Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə4/46
tarix14.07.2018
ölçüsü2,08 Mb.
#55577
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   46

  7 

İnformasiya 

mənbəyi 

 

Kodlaşdı-

rıcı qurğu 

 

Rabitə 


kanalı 

 

Dekodlaşdırıcı 



qurğu 

 

İnformasiya 

qəbul edən 

 

Sxem 3. İnformasiyanın ötürülməsi sxemi. 

 

İnformasiya  mənbəyi  canlı  varlıq,  yaxud  texniki  qurğu  ola  bilər.  Kodlaşdırıcı  qurğu  alınan 



informasiyanı  ötürülmə  və  əks  etdirmə  üçün  əlverişli  formaya  çevirir.  Rabitə  kanalından  keçən 

informasiya dekodlaşdırıcı qurğuya düşür və burada qəbul edənin başa düşdüyü formaya çevrilir. 

Rabitə  növünün  seçilməsi  informasiyanın  ötürülməsinin  texniki  vasitələrinin  tərkibini 

müəyyənləşdirir.  Rabitənin  texniki  vasitələri  seçilərkən  informasiyanın  hansı  miqyasda  mübadilə 

edilməsi  əlaməti  əsas  götürülür.  Belə  ki,  əgər  müəssisədaxili  (və  ya  firmadaxili)  informasiya 

mübadiləsində  naqil,  radio  əlaqəsi,  həmçinin  qismən  terminalların  tətbiqi  məqbuldursa,  kənar  mühitlə 

(müəssisədən kənar) informasiya mübadiləsində terminalların və elektron rabitə vasitələrinin istifadəsinə 

üstünlük verilməlidir. 

İnformasiyanın kəmiyyətcə ölçülməsi üçün ən kiçik ölçü vahidi bitdir (ingilis dilində binary digit- 

ikilik rəqəm sözündən götürülüb). Kompüterin daxilində elektrik siqnalları iki vəziyyətdə ola bilər: siqnal 

var (gərginlik var)-1; siqnal yoxdur (gərginlik yoxdur)-0. Məhz bu səbəbdən də kompüter öz işində ikilik 

məntiqdən istifadə edir. 

Müasir kompüterlərin klaviaturasında olan simvolların ikilik kodlarla verilməsi üçün 7 bit kifayət 

edir. Bir bit isə təsdiq üçün əlavə olunur. Məhz bu səbəbdən də 8 bit=1 bayt ən kiçik yaddaş vahidi kimi 

qəbul edilir. İnformasiya yaddaşda saxlanıldığından bayt həm də informasiya ölçü vahididir. Daha böyük 

informasiyaölçü vahidləri aşağıdakılardır: 

8 bit= 1 Bayt 

1024 Bayt= 1 KiloBayt (KB) 

1024KB=1 Meqa Bayt(MB) 

1024 MB=1QiqaBayt (QB) 

1024 QB=1 TeraBayt(TB) 

İnformasiya vahidinin riyazi təsdiqini 1927-ci ildə R.Xartli vermişdir. Xartliyə görə m simvoldan 

ibarət n sözün uzunluğu N=n

, bu sözə uyğun informasiyanın uzunluğu isə İ=log



2

N  olacaq. Ən kiçik söz 

2  (n=2)  simvoldan  ibarət  olduğundan  və  informasiya  1  sözlə(m=1)  verildiyindən  informasiyanın 

uzunluğu 

İ=log

2

n



m

=mlog


2

n=1.log


2

2=1.1=1 olar. 

Bu düsturu 1947-ci ildə K.Şennon da təsdiq etmişdir.  

Kompüterlərdə bir Bayt (yəni 8 bit) maşın yarımsözü adlanır. 2 Bayt və ya 16 bit 1 maşın sözü, 4 

bayt və ya 32 bit ikiqat söz, 8 bayt və ya 64 bit dördqat söz adlanır. 

Ən qədim say aləti abak olmuşdur. Abak təxminən 4-5 min il əwəl Asiya qıtəsində (gumän ediİir 

ki,  Cində)  düzəldilmiş,  onun  müxtəlif  növləri  isə  uzun  müddət  Misir,  Vavilion,  Hindistan,  Yaponiya, 

Yaxın Şərqdə (oradan Yunamstana və Romaya gətirilmişdir) və Rusiyada yeganə hesablayıcı alət olaraq 

işlədilmiş və nəhayət müxtəlif dəyişikliklərə uğrayaraq, çötgə adı ilə dövrümüzə qədər gəlib çatmışdır. Bu 

alətdə  istifadə  olunan  daşları  qədim  yunanlar  kaüoıl  (latınca  CALCULUS  –  xırda  daş  deməkdir) 

adlandırnuşlar.  Söz  müxtəlif  xalqların  dilinə  daxil  olmuş,  hesablama  alətinə  isə  sözə  uyğun  olaraq 

kalkulyator  demişlər.  Çində  bu  alət  suan-pon  (hesablama  lövhəsi),  Yaponiyada  isə  sorobon 

adlandırılmışdır. 

Vavilon, Misir, sonralar isə Yunanıstanda ədədləri göstərmək üçün müəyyən işarələrdən istifadə 

etməyə  başlayırlar.  Amma  ədədlərin  yazılışı  o  qədər  də  mükəmməl  deyildi,  onlardan  istifadə  edərək 

əməliyyat aparmaq yalnız xüsusi savada malik adamlara nəsib idi. 

İlk  sadə  mexaniki  hesablama  maşını  1623-cü  ildə  alman  alimi  Vilhelm  Şikkard  tərəfindən 

hazırlanır.  Bu  maşının  köməyi  ilə  toplama  və  çıxma  əməlləri  aparmaq  mümkün  idi.  İxtiraçı  öz 

məktublarında hesablama maşınını "Saatlarla cəmləyən" adlandırmışdır. Təəssüf ki, nə maşının özü, nə də 

ona aid olan sənədlər bizim dövrümüzə gəlib çatmamışdır. 

1641-ci  ildə  fransız  mexaniki  Blez  Paskal  dörd  riyazi  əməli  (vurma,  bölmə,  toplama,  çıxma) 

yerinə yetirə bilən çarxlı mexaniki hesablama maşını düzəldir və bir il sonra bu maşını nümayiş etdirir. 

Bu  maşından  o  dövrdə  vergilərin  yığılması  zamanı  hesabatlar  aparmaq  üçün  müvəffəqiyyətlə  istifadə 

edilirdi. 




  8 

1694-cü  ildə  görkəmli  alman  riyaziyyatçısı  və  filosofu  Qotfrid  Vilhelm  Leybnis  daha  da 

təkmilləşdirilmiş, dörd hesab, həmçinin qüwətə yüksəltmə və kvadrat kökalma əməllərini yerinə yetirən 

hesablayıcı mexanizm düzəldir. 

Universal  hesablama  maşınının  yaradılması  ideyası  görkəmli  ingilis  alimi  Çarlz  Bebbicə 

mənsubdur.  Bu  ideyaya  görə  hesablama  maşını  "dəyirman"dan  (yəni  riyazi-məntiqi  qurğudan)  və 

"anbar"dan  (yəni  yaddaş  qurğusundan)  ibarət  olmalı  idi.  Bundan  əlavə  verilənləri  maşına  daxil  etmək 

üçün perfokartdan istifadə edilməli idi. 

Ç.Bebbicin  40  ilə  yaxın  əmək  sərf  edərək  düzəltdiyi  hesablama  maşını  müasir  dövrdə  istifadə 

olunan  hesablama  maşınlarına  daxil  olan  bütün  komponentləri  özündə  təzahür  etdirirdi.  Alimin 

düzəltdiyi  maşının  ilk  proqramçısı,  həmçini  onun  şagirdi  və  yaxın  köməkçisi  məşhur  ingilis  şairi  Çon 

Bayronun  qızı  Ada  Avqusta  Levleyst  idi.  O,  Ç.Bebbicin  məsləhəti  ilə  Bernulli  ədədinin  hesablama 

maşınında  hesablanması  üçün  iki  xətti  tənliklər  sisteminin  həllinin  ilk  proqramını  tərtib  etmiş  və  bu 

proqramın  köməyi  ilə  sistemi  həll  etmişdir.  Onun  tələbi  və  məsləhəti  ilə  «İşçi  oyuq»  və  "dövr"  kimi 

proqramlaşdırma terminləri ilk dəfə hesablama texnikası elmində istifadə edilmişdir. 

1930-cu  ilin  əwəlində  Almaniyada  gənc  mütəxəssis  Konrad  Zuze  bir  neçə  min  telefon  releləri 

əsasında  binar  kodlardan  və  riyazi  məntiq  aparatından  istifadə  etməklə  avtomatik  hesablama  maşını 

yaradır. Onun yaratdığı hesablama maşımnda istifadə edilən relelərin açılıb-bağlanması avtomatik olaraq 

yerinə yetirilirdi. 

1936-cı  ildə  Kembric  universitetinin  gənc  riyaziyatçısı,  24  yaşh  Alan  Tyurinq  proqramla  idarə 

edilən,  müxtəlif  sahələrə  yararlı  olan  hesablama  maşırurun  yaradılmasının  mümkürdüyünü  sübut  edir. 

Bunun  nəticəsində  süni  intellekt  yaradılmasımn  ilk  konsepsiyası  baş  verir.  Gənc  alimin  rəhbərliyi  ilə 

1940-cı  illərin  əwəllərində  dünyada  ilk  elektron  hesablama  maşını  yaradılır.  Bu  maşının  köməyi  ilə 

ikinci  dünya  müharibəsi  illərində  Böyük  Britaniya  kəşfiyyat  idarəsi  müəyyən  gizli  işləri  və  tapşırıqları 

həyata keçirmək üçün istifadə edir. Edilmiş kəşf uzun illər sirr olaraq qalır və nəhayat 1975-ci ildə agah 

olur.  Məhz  ona  görə  də  hesablama  texnikasına  aid  olan  əksər  ədəbiyyatlarda  ilk  elektron  hesablama 

maşınının 1945-ci ildə ABŞ-da yaradıldığı göstərilir. 

1945-ci  ilin  axırlarında  fizik  Atanasovun  ideyası  əsasında  Amerika  almüərindən  Con  Moçli  və 

Presper  Ekert  ilk  ejektron  rəqəm  hesablama  maşını  düzəldir.  Hesablama  maşınına  "ENIAC"  (Elektron 

Numerical  Inteqrator  And  Calculator)  adı  verilir.  "ENIAC"-ın  daxili  20000  elektron  lampasından  və 

15000 reledən ibarət idi. Hesablama maşını bir saniyə ərzində 300 vurma və 500 toplama əməliyyatlarını 

yerinə yetirirdi. Rəqəm hesablama maşınımn tələb etdiyi güc 150 kilovata bərabər idi. Hesablama maşını 

ondan  xeyli  əvvəl  düzəldilmiş  "Mark  1"  və  "Mark  2"  hesablama  maşınlarından  min  dəfə  sürətlə 

hesablama  işlərini  yerinə  yetirirdi.  Maşının  mənfi  cəhəti  proqramın  hesablama  maşınına  daxil  edilməsi 

prosesinin çox vaxt aparması idi. 

Bu  prosesi  azaltmaq  məqsədi  ilə  alimlər  proqramı  yaddaşında  saxlaya  biləcək  yeni  hesablama 

maşınının hazırlanmasına başlayırlar. Layihənin elmi əsaslar üzərində qurulmasına nail olmaq məqsədilə 

hesablama  maşınının  hazırlanma  prosesinə  o  dövrün  görkəmli  riyaziyatçısı  Con  fon  Neyman  da  dəvət 

olunur.  Görkəmli  alim  həmin  ildə  hesablama  maşınının  iş  prinsipi  barədə  ətraflı  mərazə  hazırlayır. 

Məruzə  bu işlə  məşğul  olan digər alimlərə  də  göndərilir və  hamı tərəfindən bəyənilir. Buna  əsas  səbəb 

fon Neymanın təklif etdiyi hesablama maşınının iş prinsipinin sadəliyi və universallığı idi. 

Con fon Neyman prinsipi əsasında işləyən ilk hesablama maşını 1949-cu ildə ingilis tədqiqatçısı 

Moris Uilksin tərəfindən düzəldilir. 

İstər  həmin  ərəfədə,  istərsə  də  sonrakı  dövrlərdə  təkmilləşərək  düzəldilmiş  bütün  hesablama 

maşınlannm iş prinsipi fon Neymanın təklif etdiyi prinsipə əsaslanırdı. 

Con  fon  Neymanın  hesablama  maşınının  iş  prinsipində  əsas  İdeya  bundan  ibarət  idi: 

informasiyam təhlil edəcək hesablama maşını effektif işləməsi ilə yanaşı universal olmalıdır. 

Universal hesablama maşım aşağıdakı qurğulardan ibarət olmalıdır: 

-   riyazi  və  məntiqi   əməliyyatları  yerinə  yetirən  hesab-məntiq qurğusu;  

-   proqramın icra olunma prosesini təşkil edəft.idarəetmə qurğusu; 

-   verilənləri və proqramlari yaddaşında saxlaya biləcək yaddaş qurgusu. 

Hesablama maşınrnın yaddaşında təhlil edilmiş verilənlərin və ya proqramların saxlanılmasından 

ötrü yaddaşın yuvalarını nöinrələmək nəzərdə tutulurdu və bununla yanaşı digər qurğularıru da yaddaşa 

müraciəti sadələşdirilməli idi. 



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə