrdə şəbəkənin 



bütün işçi stansiyaları bütün məlumatları ala bilir. Şəbəkə xətti (şin) və ulduzvari topologiyaya malik ola 

bilər.  Verilənlərin  ötürülmə  sürəti  10  və  ya  100  Mbit/saniyədir  (məsələn  Ethernet  10Base-2-  sürət  10 

Mbit/san., Ethernet 100Base-T- 100 Mbit/san. sürətlidir). 

-

 



Arcnet  (Attached  Resource  Computer  Network  —  birləşmiş  resursların  computer  şəbəkəsi)- 

genişyayımlı şəbəkəsi. Fiziki topologiyası ağacvaridir. Verilənlərin ötürülmə sürəti 2,5 Mbit/saniyədir. 

-

 

Token  Ring  (estafetli  halqavari  şəbəkə,  şəbəkə  markerlərin  ötürülməsi  ilə  işləyir)-  halqavari 



şəbəkədir. Bu cür şəbəkələrdə verilənlərin ötürülməsi prinsipi ona əsaslanır ki, hər bir halqaya daxil olan 

qovşaq  qonşu  özündən  əvvəldə  yerləşən  qovşaqdan  bitlərin  unikal  ardıcıllığından  ibarət  markerin 

gəlməsini  gözləyir.  Markerin  daxil  olmasından  sonra  verilənlər  axın  istiqamətində  növbəti  qovşağa 

göndərilə bilər. Verilənlərin ötürmə sürəti 4 və ya 16 Mbit/saniyədir. 

-

 

FDDİ (Fiber Distributed Data Interface- verilənlərin optic lifli yayımlanma interfeysi)- optik lifli 



xətlərlə  verilənlərin  ötürülməsinin  yüksəksürətli  şəbəkə  arxitekturası.  Verilənlərin  ötürmə  sürəti  100 

Mbit/saniyədir.  Bu  şəbəkələr  ikiqat  halqavari  və  ya  qarışıq  (ulduzvari  və  ağacvari  topologiyaların 

qarışığı)  topologiyaya  malik  olurlar.  Şəbəkə  istifadə  edilən  avadanlıqların  qiymətinin  bahalığı  ilə 

digərlərindən fərqlənirlər. 

-

 

ATM (Asynchronous Transfer Mode- asinxron ötürmə tərzi)- perspektivli, hələlik çox baha olan 



arxitekturadır. Bu arxitekturalı şəbəkələr rəqəmsal verilənlərin, videoinformasiyanın, səsin və s. eyni xətlə 

verilməsini, ötürülməsini təmin edir. Ötürmə sürəti 2,5 Qbit/saniyədir. Əlaqə xətləri optik lifli kabellərdir.  



Şəbəkədə qurğular bir-biri ilə əlaqələndirən avadanlıqlar: 

Şəbəkə kabelləri: Koaksial kabellər. Əsasən iki tip koaksial kabel istifadə olunur.  

-İncə koaksial kabel; 

-Qalın koaksial kabel. 

İncə  koaksial  kabellər  RG-58  olaraq  markalanır  və    50  om  müqavimətə  malik  olurlar.  Bu  kabel  

10BASE 2- Ethernet lokal şəbəkələrində istifadə olunur. İnformasiyanın ötürülmə sürəti 10 Mbit/san - dir. 

Heç bir əlavə  qurğudan  istifadə etmədən informasiya 185-200 m-ə qədər ötürülə bilir.  

Qalın koaksial kabellər RG-8 və ya  RG-11 olaraq markalanır və 50 om müqavimətə malik olurlar. 

Bu  kabellər  sarı  rəngdə  olub  və  üzərində  aralarındakı  məsafə  2.5  m  olan  qara  nöqtələr  qoyulur.  

Kompüterlər      yalnız  bu  nöqtələrdən  kabelə  bağlana  bilərlər.    Bu  kabel    10BASE  5-  Ethernet  lokal 

şəbəkələrində    istifadə  olunur.    İnformasiyanın  ötürülmə  sürəti  500  Mbit/san-dir.  Heç  bir  əlavə    qurğu  

istifadə etmədən informasiya 500 m-ə qədər ötürülə bilir.   

Burulmuş  cütlü kabellər. Bu kabellər kompüter şəbəkələrində istifadə olunan ən ucuz kabellərdir. 

UTP (ekranlaşdırılmamış)  və STP (ekranlaşdırılmış) olaraq markalanır. İnformasiyanın ötürülmə sürəti  

10-100 Mbit/san-dir. Əsas  üstünlüyü ucuz olması  və asanlıqla quraşdırıla bilməsidir. Məlumatları kənar 




Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə