Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə2/46
tarix14.07.2018
ölçüsü2,08 Mb.
#55577
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   46

  3 

Verilənlər uzun müddətli müşahidələr, monitorinqlər və cihazlar tərəfindən dəqiq qeyd olunmuş 

informasiyadır. 



Bilik  təcrübədə  dəfələrlə  sınaqdan  çıxmış,  təsdiqini  tapmış  və  müxtəlif  məsələlərin  həllində 

istifadə edilən informasiyadır. 

İnformasiya bizi əhatə edən aləmin bir hissəsi olduğu üçün həmin aləmin obyektidir. Məhz buna 

görə  də  informasiya  da  onu  digər  obyektlərdən  fərqləndirən  xassələrə  malikdir.  Bu  xassələr 

aşağıdakılardır: 

1.

 



Obyektivlik. Yəni informasiya obyektiv gerçəkliyə uyğun olmalıdır. 

2.

 



Tamlıq.  İnformasiyanın  tamlığı  tədqiq  edilən  obyekt  və  ya  proses  haqqında  toplanmış 

informasiyanın miqdarı ilə müəyyən edilir. 

3.

 

Dəqiqlik. İnformasiyanın dəqiqliyi onun təhrif olunmamasıdır, yəni informasiya dəqiq olmalıdır. 



4.

 

Adekvatlıq.  İnformasiyanın  adekvatlığı  obyekt  haqqında  informasiyanın  bu  obyektidən 

istifadənin məqsəd və vəzifələrinə nə dərəcədə uyğun gəldiyini əks etdirir. 

5.

 



Aktuallıq. İnformasiya mövcud zaman anına uyğun olmalıdır. 

6.

 



Anlaşıqlıq. İnformasiya onu qəbul edən tərəfindən tam anlanılmalı, başa düşülməlidir. 

Verilənlər  də  informasiyanın  növü  olmaqla  bərabər  özlərinə  məxsus  xüsusiyyətlərə  malikdirlər. 

Bu xüsusiyyətlər aşağıdakılardır: 

1.

 



Mötəbərlilik. Mötəbərliliyin təmin olunması üçün aşağıdakıların yerinə yetirilməsi vacibdir: 

-

 



verilənlərin toplanması üçün obyektin düzgün seçilməsi

-

 



ölçmələr üçün ən əhəmiyyətli əlamətlər yığımının müəyyənləşdirilməsi

-

 



obyektlərin miqdarının kifayət qədər olması; 

-

 



verilənlərin həlli tələb olunan məsələnin qoyuluşuna uyğun olması. 

2.

 



Verilənlərin dəqiqliyi. Verilənlərin dəqiqliyi də özlüyündə aşağıdakı kimi təsnif olunur: 

- formal dəqiqlik- hansısa formallıqa istinad edilərək müəyyənləşdirilən dəqiqlikdir

- real dəqiqlik- real şəraitə uyğun olaraq mövcud olan dəqiqlikdir

-  maksimal  və  ya  əldə  oluna  bilən  dəqiqlik-  bu  dəqiqlik  verilənlərin  toplanmasının  konkret 

şəraitinə uyğun olaraq müəyyənləşdirilir

- tələb olunan lazımi dəqiqlik- həlli qarşıya məqsəd qoyulmuş məsələnin tələblərinə uyğun olaraq 

müəyyənləşdirilir. 

3.  Verilənlərin  gerçəkliyi.  Bu  xüsusiyyət  verilənlərin  ən  başlıca  xüsusiyyətidir.  Başqa  sözlə  “ 

lazımi  informasiya  keyfiyyətsiz  verilənlərdən  alına  bilməz”  prinsipi  burada  ali  prinsip  kimi  qəbul 

edilir.Praktikada verilənlərin gerçəkliyinə təsir edən əsas amillər aşağıdakılardır: 

- ölçülən verilənlərin dəqiqliyi

- ölçmə və hesabat metodikası; 

- maraqlı şəxslər tərəfindən informasiya prosesinin müxtəlif mərhələlərində edilmiş təhriflər. 

Biliklər  də  informasiya  növü  kimi  informasiyanın  əsas  xüsusiyyətlərindən  əlavə  yalnız  özünə 

məxsus  xüsusiyyətlərlə  xarakterizə  edilir.  Əslində  bu  xüsusiyyətlər  biliklərin  mövcudluq  növlərində 

özünü büruzə verirlər. Biliklər aşağıdakı mövcudluq növlərinə malikdirlər: 

-

 



konkret sahəyə aid informasiyadan istifadə edən maddi və ya konkret biliklər. Bu biliklər çox 

vaxt  konkret qoyulmuş məsələnin həlli metodikaları olurlar. 

-

 

Müxtəlif  sahələr  üzrə  informasiyalardan  alınmış  konseptual  və  ya  ümumiləşmiş  biliklər. 



Adətən bu cür biliklər informasiyadan yeni biliklərin alınması metologiyaları olur. 

-

 



Metabiliklər- biliklər haqqında biliklər- yeni biliklər yaradan elmdir. 

Göründüyü kimi informasiya, verilənlər və biliklər əslində informasiyanın növləri olduqlarından, 

onların malik olduqları həm ümumi xüsusiyyətlər, həm də fərdi xüsusiyyətlər müəyyən anda eyniləşir. Bu 

isə informasiya növləri arasında olan əlaqələr və onların bir-birinə çevrilməsindən irəli gəlir. 

İnformasiyanın  quruluşu  dedikdə  müəyyən  məna  daşıyan  informasiya  elementlərinin  müəyyən 

məcmusu başa düşülür. Bu elementlər informasiya vahidləri adlanır. Onlar sadə və mürəkkəb olur. Sadə 

informasiya  vahidlərini  hissələrə  ayırmaq  mümkün  deyil.  Mürəkkəb  informasiya  vahidləri  isə  bir  neçə 

sadə və mürəkkəb informasiya vahidlərinin birləşməsi nəticəsində yaranır. 

Bütün  obyektlər  kimi  informasiya  da  müəyyən  edilmiş  bir  formada  təsvir  olunmalıdır.  Təsvir 

olunmanı  müxtəlif  üsullarla,  şifahi  və  yazılı  formada  əldə  etmək  mümkündür.  İnformasiyanın  təsvir 

olunmasının  elementar  vahidi  siqnallardır.  Siqnallara  misal  olaraq  rəqəmləri,  hərfləri  və  digər  işarələri 

göstərmək  olar.    İnformasiya  vahidlərinin  təşkil  olunduğu  informasiya  siqnallarının  yazılı  təsviri 




  4 

qeydiyyat  adlanır.  Qeydiyyatın  maddi  mühiti  qeydedicilər  və  informasiya  daşıyıcıları  adlanır. 

İnformasiya  daşıyıcılarını    iqtisadi  informasiyanın  əsas    təsvir  forması  adlandırmaq  olar.  İnformasiya 

qeydedicilərdən  başqa  indikatorlarla  da  əks  etdirilirlər.  Digər  qeydedicilərdən  fərqli  olaraq  indikatorlar 

informasiyanın  diskret  və  ya  rəqəm-hərf  siqnalları  ilə  deyil,  fasiləsiz  siqnallar  formasında 

göstərilmələrindən ibarətdir.  

İnformasiyanın həcmi çox vaxt üç növ ölçü vasitəsilə hesablanır: 

-

 



işarələr ilə; 

-

 



informasiyanın quruluş vahidləri ilə

-

 



informasiya daşıyıcıları ilə. 

İnformasiyanı təsvir etmək məqsədilə şifahi danışıqdan, qrafiklərdən də istifadə etmək olar.  

İnformasiya texnoloji nöqteyi-nəzərdən ötürülmə, saxlanma, işlənmə obyekti kimi müəyyən edilir. 

İnformasiyaya  formal  olaraq  məzmun  cəhətdən  baxıldıqda  o,  işlənməyə,  emala  məruz  qalır.  Belə  olan 

halda  informasiya  proseslərinin  girişində  olan  məlumatlar  “xammal”  rolunu,  çıxışındakı  məlumatlar  isə 

“hazır məhsul” rolunu oynayır. 

İnformasiyanın lazımi formaya salınması müasir informasiya texnologiyalarının tətbiqi ilə həyata 

keçirilir.  Digər  tərəfdən  cəmiyyətin  informasiya  resusrlanndan  istifadə  etməsi  prosesinin  vacib  tərkib 

hissəsi informasiya texnologiyası hesab olunur. 

Texnologiya  sözü  yunanca  «techne»  (ustalıq,  bacarıq)  və  «logos»  (öyrənmə,  idrak)  sözlərinin 

birləşməsindən yaramnışdır və istehsal proseslərinin yerinə yetirilməsi üçün üsullar və vasitələr haqqında 

biliklər toplusunun və həmin proseslərin özlərini ifadə edir. 

İnformasiya texnologiyası- verilənlərin toplanması, ötürülməsi və emalı üçün üsul və vasitələrdən 

istifadə  etməklə  tədqiq  olunan  obyektin,  prosesin,  hadisənin  vəziyyəti  haqqında  informasiyanınn 

(informasiya məhsulunun) alınması prosesidir. 

İnformasiya  texnologiyasında  məqsəd  insan  tərəfındən  analiz  edilmək  və  onun  əsasmda  qərar 

qəbul  etmək  üçün  informasiya  istehsalıdır.  İnformasiya  texnologiyası  elmi-texniki  tərəqqinin  inkişafı, 

informasiya emalı üçün yeni texniki vasitələrin yaradılması ilə təyin olunan bir neçə təkamül mərhələsi 

keçmişdir.  Müasir  cəmiyyətdə  informasiya  emalı  texnologiyasının  əsas  texniki  vasitəsi  texnoloji 

proseslərin  işlənib  hazırlanması  və  istifadə  olunması  konsepsiyasına,  həmçinin  nəticə  informasiyanın 

keyfiyyətinə ciddi təsir etmiş kompüterlər hesab olunur. Kompüterlərin informasiya mühitində tətbiqi və 

telekommunikasiya  vasitələrindən  istifadə  olunması  informasiya  texnologiyasının  inkişafını  yeni 

mərhələyə çatdırdı. Bununla da yeni informasiya texnologiyaları mərhələsi başlandı. 

Yeni informasiya texnologiyalarının üç əsas prinsipi mövcuddur ki, bunlar da aşağıdakılardır: 

- kompüterlə interaktiv (dialoq) rejimində işləmək; 

- proqram məhsullarının inteqrasiyası (birləşdirilməsi, qarşılıqlı əlaqələndirilməsi); 

- həm verilənlərin, həm də məsələnin qoyuluşunun dəyişdirilməsi prosesinin çevikliyi. 

İnformasiya  istehsalının  texniki  vasitələrinə  onun  aparat,  proqram  və  riyazi  təminatını  yerinə 

yetirən  vasitələr  daxildir.  Bu  vasitələrin  köməyilə  ilkin  informasiya  emal  edilərək  yeni  kefıyyətli 

informasiyaya çevrilir. 

Bu  vasitələrin  içərisində  proqram  vasitələrinin  xüsusi  yeri  var.  Proqram  vasitələri  istifadəçi 

tərəfindən qoyulan məqsədə nail olmaqdan ötrü müəyyən tip kom-püterlər üçün bir və ya qarşılıqlı əlaqəli 

bir  neçə  proqram  məhsulundan  ibarətdir.  Belə  vasitələr  kimi  fərdi  kompüterlər  üçün  geniş  yayılmış 

müxtəlif sahələrə aid tətbiqi proqramlardan istifadə edilir. 

İnformasiya  texnologiyası  onun  üçün  əsas  mühit  olan  informasiya  sistemləri  ilə  sıx  bağlıdır. 

İnformasiya  texnologiyası  verilənlər  üzərində  əməllərin,  əməliyyatların,  mərhələlərin  aparılması  üçün 

dəqiq  reqlamentlənmiş  qaydalardan  ibarət  olan  prosesdir.  İnformasiya  texnologiyasınm  əsas  məqsədi 

ilkin informasiyanın məqsədyönlü emah nəticəsində istifadəçi üçün lazımi informasiyanı almaqdır. 

İnformasiya  sistemi  kompüterlərdən,  kompüter  şəbəkələrindən,  proqram  məhsullarından, 

verilənlər  bazalarından,  insanlardan,  müxtəlif  növ  rabitə  vasitələrindən  və  s.  ibarət  olan  muhitdir. 

İnformasiya  sistemi,  informasiya  emalı  sistemidir  və  bura-da  əsas  məqsəd  informasiyanın  saxlanması, 

sorğulara görə axtarışı və seçilən infor-masiyanı lazımi formaya salıb, istifadəçiyə çatdırılmasıdır. 

Beləliklə, informasiya texnologiyası informasiya cəmiyyətində informasiyanın çevrilmə prosesləri 

haqqında müasir təsəvvürü ifadə edən daha geniş anlayışdır. İnformasiya sisteminin uğurla qurulmasının 

və  fəaliyyətinin  təminatı  isə  informasiya  və  idarəetmə  texnologiyalarından  birgə  və  bacarıqla  istifadə 

olunmasıdır. 




Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə