Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə43/46
tarix14.07.2018
ölçüsü2,08 Mb.
#55577
növüMühazirə
1   ...   38   39   40   41   42   43   44   45   46

  85 

 



İnformasiya mənbələri 

 



Məxfi informasiyanın qeyri – qanuni əldə etmə üsulları  

 



İnformasiyanın müdafiəsi üsulları 

 



İnformasiyanın müdafiəsi vasitələri 

İnformasiya təhlükəsizliyinə təhdidlər 

Təhdid  –  sistemə  dağılma,  verilənlərin  üstünün  açılması  və  ya  dəyişdirilməsi,  xidmətdən  imtina 

formasında ziyan vurulmasına səbəb ola bilən istənilən hal və hadisələrdir. 

Təsir məqsədinə görə təhlükəsizliyə təhdidlərin üç əsas tipi ayırd edilir: 

 



İnformasiyanın məxfiliyinin pozulmasına yönələn təhdidlər 

 



İnformasiyanın tamlığının pozulmasına yönələn təhdidlər 

 



Sistemin iş qabiliyyətinin (xidmətdən imtina) pozulmasına yönələn təhdidlər 

Məxfiliyinin  pozulmasına  təhdidlər  məxfi  və  ya  gizli  informasiyanın  üstünün  açılmasına  yönəlib. 

Belə təhdədlərin reallaşması halında informasiya ona ijazəsi olmayan şəxslərə məlum olur. 

Kompüter  sistemində  saxlanan  və  ya  rabitə  kanalı  ilə  ötürülən  informasiyanın  tamlığının 

pozulmasına  təhdidlər  onun  dəyişdirilməsinə  və  ya  təhrifinə  yönəlib  ki,  bunlar  da  onun  keyfiyyətinin 

pozulmasına və tam məhvinə səbəb ola bilər. İnformasiyanın tamlığı bədniyyətli tərəfindən qəsdən və ya 

sistemi  əhatə  edən  mühit  tərəfindən  obyektiv  təsirlər  nətijəsində  pozula  bilər.  Bu  təhdid  informasiyanın 

ötürülməsi sistemləri – kompüter şəbəkələri və telekommunikasiya sistemləri üçün xüsusilə aktualdır. 

İş qabiliyyətinin (xidmətdən imtina) pozulması təhdidləri elə situasiyaların yaranmasına yönəlib ki, 

bu  zaman  müəyyən  qəsdli  hərəkətlər  ya  sistemin  iş  qabiliyyətini  aşağı  salır,  ya  da  sistemin  müəyyən 

resurslarına girişi bağlayır. 

Bundan savayı təhdidlər digər əlamətlərinə görə də təsnif oluna bilərlər: 

 

Vurulmuş ziyanın kəmiyyətinə görə (müflis, əhəmiyyətli, jüzi) 



 

Baş vermə ehtimalına görə (çox ehtimallı, ehtimallı, az ehtimallı) 



 

Meydana çıxma səbəblərinə görə (təbii fəlakətlər, qəsdli hərəkətlər) 



 

Vurulmuş ziyanın xarakterinə görə (maddi, mənəvi) 



 

Təsir xarakterinə görə (aktiv, passiv) 



 

Obyektə münasibətinə görə (daxili, xariji) 



Daxili və xariji təhdidlərin nisbətini təqribi olaraq belə xarakterizə etmək olar: 

 



Təhdidlərin  80  %-i  təşkilatın    öz  işçiləri  tərəfindən  və  ya  onların  bilavasitə  və  ya  dolayısı  yolla 

iştirakı ilə baş verir. 

 

Təhdidlərin 20 % - i kənardan ijra olunur. 



Kompüter  şəbəkələrinin  uğradığı  təhdidlər  üzərində  xüsusi  dayanmaq  lazımdır.  İstənilən  kompüter 

şəbəkəsinin  əsas  xüsusiyyəti  kompüterlərin  ərazidə  (fəzada)  paylanmasıdır.  Şəbəkənin  qovşaqları 

arasında əlaqə fiziki olaraq şəbəkə xətləri vasitəsilə, proqram yolu ilə, məlumatlar mexanizmi ilə həyata 

keçirilir.  Bu  zaman  şəbəkənin  qovşaqları  arasında  göndərilən  idarəediji  məlumatlar  və  verilənlər 

mübadilə  paketləri  şəklində  ötürülür.  Kompüter  şəbəkələri  onunla  xarakterikdir  ki,  onlara  qarşı  uzaq 

məsafədən hüjumlara təşəbbüslər  edilir. Pozuju hüjum edilən obyektdən  minlərlə kilometr məsafədə ola 

bilər,  bu  zaman  nəinki  konkret  kompüter,  həmçinin  şəbəkə  kanalları  ilə  ötürülən  informasiya  hüjuma 

məruz qala bilər. 

İnformasiya təhlükəsizliyinin təmin olunması 

İnformasiya  təhlükəsizliyinin  təmin  olunması  problemi  kompleks  yanaşma  tələb  edir.  Onun  həlli 

üçün tədbirləri aşağıdakı səviyyələrə bölmək olar: 

 



Qanunverijilik tədbirləri (qanunlar, normativ aktlar, standartlar və s.) 

 



İnzibati tədbirlər 

 



Təşkilati tədbirlər 

 



Proqram-texniki tədbirlər 

Təəsüflə qeyd etmək lazımdır ki, qanunverijilik bazası praktikanın tələblərindən geri qalır. 

İnzibati  səviyydə  qəbul  edilən  tədbirlərin  əsas  məqsədi,  informsiya  təhlükəsizliyi  sahəsində  işlər 

proqramını formalaşdırmaq və onun yerinə yetirilməsini zəruri resurslar ayırmaqla və işlərin vəziyyətinə 

nəzarət  etməklə  yerinə  yetirilməsini  təmin  etməkdir.  İşlər  proqramının  əsasını  təşkilatın  öz  informasiya 

aktivlərinin müdafiəsinə yanaşmasını əks etdirən təhlükəsizlik siysiyasətidir. 

İnformasiya təhlükəsizliyi siyasətinin yaradlması 



  86 

Təhlükəsizlik siyasəti – təşkilatda məxfi verilənlərin və informasiya proseslərinin müdafiəsi üzrə 

preventiv tədbirlər kompleksidir. Təhlükəsizlik siyasətinin tərkibinə şəxsi heyətin, menejerlərin və texniki 

xidmətin  ünvanına  tələblər  əks  olunur.  İnformasiya  təhlükəsizliyi  siyasətinin  işlənməsinin  əsas 

istiqamətləri aşağıdakılardır: 

 



Hansı verilənlərin və hansı jiddiliklə qorunması zəruri olduğunu müəyyən etmək 

 



İnformasiya aspektində təşkilata kimin hansı ziyanı vura bilməsini müəyyən etmək 

 



Risklərin  hesablanması  və  onların  qəbulediləjək  səviyyəyə  qədər  azaldılması  sxemini  müəyyən 

etmək 


Təşkilatda  informasiya  təhlükəsizliyi  sahəsində  jari  vəziyyəti  qiymətləndirmək  üçün  iki  sistem 

mövjuddur.  Onları  obrazlı  olaraq  “yuxarıdan  aşağıya  araşdırma”  və  “aşağıdan  yuxarıya  araşdırma” 

adlandırırlar.  Birinji  metod  olduqja  sadədir,  daha  az  kapital  qoyuluşu  tələb  edir  və  az  da  imkanlara 

malikdir.  İnformasiya  təhlükəsizliyi  xidməti  bütün  məlum  hüjum  növləri  haqda  məlumata  əsaslanaraq, 

real bədniyyətli tərəfindən belə hüjumun mümkün olmasını yoxlamaq məqsədi ilə onları praktikada tətbiq 

etməyə jəhd edir. 

“yuxarıdan  aşağı”  metodu  mahiyyətjə  informasiyanın  mövjud  saxlama  və  emal  sxeminin  ətraflı 

analizidir.  Bu  metodun  ilk  mərhələsi,  müdafiəsi  zəruri  olan  informasiya  obyektinin  və  axınlarının 

müəyyən  olunməsıdır.  Sonra  informasiya  təhlükəsizliyi  sisteminin  jari  vəziyyətinin  öyrənilməsi  gəlir. 

Hansı klassik müdafiə metodlarının hansı həjmdə və hansı səviyyədə realizə olunduğu müəyyən edilir. 

Üçünjü  mərhələ  bütün  informasiya  obyektlərinin  məxfilik,  tamlıq  və  ijazə  (buraxılış)  tələblərinə 

uyğun olaraq siniflərə təsnifatı aparılır. 

Sonrakı  mərhələ  hər  bir  konkret  informasiya  obyektinə  hüjumun  təşkilata  hansı  jiddilikdə  ziyan 

vurması aydınlaşdırılır. Bu mərhələ “risklərin hesablanması” adlanır. İlkin yaxınlaşmada risk “hüjumdan 

mümkün ziyan”-ın “belə ziyanın ehtimalı”-na hasili kimi hesablana bilər. Riskin hesablanmasının bir çox 

sxemləri mövjuddur. 

Qeyd  etmək  zəruridir  ki,  hüjumun  vurduğu  ziyanın  həjmini,  informasiyanın  sahibi  və  ya  onunla 

işləyən  şəxsi  heyyət  qiymətləndirməlidir.  Hüjumun  baş  vermə  ehtimalının  qiymətləndirilməsini  isə 

təşkilatın texniki əməkdaşlarınahəvalə etmək məqsədəuyğundur. 

Sonrakı mərhələdə təşkilatın risklər jədvəli tərtib olunur.  

Risk  jədvəlinin  analizi  mərhələsində  riskin  yolverilən  maksimal  qiyməti  (məsələn,  7)  verilir. 

Jədvəlin  hər  bir  sətrinin  riskin  bu  qiymətini  aşması  yoxlanılır.  Əgər  belə  aşma  varsa,  bu  sətr  – 

təhlükəsizlik  siyasətinin  işlənməsinin  ən  birinji  məqsədlərindən  biridir.  Sonra  ikiyə  vurulmuş  qiymətin 

(bizim misalda2*7=14) inteqral risklə (“Yekun” xanası) müqayisəsi aparılır. Əgər inteqral risk yol verilən 

qiyməti  aşırsa,  deməli  təhlükəsizlik  sistemində  kiçik  xətalar  çoxluğu  seçmək  olar  ki,  nətijədə  təşkilata 

səmərəli  işləməyə  mane  olarlar.  Bu  halda  inteqral  riskə  ən  çox  pay  verən  sətrlər  seçilir  və  onların 

azaldılması  və  ya  tam  aradan  qaldırılmasına  jəhd  olunur.  Ən  məsul  mərhələdə  həm  ayrı–ayrı  risklərin, 

həm  də  inteqral  riskin  lazımi  səviyyəsini  təmin  edən  informasiya  təhlükəsiliyi  siyasəti    işlənilir.  Onun 

işlənməsi zamanı təhlükəsizlik siyasətinin realizə olunması yoluna çıxa bilən obyektiv problemləri nəzərə 

almaq  lazımdır.  Belə  problemlərə  ölkənin  və  beynəlxalq  birliklərin  qanunları,  korporasiyaların  daxili 

tələbləri, jəmiyyətin etik normaları ola bilər. 

Realizə olunması planlaşdırılın bütün texniki və inzibati tədbirlərin təsvirindən sonra, bu proqramın 

iqtisadi  dəyəri  hesablanır.  Təhlükəsizlik  proqramına  maliyyə  qoyuluşu  qəbuledilməz  olduqda  və  ya 

hüjumlardan potensial ziyanla müqayisədə sadəjə iqtisadi jəhətdən sərfəli  olmadığı halda  risk jədvəlinin 

analizi  mərhələsinə  qayıdıb  riskin  maksimal  yol  verilən  qiymətini  bir  və  ya  bir  neçə  vahid  artırmaq 

lazımdır. 

Təhlükəsizlik siyasətinin işlənməsi təşkilatın rəhbərliyi tərəfindən təsdiq olunma və ətraflı 

sənədləşdirmə ilə başa çatdırılır. Bundan sonra planda göstərilən bütün komponentlərin fəal realizasiyası 

gəlməlidir. Risklər jədvəlinin yenidən hesablanması və deməli nətijədə, təşkilatın təhlükəsizlik siyasətinin 

modifikasiya olunması çox vaxt iki ildə bir də həyata keçirilir. 

Təşkilati tədbirlər 

Təşkilati  tədbirlər  mühiti  və  informasiyanın  müdafiəsinin  səmərəli  vasitələrindən  biri  olmaqla 

yanaşı sonra qurulajaq bütün müdafiə sistemlərinin fundamentini təşkil edir. 

Təşkiləti tədbirlər aşağıdakı mövzuları əhatə edir: 

 

Şəxsi heyətin idarəolunması 



 

Fiziki müdafiə 




Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə