Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə41/46
tarix14.07.2018
ölçüsü2,08 Mb.
#55577
növüMühazirə
1   ...   38   39   40   41   42   43   44   45   46

  81 

 İlk baxışdan üzun görünən bütün bu proseş verilənlərin harada yerləşməsindən asılı olmayaraq 

bir neçə saniyə ərzində baş verir. Brauzerə gətirilmiş informasiyalara baxmaq, onları çap etmək və diskə 

köçiirmək mümkündür. Əgər Internet-dən gətirilmiş hər hansı faylı brauzerdə äçmäq mümkün olmursa bu 

halda köməkçi pröqramlardan istifadə edilir. 

Web-server  -  istifadəçilərin  Internetdəki  Web-səhifələrə  daxil  olmasına  şərait  yaradan  xüsusi 

proqramlarla  təmin  olunmuş  kompüterdir.  Web-server  informasiyaların  saxlanılmasını,  təşkilini  və 

göndərilməsini  təmin  edir.  Əgər  siz  şəxsi  Web-server  qurmaq  qərarına  gəlmisinizsə  bu  halda  daimi  IP 

ünvaıi  almaqla  İnternet  şəbəkəsinə  qoşulmaq  vacibdir.  Web-server  Web-brauzerdən  qəbul  etdiyi  sorğu 

əsasında soruşulan sənədin elektron surətini istifadəçiyə ğondərir. Belə sorğuların emal edilməsi və yerinə 

yetirilmə  ardıcıllığı  HTTP  protokolu  vasitəsilə  yerinə  yetirilir.  Sənəd  yüklənən  zaman  server  həmin 

sənədin  hər  bif  hissəsi  ilə  (mətn,  ayrı-ayrı  təsvirlər  və  multimediya  obyektləri)  ayrı-ayrılıqda  birləşmə 

yaradır.  Bu  da  Web-serverin  eyni  vaxtda  yüzlərlə  brauzerdən  sorğu  qəbul  etməsinə  imkan  verir.  Web-

serverin  əsas  funksiyalarından  biri  sistemin  təhlükəsizliyini  təmin  etməkdir.  Web-server  ona  daxil  olan 

əvvəlki sorğular haqqında heç bir informasiya saxlamır. 

Internet-provayder  (Internet  Service  provider  ISP))  Web-səhifənin  Internet-də  yerləşdirilməsini 

təmin edir. Bu xidmət Web-hostinq (Web - hosting) adlanır. 

Hər bir Web-saytda baş səhifə və ya əsas səhifə (Home Page) adlanan Web-səhifə olur. 

Home Page dedikdə, Internet-ə daxil olarkən brauzer proqramında avtomatik açılan (peyda olan) 

Web-səhifə nəzərdə tutulur. Web-səhifələr HTML dilində tərtib olunurlar. 

Əgər indiyə qədər deyilənlər ümumdünya hörümçək torundakı (World Wide Web) qlobal Internet-

ə aid idisə, qeyd etmək lazımdır ki, TCP/IP protokolları ilə lokal korporativ şəbəkə də qurmaq olar. Bu 

şəbəkədə  də  İnterneti-də  olduğu  kimi  HTML  səhifələri,  istinadlar,  URL  ünvanları,  Web-saytlar 

yerləşdirmək  olar  və  bu  şəbəkənin  Internet  şəbəkəsinə  qoşulmağı  o  qədər  də  vacib  deyil.  Belə  şəbəkə 

Intranet  (İntraşəbəkə)  adlanır  və  Internet-dən  fərqi  ondan  ibarətdir  ki,  xaricdən  bu  şəbəkəyə  müraciət 

mümkün  deyil.  İntranetin  köməyi  ilə  informasiya  mübadiləsi  təşkilat  daxilində  aparılır  ki,  bu  da  həm 

vaxta, həm də pula qənaət deməkdir. 

İntraşəbəkə  qovşağına  qoşulmuş  kompüterlərdəki  resursların  bir  hissəsini  Internet-də 

yerləşdirmək mümkündür. Çünki İntranet resursları WWW-də istifadə olunan formata malikdir. 

Internet xidmətləri: 

Internet və Intranet-dən başqa e.mail, Usenet, Telnet, e-mail (abonentlər arasmda əlaqə xidmətləri) 

sistemləri mövcuddur. 

Abonentlər arasındakı əlaqə xidmətinə aşağıdakılar daxildir: 

Elektron  poçtu  uzaq  məsafəyə  xəbərlərin  ötürülməsini  təmin  edir.  Elektron  poçtu  vasitəsilə 

Internetdə  informasiya  göndərilir  və  əldə  edilir.  Internetin  bu  xidməti  vasitəsilə  müxtəlif  ölkələrdə 

milyonlarla insan arasında informasiya mübadiləsi baş verir. Elektron poçtundan faylların, proqramların 

ötürülməsi  üçün  də  istifadə  olunur.  Internetin  xidmətləri  arasında  elektron  poçtu  ilə  əlaqə  yaratmaq  ən 

ujuz  başa  gəlir.  Elektron  poçtu  vasitəsilə  xəbərlərin  göndərilməsi  üçün  UUCP  protokolundan  istifadə 

olunur. UUCP (UNIX to UNIX copy proqram) UNIX-UNIX köçürmə proqramı deməkdir. Bu modem və 

adi  telefon  xətləri  vasitəsilə  xəbərlərin  ötürülməsi  üsuludur.  Elektron  poçtundakı  xəbər  faylda  yerləşir, 

sonra sistemdən sistemə ötürülür. 

Bir  çox  kompüterlər  Interaet-ə  qoşula  bilmirlər.  IBM  unversal  kompüterləri  digər  kompüterlərin 

dilində  «danışa»  bilmirlər.  Bu  zaman  Telnet  qovşağından  istifadə  olunur.  Telnet  qovşağı  siyahısnaa 

minlərlə elektron lövhə elanları və eləcə də geniş yayılmış pulsuz şəbəkələr aiddir. 

Telnet://    (ıızaq  məsafəyə  müraciət)  -  ciddi  mətn  sistemidir.  Onun  köməyi  ilə  şəbəkəyə 

birləşdirilmiş  istənilən  kompüterə  daxil  olmaq  olar.  Telnet  e-mail,  FTP,  Usenet-ə  nisbətən  çox  da 

tanınmayıb və geniş yayılmayıb. 

Usenet://  -  kompüterlə  diskussiya  sistemidir.  Usenet-də  qeyddən  keçmiş  hər  kəs  Internet-də 

yerləşən hər hansı mövzu ətrafında minlərlə diskussiya qruplarına qoşula bilər. Hər bir qrupun içərisində 

müəyyən vaxt intervalında yüzlərlə xəbər (məqalə) yerləşir. 

 Gopher://-    sistemi  şəkilsiz  və  hipermətinsiz  www-  yə  oxşayır.  Bu  sistem  az  sürətli  modemlərdə 

işləyənlər üçün daha uyğundur.  

Wais (Wide Area Information Server) - qlobal informasiya serveridir. Bu proqram mətn sənədləri 

kolleksiyasını indeksləşdirir. Bu zaman mətni təşkil edən sözlərin indeks siyahısı yaradılır. Wais axtarış 




  82 

serverində axtarış zamanı proqram təminatı axtardığınız açar sözünə uyğun bütün sənədləri seçir. Wais 

Interaet-in digər əlavələrinə nisbətən daha populyardır. 

İstifadəçi  lnternetdəki  hər  hansı  sənədə  öz  konipüterində  baxmaq  üçün  brauzer  vasitəsilə  Web- 

serverə sorğu göndərir. Bu sorğu əsasında Web-server şənədi (HTML sənədini)Internet-də axtarıb tapır və 

onun  surətinı  brauzerə  göndərir.  Brauzerə  yüklənən  sənəddəki  qrafik  təsvirlər,  multimediya  elementləri 

xüsusi yaddaşda - keş yaddaşında saxlanıhr. Nəticədə həmin HTML sənədinə təkrar müraciət olunduqda 

brauzer verilənləri keşdən alır ki, bü da sənədin yüklənmə växtına xeyli qənaət  etmiş olur. Keşin bu üstün 

cəhətindən  istifadə  edərək  Web-sayt  yaradarkən  eyni  qrafik  təsvirlərdən  tez-tez  istifadə  etmək  məsləhət 

görülür. Çünki bu halda Web-sayta xüsusi stil verilməklə yanaşı, onun istənilən brauzerdə yüklənmə vaxtı 

xeyli  azaldılmış  olur.  Belə  ki,  təkrarlanan  qrafik  təsvirlər  istifadəçilərin  Web-brauzerinə  yalnız  bir  dəfə 

yüklənir və sonradan onlara təkrar müraciət olunduqda keşdən istifadə edilir. 

İnternetdə informasiya axtarış sistemləri: 

İnternetdə müxtəlif mövzularda informasiyalar yerləşdirilir. Lakin lazımi informasiyanın axtarılıb 

tapılması  elə  də  asan  proses  deyil.  Buna  görə  də  İnternetdə  lazımi  informasiyanın  əldə  olunmasının 

asanlaşdırılması  üçün  axtarış  sistemlərindən  istifadə  edilir.  Bu  axtarış  sistemləri  güclü  və  geniş  əlaqə 

kanallarına malik kompüterlərdə yerləşdirilir. Axtarış sistemlərini iki qrupa bölmək olar: 

-

 



insan redaktorlar tərəfindən yaradılmış predmet kataloqları; 

-

 



insanların iştirakı olmadan xüsusi kompüter proqramları ilə yaradılmış avtomatik ünvanlar. 

-  Predmet  kataloqları  sistemləri  insan-redaktorlar  tərəfindən  yaradılmış  verilənlər  bazalarından 

istifadə  edir.  Predmet  kataloquna  malik  şirkətlər  WWW-  serverlərin  məzmununu  faziləsiz  olaraq  tədqiq 

edir, kataloqlaşdırır və bütün dünya üzrə yayılmış digər şəbəkə resursları ilə əlaqələndirir.  Qeyd etmək 

lazımdır  ki,  bu  kataloqlaşma  müxtəlif  sahə  (elm,  mədəniyyət,  idarəetmə  və  s.)  üzrə,  eləcə  də  müxtəlif 

istiqamətlər  üzrə  aparılır.  Bu  quruluş  informasiya  axtarışını  istifadəçi  üçün  daha  asan  edir.  Predmet 

kataloqlarından  hal-hazırda  ən  geniş  istifadə  edilənlərə  Yahoo!-nu  misal  göstərmək  olar.  Bu  cür 

sistemlərdə kataloqlarla işləmənin iki əsas prinsipinə riayət edilir: açar sözünə görə axtarış və bölmələrin 

ierarxik ağacı üzrə axtarış. 

- Avtomatik indekslər. Avtomatik indekslər üç hissədən ibarətdir: 

- iş proqramı; 

- iş proqramı tərəfindən toplanaraq yaradılan verilənlər bazası; 

- istifadəçinin işlədiyi bazada axtarış üçün interfeys. 

Bütün  bu  komponentlər  insan  müdaxiləsi  olmadan  fəaliyyət  göstərir.  Avtomatik  indekslərdən  o 

vaxt  istifadə  edilməsi  məsləhət  görülür  ki.  axtarış  üçün  açar  söz  dəqiq  məlum  olur.  Ən  məşhur 

indekslərdən  biri,  tam  avtomatlaşdırılmış  sistem  olan  AltaVista-dır.  Tammətnli  verilənlər  bazasına 

malikdir. Bir gündə AltaVista 20 milyon sorğuya xidmət edir. 

 

MÖVZU 15. İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 

 

Kompüter  virusu  elə  kiçik    ölçülü  proqramdır  ki,  o  kompüterdə  olan  proqramları,  faylları  silir, 



sıradan çıxarır və  onların üzərində arzu olunmayan əməliyyatlar aparır. 

Virusu  olan  proqramlar  yoluxmuş  proqramlar  adlanırlar.  Bu  proqramlar  işləməyə  başlayan  kimi, 

əvvəljə virusu idarəedən proqramlara ötürür, sonra isə virus başqa proqramları tapıb yoluxdurur və çox 

ziyan  verən  (  məsələn:  faylları  və  onların  yerləşdiyi  jədvəlləri,  operativ  yaddaşda  olan  informasiyaları 

sıradan çıxarır ) əməliyyatlar yerinə yetirir. Virus, ona lazım olan əməliyyatı aparandan sonra idarəetməni 

yerləşdiyi  (  sıradan  çıxarmaq  istədiyi  )  proqrama  verir  və  həmin  proqram  adi  qaydada  işləyir  və  ilk 

baxışdan onun virusla yoluxması hiss olunmur. 

Viruslarlın bəziləri ilə  yoluxmuş proqramlar kompüterə daxil olandan sonra,  uzun müddət (daha 

doğrusu sistem  yenidən yüklənənə qədər) yaddaşda qalır və ziyan verən əməliyyatlar yerinə yetirir. Virus 

proqramları, bütün əməliyyatları çox sürətlə və heç bir xəbərdarlıq edilmədən (məlumat verilmədən) elə 

formada  yerinə  yetirir  ki,  istifadəçi  kompüterdə  baş  verən  qeyri  –  adiliyi  demək  olar  başa  düşmür. 

Kompüterdə çox sayda proqramları sıradan çıxarmayınja, virusun varlığı ola bilər  hiss olunmasın. Lakin  

o kompüterdə  uzun müddət qalarsa orada qəribə, aydın olmayan vəziyyətlər  əmələ jətirər. Məsələn: 

1.

 



Bəzi proqramlar ya ümumiyyətlə işləmir və ya səhv işləməyə başlayır; 

2.

 



Ekranda başa düşülməyən məlumatlar və simvollar görünməyə başlayır; 

3.

 



Kompüterdə işləmək vaxt etibarı ilə çox çətinləşir, yəni maşın lənj işləyir. 


Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə