Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə42/46
tarix14.07.2018
ölçüsü2,08 Mb.
#55577
növüMühazirə
1   ...   38   39   40   41   42   43   44   45   46

  83 

4.

 



Bəzi fayllar sıradan çıxır və s.  

Bu  zaman  sizin  istifadə  etdiyiniz  bir  çox  proqramlar  yoluxmuş,  bəzi  fayllar  və  disklər  sıradan 

çıxmış olur. Nətijədə isə sizin kompüterdəki yoluxmuş proqramlar,  yəni viruslar disket və lokal şəbəkə 

vasitəsi ilə iş yoldaşlarınızın, dostlarınızın  kompüterlərinə keçə bilir. 

Bəzi viruslar əvvəljə çox sayda proqramları və diskləri yoluxdurur,  sonra isə onlara daha böyük 

ziyan vurmağa başlayır. Məsələn: kompüterin vinçesterini ( sərt, bərk diskini ) formatlaşdırır. 

Beləliklə əgər virusdan mühafizə olunmağa vaxtında ölçü götürülməsə, kompüterin yoluxmasının 

nətijəsi  çox  jiddi  olar.  Məsələn:  1989-ju  ildə  Amerikalı  tələbə  Morrisin  yaratdığı  virusla  minlərlə,  o 

jümlədən  ABŞ-ın  Müdafiə  Nazirliyinə    aid  olan  kompüterlər  yoluxmuş  və  sırıdan  çıxmışdır.  Ona  görə  

həmin tələbəyə 3 ay həbs jəzası və 270 min dollar jərimə kəsilmişdir. Jəzanın yünjül olması səbəbi isə 

həmin virusun anjaq faylları sıradan çıxarması və çox dağıdıjı xarakterli olmaması ilə izah olunmuşdur. 

Virus proqramının aşkar edilməməsi üçün həmin proqram  kiçik həjmli olmalıdır.Ona görə də bu 

proqramlar Asembler dilində yüksək təjrübəyə malik olan proqramçılar tərəfindən yazılır. 

Virusla yoluxmuş və sıradan çıxmış fayllar 

     Virus  kompüterdə  olan  istənilən  faylı  sıradan  çıxara  bilər.  Bəzi  viruslar  isə  proqramları  və 

faylları yoluxdurur, onların içinə daxil olur, müəyyən müddətən sonra fəaliyyətə başlayırlar. Proqramların 

və  sənədlərin  teksləri,  verilənlər  bazasının    informasiya  faylları  və  s.  fayllar  virus  vasitəsi  ilə  yoluxa 

bilməz, onlar anjaq sırıdan  çıxa bilər. Kompyterlərdə .COM  və    .EXEC fayllarının virusla yoluxmasına 

daha  tez-tez  təsadüf  olunur.  Kompüterləri  bəzən  də  disketin  yüklənmə  sektorundan  keçmiş  viruslar 

yoluxdurur. 

Kompüter viruslarından mühafizə metodları 

Viruslardan mühafizə üçün aşağıdakı metodlardan istifadə olunur.  

1. İnformasiyaların   mühafizəsinin ümumi vasitələri 

2. Virusla yoluxmanın etimalını azaldan profilaktik ölçülər 

3.Virusdan mühafizə üçün xüsusi proqramlar  

İnformasiya  mühafizəsinin  ümumi  vasitələrinin,  həm  informasiyaları  virusdan  mühafizə  etməsi, 

həm də aşağıdakı iki müxtəlif sərfəli jəhəti var. 

 



İnformasiyaların surətini çıxarmaq 

 



İnformasiyaların kənar şəxslər tərəfindən istifadəsinin qarşısını almaq  

İnformasiya  mühafizəsinin  ümumi  vasitələri  kompüterləri  viruslardan  qorumağın  əsasını  təşkil 

etməyinə baxmayaraq, virusdan qorunmaq üçün  kifayyət deyil. Bunun üçün xüsusi proqramların olması 

zəruridir və həmin proqramlar aşağıda göstərilmişdir. 



Detektor və doktor, vaksin, revizor, filtr proqramları. 

Bu  proqramların  əksəriyyəti  yoluxmuş  faylları  ləğv  etmə  rejimində  fəaliyyət  göstərir.  Bəzi 



detektor  proqramları  anjaq  bir  versiyalı,  bəziləri  isə  bir  neçə  versiyali  virusu    məsələn:    McAfee 

Associates firmasının proqramları təxminən 70, AIDSTEST isə 50 virusu təyin və ləğv edir. Detektordan 

fərqli  olaraq  doktor  proqramları  yoluxmuş  faylları  ilkin  vəziyyətində  zərərsizləşdirir.  Bu  proqramın 

çatışmayan jəhəti, onun faylları anjaq bir tip virusdan  müalijə etməsi və bəzən də bu müalijəni düzgün 

aparmamasıdır.  Revizor  proqramları  əvvəljə  proqramları  və  faylları  öyrənir,  yadda  saxlayır,  sonra  ilkin 

vəziyyətləri ilə müqayisə edib, onların uyğun olmayan jəhətləri həqqında istifadəçiyə məlumat verir. Filtr 

proqramları həmişə kompüterin yaddaşında yerləşir və yerinə yetirilə bilən bütün əməliyyatlar haqqında 

istifadəçiyə məlumat verir. İstifadəçi isə öz növbəsində bu əməliyyatların yerinə yetirilməsinə ya ijazə və 

ya qadağa qoya bilər. Bununla istifadəçi virusun varlığını qabaqjadan təyin edə bilir.      

-

 

Kompüterin virusla yoluxduğu zaman 4  əsas qaydaya rəayət  etmək vajibdir. 



-

 

Birinji  növbədə  bu  məsələnin  həllində  tələsmək  lazım  deyil.  Düşünülməmiş  hərəkət  faylın  bir 



hissəsini  itirilməylə  deyil,  (hansı  ki,  onu  bərpa  etmək  mümkün  olardı),  hətta  kompüterin  təkrar 

virusla yoluxması ilə nətijələnə bilər. 

-

 

Kompüterin  söndürülməsi  birinji  və  ən  vajib  addım  olmalıdır.  Çünki  virus  kompüterdə  çox 



qaldıqja, dağıdıjı təsirini davam edir. 

-

 



Kompüterin  virusla  yoluxmasının  və  müalijəsinin  bütün  tiplərini,  əməliyyat  sisteminin 

yazılmaqdan  mühafizə  olunan  disket  vasitəsi  ilə  yüklənməsi    zamanı  təyin  etmək  mümkündür. 

Bunun  üçün,  yalnız  yazılmaqdan  mühafizə  olunan  disketlərdə  saxlanılan  .EXE  və  .COM  timpli 

proqramlardan istifadə etmək olar. 




  84 

-

 



Əgər  siz  kompüteri  müalijə  etməyə  qadir  deyilsinizsə,  onda  bu  sahədə  təjrübəsi  olan 

yoldaşlarınızdan kömək istəyin. 

Sizin illər ərzində gördüyünüz  işin nətijəsini bir virus çox az zamanda  məhv edə bilər. Ona görə 

də    informasiyaları  (kompüterləri)  viruslardan  mühafizə  etmək  üçün  yüksək  səviyyəli  antivirus 

proqramlarından istifadə etmək zəruridir. 

Beləliklə,    Antivirus  –    Sizin  faylların  virusla  yaluxmasını  tez  təyin  edən  proqramdır.  Siz 

yoxlamaq  istədiyiniz  fayl  qeyd  olunduqdan  sonra,  kompüterdən  xüsusi  “sanitar”  serverə  yüklənir  və  ən 

yüksək səviyyəli proqram olan- Antivirus Kasperskoqo – proqramı vasitəsi ilə yoxlanmağa başlanır. Bu 

proqram  hətta  ən  yeni  virusları  da  nəzərdən  qaçırmır.  Bu  proqram  vasitəsi  ilə  ölçüsü  1  mb-dan  böyük 

olmayan  fayılları  bir  dəfəyə  yoxlamaq  mümkündür.  Əgər  eyni  zamanda  bir  neçə  faylı  yoxlamaq  lazım 

gələrsə,  onda  həmin  faylları  birinji  növbədə  (ZIP  və  ARJ  və  s.  )  arxivləşdirmək,  sonra  isə  yoxlamaq 

lazımdır.  Bu  variantda  da  arxivin  ölçüsü  1  mb-dan  böyük  olmamalıdır.  Baş  menyunun  Proqramlar 

siyahısından Antivirus Kasperskoqo proqramını seçməklə,  həmin proqramın istənilən bölməsini yerinə 

yetirmək olar.  

Kütləvi  kompüterləşmə,  ən  yeni  İT-nın  tətbiqi  və  inkişafı  təhsil,  biznes,  sənaye  istehsalı  və  elmi 

tədqiqatlar  sahəsində  irəliyə  doğru  hiss  olunan  sıçrayışa  gətirib  çıxarmışdır.  Elmi-texniki  inqilab 

informasiya jəmiyyətinin yaranmasına səbəb olmuşdur. Bu jəmiyyətdə  informasiya ən mühüm resurs və 

başlıja amil olmuşdur. Müasir jəmiyyət tədrijən öz informasiya infrastrukturunun vəziyyətindən müəyyən 

asılılıq  qazanır. 




  əsrdə  vətəndaşların,  jəmiyyətin  və  dövlətin  həyatında  informasiyanın,  informasiya 

resurslarının  və  texnologiyalarının  rolunun  artması  milli  təhlükəsizliyin  təmin  olunması  sistemində 

informasiya təhlükəsizliyi məsələlərini ön plana çıxarır. 

İnformasiyanın  təhlükəsizliyinin  təmin  olunması  probleminin  vajibliyini  və  aktuallığını  aşağıdakı 

səbəblər şərtləndirir: 

 



Müasir  kompüterlərin  hesablama  güjünün  kəskin  artması  və  bununla  eyni  zamanda  onların 

istismarının sadələşməsi; 

 

Kompüterlərin  və  digər  avtomatlaşdırma  vasitələrinin  köməyi  ilə  toplanan,  saxlanan  və  emal 



edilən informasiyanın həjminin kəskin artması; 

 



Hesablama resurslarına və verilənlər massivinə bilavasitə girişi olan istifadəçilər dairəsinin kəskin 

genişlənməsi; 

 

Hətta minimal təhlükəsizlik tələblərinə javab verməyən proqram vasitələrinin joşqun inkişafı; 



 

Şəbəkə  texnologiyalarının  hər  yerdə  yayılması  və  lokal  şəbəkələrin  qlobal  şəbəkələr  halında 



birləşməsi; 

 



İnformasiya  emalı  sisteminin  təhlükəsizliyinin  pozulmasına  praktik  olaraq  mane  olmayan  qlobal 

Internet şəbəkəsinin inkişafı 

İnformasiya  təhlükəsizliyi  dedikdə,  informasiya  və  ona  xidmət  edən  infrastrukturun  sahibi  və  ya 

istifadəçilərinə  ziyan  vurmağa  səbəb  olan  təbii  və  ya  süni  xarakterli,  təsadüfi  və  ya  qəsdli  təsirlərdən 

informasiya və ona xidmət edən infrastrukturun müdafiəliliyi nəzərdə tutulur. 

İnformasiyanın  müdafiəsi  –  informasiyanın  təhlükəsizliyinin  təmin  olunmasına  yönəlmiş  tədbirlər 

kompleksidir. Praktika bu informasiyanın və verilənlərin daxil edilməsi, saxlanılması və ötürülməsi üçün 

istifadə edilən resursların tamlığını əlyetənliyinin və ola bilsin ki, məxfiliyinin himayə edilməsi deməkdir. 

İnformasiyanın  müdafiəsinin  məqsədi  istehlakçı  üçün  informasiyanın  tamlığı,  əlyetənliyi  və 

məxfiliyinin pozulması səbəbindən (idarəetmədə) itkilərin minimuma endirilməsidir. 

İnformasiya təhlükəsizliyi 

İnformasiya təhlükəsizliyinin yuxarıda verilən tərifindən çıxış edərək, informasiya təhlükəsizliyinə 

təhdidləri,  bu  təhdidlərin  mənbəyini,  onların  realizə  üsullarını  və  məqsədlərini,  həmçinin  təhlükəsizliyi 

pozan  digər  hal  və  hərəkətləri  müəyyən  etmək  qanunauyğundur.  Bu  zaman  təbii  olaraq,  ziyan  vurmağa 

səbəb qeyri – qanuni hərəkətlərdən informasiyanın  müdafiəsi tədbirlərini də nəzərdən keçirmək lazımdır. 

Praktika  göstərir  ki,  çoxlu  sayda  olan  belə  mənbə,  obyekt  və  hərəkətlərin  analizi  üçün 

modelləşdirmə  metodlarından  istifadə  etmək  məqsədəuyğundur.  İlkin  yaxınlaşmada  informasiya 

təhlükəsizliyinin konseptual modelinin aşağıdakı komponentlərini təklif etmək olar: 

 

Təhdidlərin obyekti 



 

Təhdidlər 



 

Təhdidlərin mənbəyi bədniyyətli tərəfindən təhdidin məqsədləri 




Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə