Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə39/46
tarix14.07.2018
ölçüsü2,08 Mb.
#55577
növüMühazirə
1   ...   35   36   37   38   39   40   41   42   ...   46

  77 

Fiziki  səviyyə  (Physical  layer)  fiziki  əlaqə  kanalında  informasiyanın  (bitlərin)  ötürülməsi  ilə 

xarakterizə  olunur.  Fiziki  əlaqə  kanalı  kimi,  koaksial  kabel,  burulmuş  qoşa  kabel,  optik  lifli  kabel  və  s. 

nəzərdə  tutulur.  Bu  səviyyədə  elektrik  siqnallarının,  məsələn  gərginlik  və  ya  cərəyanın  ötürülmə 

siqnallarının səviyyəsi, kodlaşdırma tipi, siqnalların ötürülmə sürəti və s. müəyyənləşdirilir. 

Fiziki  səviyyədə  yalnız  informasiya  bitlərlə  ötürülür.  Lakin  bu  zaman  əlaqə  xətləri  məşgul  ola 

bilərlər.  

Kanal  səviyyəsində  ötürülmə  mühiti,  səhvlər  təyin  edilir  və  səhvlərin  düzəlişi  yoxlanılır.  Bunun 

üçün  informasiya  bitləri  kadrlarda  (frame)  qruplaşdırılır,  Kanal  səviyyəsi  hər  bir  kadrın  düzgunlüyunu 

təyin edir.  

Şəbəkə  səviyyəsi  (Network  layer)  bir  neçə  şəbəkəni  birləşdirən  vahid  nəqliyyat  sisteminin 

yaradılmasına  xidmət  edir.  Şəbəkə  səviyyəsi  xəbərlərin  ötürülməsində  düzgün  istiqamətin  seçilməsini 

təmin  edir.  Şəbəkələr  öz  aralarında  marşrutizator  (router)  adlanan  xüsusi  qurğu  vasitəsi  ilə  birləşdirilir. 

Marşrutizator  şəbəkələr  arası  əlaqələrin  topologiyası  haqqında  informasiyanı  yığaraq  onun  əsasında 

paketləri  təyin  olunmuş  şəbəkəyə  göndərir.  Xəbərin  bir  şəbəkədən  (ötürücudən)  digər  şəbəkəyə 

(qəbulediciyə)  göndərilməsi  üçün  şəbəkələr  arası  müəyyən  miqdar  tranzit  ötürmələrdən  (hop-siçrayış) 

istifadə edilir. Bu zaman hər dəfə müvafiq marşrut seçilir. Beləliklə , ümumi marşrut paketlərin keçdiyi 

marşrutizatorların  ardıjıllığından  ibarət  olur.  Daha  optimal  yolun  seçilməsi  marşrutlaşdırma  adlanır  və 

onun həlli şəbəkə səviyyəsinin əsas məsələlərindən biridir. Çox zaman marşrutun seçilmə kriteriyası kimi 

verilənlərin ötürmə vaxtı qəbul edilir. Bu işə kanalın buraxma qabiliyyəti və trafikin intensivliyindən asılı 

olur.  Şəbəkə  səviyyəsi  müxtəlif  texnologiyaların  uyğunlaşması,  böyük  şəbəkələrin  ünvanlarının 

sadələşdirilməsi kimi məsələləri də həll edir.  

Şəbəkə  səviyyəsində  xəbər  paket  adlanır.  Bu  zaman  qəbul  edənin  ünvanının  böyük  hissəsi  – 

şəbəkənin  nömrəsi  və  həmin  şəbəkədəki  qovşağın  nömrəsindən  ibarət  olur.  Eyni  şəbəkənin  bütün 

qovşağlarının  ünvanlarının  böyük  hissəsi  eyni  olmalıdır.  Şəbəkə  səviyyəsində  2  tip  protokollar  təyin 

edilir.  I.  Şəbəkə  protokolları  paketlərin  şəbəkələrdə  hərəkətin  həyata  keçirir.,  II  marşrutlaşdırma 

protokolların  köməyi  ilə  marşrutizatorlar  (router)  şəbəkələrarası  birləşmələrin  topologiyası  haqqında 

informasiya yığırlar. 

Şəbəkə  səviyyəli  protokollar  kimi  TCP/IP  stekindən  IP  protokolunu  və  Novell  stekindən  IPX 

paketlərin şəbəkələrarası mübadiləsi protokollarını misal göstərmək olar. 

Nəqliyyat səviyyəsi (Transport layer) yuxarı tətbiqi və seans səviyyələrinə verilənlərin tələb olunan 

etibarlı  dərəcədə  ötürülməsini  təmin  edir.  Nəqliyyat    səviyyəli  protokollar  kimi  TCP/IP  stekinin  TCP 

protokolu, Novell stekinin SPX protokolunu misal göstərmək olar. 

Seans  səviyyəsi  (Session  layer)  –dialoqun  idarə  edilməsini  təmin  edir,  cari  anda  aktiv  tərəfi  qeyd 

edir,  sinxronlaşdırma  vasitələrini  təqdim  edir.  Bu  səviyyənin  funksiyası  tətbiqi  səviyyə  ilə  birləşmişdir. 

Buna görə də seans səviyyəsində yalnız ona məxsus olan protokollar yoxdur. 

 Prezintasiya  təqdimetmə  səviyyəsi  (Prezentation  layer)  –  informasiyanın  məzmununu 

dəyişdirmədən  onun  təsvir  olunma  formasını  təyin  edir.  Bu  səviyyənin  vasitəsi  ilə  bir  sistemin  tətbiqi 

səviyyəsindən  digər  sistemin  tətbiqi  səviyyəsinə  informasiyanın  təqdim  edilməsi  aydın  formada  olur. 

Beləliklə  təqdimetmə  səviyyəsi  verilənlərin  mübadiləsi  üçün  eyni  sintaksis  seçir.  Serure  Socker  Layer 

(SSL)  protokolunu  təqdimetmə  səviyyəsinin  protokolu  kimi  misal  göstərmək  olar.  Bu  protokol  TCP/IP 

tətbiqi səviyyəsinin protokolu üçün xəbərlər mübadiləsinin məxviliyini təmin edir. 

Tətbiqi səviyyə (Application Layer) – istifadəçinin fayllara, printerlərə, hipermətnli Web səhifələrə 

və s.müraciəti təmin edən protokollar aiddir. 

Internetin işləmə prinsipi: 

IP  protokolu  verilənlərin  yalnız  ötürülməsini  təmin  edir.  Bütün  prosesi  isə  TCP  (Transmission  

Control Protocol) protokolu idarə edir. 

TCP protokolu informasiyanı bir neçə hissəyə bölür, hər bir hissəni xüsusi nömrələyir (sonradan 

informasiyanı  ardıcıl  birləşdirmək  üçün),  hər  bir  hissəyə  «işçi»  informasiya  əlavə  edir  və  onları  ayrı-

ayrılıqda  «IP-paketə»  düzür.  Bu  «paket»  şəbəkə  vasitəsilə  göndərüir.  Göndərilən  sxemdə  TCP  və  IP 

protokolları  sıx  birləşdiyinə  görə  onlan  TCP/IP  protokolu  adlandırırlar.  İnternetlə  göndərilən  TCP/IP 

paketlərinin  ölçüsü  1  baytdan  1500  bayta  qədər  olurr.  Bü  ölçü  şəbəkənin  texniki  xarakteristikalarından 

asılı olur. 

Internet-də ünvanlaşdırma sistemi: 




  78 

TCP/İP  şəbəkəsində  ünvanlaşdırmanın  üş  növü  mövcuddur.  Bu  ünvanlaşdırmalar 

aşağıdakılardır: 

Qovşağların  lokal ünvanları.  Bu ünvanlar qovşağın  daxil olduğu ayrıca təşkil olunmuş şəbəkəni 

müəyyənləşdirən  texnologiya  ilə  təyin  olunmuşdur.  Lokal  şəbəkədə  olan  belə  ünvanlar  MAC  ünvanlar 

adlandırılırlar.  Belə  ünvanlar  unikal  olmaqla,  mərkəzləşdirilmiş  şəkildə  idarə  edilir.  Lokal  şəbəkələrin 

bütün mümkün texnologiyalarında MAC ünvanlar üçün 6 baytlıq format müəyyən edilmişdir. Bunlardan 

3 böyük bayt istehsalşı şirkətin identifikatoru, 3 kiçik sonrakı bayt isə istehsalçı tərəfindən unikal olaraq 

təyin olunur. Qlobal şəbəkələrə daxil olan qovşaqlar üçün, məsələn X.25 və ya frame relay şəbəkələrində 

lokal ünvanlar qlobal şəbəkənin inzibatçısı tərəfindən təyin olunur. Qeyd edək ki, MAC ünvanlar fiziki 

ünvanlar da adlandırılır. 

İP ünvanlar və ya şəbəkə ünvanları 4 baytdan ibarət olur. Məsələn 109.26.17. 100. Bu ünvandan 

şəbəkə səviyyəsində istifadə olunur. İP ünvanlar iki hissədən ibarət olur: şəbəkənin nömrəsi və qovşağın 

nömrəsi.  Şəbəkənin  nömrəsi  inzibatçı  tərəfindən  ixtiyari  qaydada  seçilə  bilər  və  ya  şəbəkə  İnternetin 

tərkib  hissəsi  kimi  işlədikdə  İnternetin  xüsusi  bölməsi  tərəfindən  (Network  International  Center,  NIC) 

təyin olunur. Adətən hər bir İnternet xidməti provayderləri NİC tərəfindən belə ünvanların diapazonunu 

alır və sonra isə həmin diapazona daxil olan nömrələri öz abonentləri arasında bölüşdürür. 

İP protokolunda qovşağın nömrəsi həmin qovşağın lokal ünvanından asılı olmayaraq təyin edilir. 

İP ünvanların şəbəkə nömrəsi və qovşağın nömrəsi arasındakı sərhədd çevikdir və bu səsbəbdən də həmin 

sərhədd  istənilən  kimi  müəyyənləşdirilə  bilər.  Qeyd  etmək  lazımdır  ki,  eyni  bir  qovşaq  bir  neçə  İP 

şəbəkəyə  daxil  ola  bilər.  Belə  halda  qovşaq  daxil  olduğu  şəbəkələrin  sayına  uyğun  olaraq  bir  neçə  İP 

ünvana  malik  olmalıdır.  Beləliklə,  aydın  olur  ki,  İP  ünvan  ayrıca  götürülmüş  kompüteri  və  ya 

marşrutizatoru deyil, şəbəkə birləşməsini xarakterizə edir. 

IP-ünvan 4 on rəqəmli identifikatordan və ya başqa sözlə desək nöqtə ilə ayrılmış, hərəsi bir bayt 

aktetləldən ibarətdir. Cədvəl 1-də IP-ünvanın şəbəkə sinfinə uyğun 1-ci aktetin qiymətləri göstərilmişdir. 

Cədvəl 1.  

IP ünvanın şəbəkə sinflnə uyğun 1-ci aktetin qiymətləri 

 

Şəbəkə sinfi 



 

1-ci aktetin qiymətlər 

diapoznnu 

 

Mümkün alt 



şəbəkələrin sayı 

 

Mümkün qovşaqların 



sayı 

 

A                          



•  •   . 

 

1-126 



 

126 


 

16777214 

 



 



128-191 

 

16382 



 

65534 


 

 



192-223 

 

2097150 



 

254 


 

 



224-239 

 

— 



 

2-28 


 

 



240-247 

 

— 



 

2-27 


 

 

A  sinfli  ünvanlar  -  ümümi  istifadəli  böyuk  şəbəkələrdə  istifadə  olunur  ki,  bu  da  çoxlu  saylı 



qovşaqlar sisteminin yaradılmasına imkan verir. 

B  sinfli  ünvanlar-orta  ölçülü  korporativ  şəbəkələrdə,  C  sinfli  ünvanlar-böyük  olmayan 

təşkilatların  lokal  şəbəkələrində,  D  sinfli  ünvanlar-maşm  qruplarına  müraciət  üçün  istifadə  olunur,  E 

sinfli ünvanlardan hələlik istifadə olunmur. 

Yuxanda  qeyd  edilənləri  bir  misal  üzərində  aydınlaşdıraq.  Tutaq  ki,  197.91.104.12  olan  IP-

ünvana  müəyyən  informasiyaya  malik  paket  göndəririk.  Yəni  paket  İnternet  şəbəkəsinin  197-ci  alt 

şəbəkəsinə göndərilir ki, bu da 1-ci aktetin C şəbəkə sinfinə aiddir. Fərz edək ki, 197-ci şəbəkə özündə 

200  alt  şəbəkəni  birləşdirir  və  bizim  paket  91-inciyə  göndərilir.  O  da  özündə  150  xırda  şəbəkələri 

birləşdirir.  Lakin  biz  104  -cüyə  müraciət  edirik.  Nəhayət,  əgər  104-cü  şəbəkəyə  50  kompüter 

qoşulmuşdursa bizim göndərdiyimiz informasiya paketini şəbəkə sistemindəki 12 nömrəli maşın alacaq. 

Internet şəbəkəsinin istifadəçiləri üçün hər bir ünvanda bu qədər rəqəmi yadda saxlamaq çətindir. 

Bu  səbəbdən  mütəxəssislər  istifadəçilərin  işini  asanlaşdırmaq  məqsədələ  ünvanların  yaradılmasmda 

«adlrın domen sistemi»indən istifadə etdilər. 

DNS-adların  domen  sistemi.  Simvolla  verilmiş  identifikator-  ad,  məsələn  SERV1.  İBM.  COM 

şəklində  verilə  bilər.  Bu  ünvan  inzibatçı  tərəfindəm  müəyyənləşdirilir  və  bir  neçə  hissədən  ibarət  olur. 



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə