Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə38/46
tarix14.07.2018
ölçüsü2,08 Mb.
#55577
növüMühazirə
1   ...   34   35   36   37   38   39   40   41   ...   46

  75 

dalğaların təsirindən qorumaq üçün  ekranlaşdırılmış  (STP) burulmuş cütlükdən istifadə olunur. Bu tip 

kabeller Ethernet  10/100 BASE-T şəbəkələrində istifadə olunur. 

Optik    kabellər.Optik  kabellər  vasitəsilə  informasiyanın  ötürülməsi  üçün  nazik  şüşə  tellərdən 

istifadə olunur. İnformasiya işıq dalğaları şəklində ötürülür. Optik kabellər səs və verilənlərin ötürülməsi 

üçün  ideal  kabellərdir,  ancaq    kifayət  qədər  bahalıdır,  quraşdırılması  çətindir.  İşıq  dalğalarını  elektriki 

dalğalara  və  əksinə  çevirmək  üçün  mürəkkəb  qurğudan  istifadə  olunur.  Əsasən  informasiyanın  uzaq 

məsafəyə  və  geniş  diapazonda    ötürülməsi  lazım  olan  yerlərdə  istifadə  olunur.  Kənar  əngəllərin  təsiri 

praktiki  olaraq  yoxdur. Məlumatın  yayılması  sürəti saniyədə bir neçə qeqabitlə  (Qbit) ölçülür. Məlumat 

50  km  məsafəyə  gücləndirilmədən  ötürülə  bilir.  Bu  tip  kabelller  Ethernet  100  BASE-F  şəbəkələrlində 

istifadə olunur. 

-

 



Konnektorlar (birləşdiricilər)- kabel hissələrini və kabeli kompüterə birləşdirən qurğu; 

-

 



Verilənlərin  ötürülməsi  və  qəbulu  üçün  şəbəkə  interfeys  adapterləri.  Verilənlərin  ötürülməsi 

mühitinə  daxil  olmanı  müəyyən  protokola  uyğun  olaraq  idarə  edir.  Şəbəkəyə  qoşulmuş  kompüterlərin 

sistem bloklarında yerləşdirilir. Adapterlərin razemlarına şəbəkə kabeli birləşdirilir; 

-

 



Transiverlər- kabellə ötürülən verilənlərin ötürülmə keyfiyyətini yüksəldir. Şəbəkədən siqnalların 

qəbuluna cavab veriri və konflikləri müəyyənləşdirir. 

-

 

Hablar  (konsentratorlar)  və  kommutasiya  habları  (kommutatorlar)-  kompüter  şəbəkələrinin 



topologiyalarını,  funksional  və  sürət  imkanlarını  genişləndirir.  Müxtəlif  tipli  portlardan  ibarət  hab 

müxtəlif kabel sistemlərinə malik şəbəkə seqmentlərini birləşdirməyə imkan veriri Habın portuna ayrıca 

şəbəkə qovşağşnş qoşmaqla bərabər, digər habı və ya kabel seqmentini də qoşmaq olar

-

 



Təkrarlayıcılar  (repiterlər)-  kabellərin  uzunluğu  çox  böyük  olduqda  ötürülən  siqnalları 

gücləndirir. 



Kompüter şəbəkələrinin coğrafi əhatəsinə və ya yerləşməsinə görə təsnifatı: 

Coğrafi  yerləşmə  və  ya  əhatəsinə  görə  şəbəkələr  lokal,  şəhər,  ərazi,  korporativ  və  qlobal 

şəbəkələrə bölünürlər. 

-

 



Lokal  şəbəkələr  (LHŞ,  LAN-  Local  Area  NetWork)-  otaq,  mərtəbə,  bina,  müəssisə  hüdudu  ilə 

məhdudlaşmış kompüterləri əlaqələndirən şəbəkədir. 

-

 

Qlobal  şəbəkə  (QHŞ,  WAN  —  World  Area  NetWork)-    bir-birindən  coğrafi  olaraq  uzaqda 



yerləşən kompüterləri birləşdirən şəbəkədir. Lokal şəbəkələrdən kommunikasiya(peyklə, kabellərlə və s. 

əlaqələndirilmiş)  məsafəsinin  böyük  olması  ilə  fərqlənir.  Qlobal  şəbəkələr  lokal  şəbəkələri  bir-biri  ilə 

birləşdirir.  Qlobal  şəbəkələrdə  həm  xidmətlər,  həm  də  istifadə  olunan  qurğu  və  avadanlıqlara  nəzarət 

pulludur. Buna görə də qlobal şəbəkələri kommersiya şəbəkələri də adlandırırlar. 

Şəhər  şəbəkəsi  (ŞHŞ,  MAN  —  Metropolitan  Area  NetWork)-  böyük  şəhərlərin  informasiya 

tələblərinin ödənilməsinə xidmət edən şəbəkələrdir. 



Lokal şəbəkələrin birləşdirilməsində istifadə edilən qurğu və avadanlıqlar: 

Lokal şəbəkələrin yaradılmasında aşağıdakı qurğulardan geniş istifadə edilir: 

-Körpülər  (ingiliscə  Bridge)-  iki  lokal  şəbəkəni  birləşdirir.  Şəbəkələr  arasında  heç  bir  dəyişiklik 

etmədən  verilənləri  paket  şəklində  ötürür.  Bundan  əlavə  körpülər  şəbəkəni  lokal  verilənlər  axınından 

qoruyaraq, xaricə digər şəbəkə seqmentləri üçün təyin edilmiş verilənləri ötürməklə paketləri filtrləyə də 

bilərlər; 

-  Marşrutlaşdırıcılar  (ingiliscə  Router)-  körpülərdən  fərqli  olaraq  ümumi  protokollu  şəbəkələri 

daha səmərəli birləşdirirlər. Məsələn marşrutlaşdırıcı iri həcmli məlumatları daha kiçik hissələrə bölməklə 

lokal  şəbəkələrin  müxtəlif  ölçülü  paketlərlə  qarşılıqlı  əlaqəsini  təmin  edir.  bundan  əlavə  marşrutlayıcı 

paketi konkret ünvana göndərə bilər. paketin hərəkəti üçün ən yaxşı yolu seçə bilər

-  Körpü  marşrutlaşdırıcısı  (ingiliscə  Brouter)-  bu  körpü  və  marşrutlaşdırıcının  hibridi  olub, 

əvvəlcə mümkün olan yerdə marşrutlaşdırmanı həyata keçirir, müvəffəqiyyətsizlik halında körpü rejiminə 

keçir; 

-  Şlüz  (ingiliscə  GateWay)-  körpülərdən  fərqli  olaraq  müxtəlif  şəbəkə  protokollarına  malik 



şəbəkələri  birləşdirir.  Burada  şlüzə  bir  şəbəkədən  daxil  olan  məlumat  onun  ötürüləcəyi  şəbəkənin 

tələblərinə uyğun olaraq çevrilir və sonra ötürülür. Beləliklə şlüzlər yalnız şəbəkələri birləşdirmir, həm də 

onların  vahid  şəbəkə  kimi  işləməsini  təmin  edir.  Şlüzlər  vasitəsilə  lokal  şəbəkələr  universal  güclü 

kompüterlər olan meynfreylərə də birləşdirilə bilir. 

Qeyd  edək  ki,  hazırki  dövrdə  müvəffəqiyyətlə  simsiz  şəbəkələrdən  də  istifadə  edilir.  Adətən 

simsiz şəbəkələrdən o yerlərdə istifadə edilir ki. həmin yerlərdə kabellərdən istifadə mümkün deyil və ya 




  76 

onlardan istifadə problemlər yaradır. Buna tarixi binaları, metal və dəmir beton döşəməli otaqları, qısa 

müddətə icarəyə götürülmüş ofisləri, anbarları, sərgi və konfrans zallarını misal göstərmək olar. Simsiz 

şəbəkələrin aşağıdakı topologiyaları mövcuddur: 

-“Hamı  hamı  ilə”  topologiyası.  Burada  şəbəkə  informasiyanın  ötürülməsi  mühiti  kimi 

radiodalğalardan istifadə edən. bütün istiqamətlərdə antennalarla təmin olunan şəbəkə radio adapterlərinin 

köməyi ilə reallaşdırılır. Bu şəbəkələrin fəaliyyət dairəsi 50-200 m olur. 

Şəbəkənin  simsiz  və  kabel  hissələri  arasındakı  əlaqə  üçün  giriş  nöqtəsi  9  radiokörpü)  adlanan 

xüsusi qurğulardan istifadə edilir. Qeyd edək ki, bu məqsədlə simsiz və kabel şəbəkə adapterlərinə malik 

adi kompüterdən də istifadə etmək olar.  

-

 

“Nöqtə-nöqtə”  topologiyası.  Simsiz  şəbəkələrin  istifadəsinin  digər  bir  sahəsi  verilənlərin 



ötürülməsi infrastrukturu (ümumi daxilolma kabel şəbəkələri, yüksəkkeyfiyyətli telefon xətləri) olmayan 

bir-birindən uzaqda olan lokal şəbəkələr seqmentləri arasında əlaqənin təşkilidir. Bu halda iki bir-birindən 

uzaqda  olan  seqmentlər  arasında  əlaqənin  yaradılması  üçün  istiqamətlənmiş  tipli  antennalara  malik 

radiokörpülərdən istifadə edilir. 

-

 

“Ulduz”  tipli  topologiya.  Əgər  şəbəkədə  bir  neçə  seqmenti  birləşdirmək  lazımdırsa  “ulduz” 



tipli  topologiyadan  istifadə  edilir.  Bu  halda  mərkəzi  qovşaqda  bütün  istiqamətli  antenna,  uzaqda  olan 

qovşaqlarda isə istiqamətlənmiş antenna quraşdırılır.  quraşdırılır. 

Qeyd  etmək  lazımdır  ki,  simsiz  şəbəkə  magistrallarından  istifadə  aşağı  sürətlə  işləyən 

modemlərdən istifadədən imtinaya imkan verir. 



İNTERNET 

70-ci  illərin  axırlarında  ABŞ-ın  Müdafiyə  Nazirliyi  elektron  şəbəkə  yaratmaq  qərarına  gəlir. 

Məqsəd  hərbi  qərargahlardakı  kompüterlar  arasında  informasiya  mübadiləsi  yaratmaq  idi.  Bu  məqsədlə 

aparılan  tədqiqatlar  ABŞ-ın  Perespektiv  Tədqiqatlar  Layihə  Agentliyi  (ARPA  -  Advanced  Research 

Project  Agency)  tərəfindən  maliyyələşdirilir  və  nəticədə  1968-ci  ildə  bu  sistem  yaradılır.  Dünyada  ilk 

yarımfunksional hesablama şəbəkəsi ARPAnet adlanır (net- tor (set) deməkdir). 

- Bu şəbəkəyə daxil olan kompüterlər eyni hüquqlu idilər. Yəni, ARPAnet-də «baş kompüter - tabe 

kompüter» anlayışı yox idi. 

-  ARPAnet-də    əsas    şəbəkə    protokolu    kimi    şəbəkələrarası    IP    (Internet    Protocol)  protokolu 

qəbul edilmişdir. 

Kompüterlər  arasında  əmr,  mətn,  qrafika  və  digər  verilənlərin  ötürülməsini  və  qəbul  edilməsi 

qaydalannı təsvir edən razılaşdınlmış və təsdiq olunmuş standart şəbəkə protokolu adlanır. 

IP protokolu Internet Ümumdünya şəbəkəsinin əsas protokoludur. 

Şəbəkələrarası IP protokolu müxtəlif əməliyyatlar sistemləri tərəfindən idarə olunan müxtəlif növ 

hesablama maşınlarını şəbəkəyə birləşdirən universal standartdır. İndi də Internet bu protokolla işləyir. 

80-cı  illərin  axırlarında  Internet-lə  əlaqə  yaratmaq  istəyən  istifadəçi  modemdən  istifadə  etməyə 

başladı. Modem - kompüterdən göndərilən rəqəm axınını səs siqnalma çevirən və onu adi telefon xətti ilə 

göndərən  qurğudur.  Şəbəkənin  digər  tərəfində  səs  siqnallarını  qəbul  edən  modem  onları  yenidən 

kompüterə göndərir. Hər bir modem həm qəbuledici, həm də informasiya ötürücüsüdür. 

Qeyd  edək  ki,  iki  kompüter  arasında  əlaqə  sürətinin  vahidi  bps  (bitper  secund)  bir  saniyədə 

ötürülən informasiyadakı bitlərin sayına bərabərdir. 

Şəbəkələrdə  müxtəlif  texniki  və  informasiya  təminatı  istifadə  edilir  və  buna  görə  də  şəbəkələrin 

abonentləri  arasında  hamı  üçün  eyni  olan  ümumi  qaydalar  qəbul  edilməlidir.  Bu  qaydalar  təyin  edilmiş 

standartlarda öz əksini tapır. Hər hansı bir yeni texnologiya o zaman «qanunı statusa» malik olur ki, onun 

məzmunu müəyyən standartlar çərçivəsinə daxil olsun. Belə standartlar şəbəkə protokolları adlanırlar. 

Komputer  şəbəkələrində  standartlaşmanın  əsasını  şəbəkə  qarşılıqlı  vasitələrinin  yaradılmasında 

joxsəviyyəli yanaşma təşkil edir. 

1983-i  ildə Beynalxalq  standartlaşma institutu  tərəfində şəbəkələrin qarşılıqlı  əlaqələrin əsası  olan 

model  yaradıldı.  Bu  model  OSI  (Open  System  Interconnection)  (Qarşılıqlı  əlaqəli  açıq  sistem) 

adlandırılaraq müasir kompüter şəbəkələrinin əsasını təşkil edir. 

OSI  modeli  açq  sistemlərin  qarşılıqlı  əlaqələrinə  xidmət  edərək,  sistemin  müxtəlif  əlaqə 

səviyyələrini  təyin  edir,  onlara  standart  adlar  verərək  hər  bir  səviyyədə  hansı  funksiyanı  yerinə 

yetirməsini göstərir. 

OSI  modelində  hər  bir  qarşılıqlı  əlaqə  vasitələri  7  səviyyəyə  bölünür:  fiziki  səviyyə;  kanal 

səviyyəsi; şəbəkə səviyyəsi; nəqliyyat səviyyəsi; seans səviyyəsi; təqdimetmə səviyyəsi; tətbiqi səviyyə. 



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə