Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə33/46
tarix14.07.2018
ölçüsü2,08 Mb.
#55577
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   ...   46

  65 

       SETFILLSTYLE(4,11);             (*strixlama uslubunun verilmasi*) 

       BAR (260,260,300,310);           (*duzbucaqli oblastin strixlanmasi*) 

       READLN (S); 

       IF ORD(S)<>13 THEN GOTO M1; 

       SETFILLSTYLE(4,10); 

       CLEARDEVICE; 

       BAR3D(280,300,320,380,40,TOPON); (*paralelepipedin cakilmasi*) 

       READLN (S); 

       IF ORD(S)<>13 THEN GOTO M1; 

       CLEARDEVICE; 

       SETFILLSTYLE(4,14); 

       SECTOR (200,280,0,135,40,60);    (*ellips sektorunun cakilib strixlanmasi*) 

       READLN (S); 

       IF ORD(S)<>13 THEN GOTO M1; 

       CLEARDEVICE; 

       SETFILLSTYLE(3,3);               (*strixlamanin uslubunun verilmasi*) 

       PIESLICE (150,200,270,359,80);     (*daira sektorunun cakilmasi va strixlanmasi*) 

       READLN (S); 

       IF ORD(S)<>13 THEN GOTO M1; 

       CLEARDEVICE; 

       SETFILLSTYLE (4,5);                (*strix uslubunun dayisdirilmasi*) 

       PIESLICE (150,200,0,269,80);       (*daira sektorunun cakilarak strixlanmasi*) 

      IF READKEY=#0 THEN  A:=ORD(READKEY); (*qrafik rejimin fiqurlarinin gostirilmasinin sonu*) 

       M1:CLOSEGRAPH;                         (*qrafik rejimin baglanmasi*) 

    END. 



 

Paskal dilində tərtib edilmiş proqramın yerinə  yetirilməsi və idarəetmə ilə əlaqəli redaktorun  əsa 

əmrləri aşağıdakılardır. 

-Proqram mətnini fayl şəklində  yadda saxlanılması üçün FİLE menyusunun SAVE AS (ilk dəfə) 

və ya SAVE əmrlərindən istifadə edilir. Proqramın yaddaşdan çağırılması üçün FİLE menyusunun OPEN 

əmrindən,  yeni  faylın  yaradılması  üçün  həmin  menyunun  NEW  əmrindən  istifadə  edilir.  Redaktordan 

çıxış üçün FİLE menyusunun EXİT əmri verilməlidir

-  Proqram  daxilində  düzəlişlərin  aparılması  üçün  EDİT  menyusunun  əmrləri  istifadə  edilir: 

proqram hissəsinin surətinin yaradılması –COPY, bloka alınmış hissənin silinməsi CLEAR, bloka alınmış 

hissənin ekrandan kəsilərək götürülməsi-CUT (bu halda həmin hissə buferə (müvəqqəti yaddaşa yazılır) ), 

buferdəki məlumatın proqrama əlavəsi-PASTE və s; 

- Proqram tərtib edildikdən sonra COMPİLE menyusunun eyni adlı  əmri ilə kompilyasiya edilir. 

Bu  isə  həm  proqramın  maşın  kodlarına  çevrilməsini,  həm  də  proqramda  olan  səhvlərin  (sintaksis, 

sematik, məntiqi və tələbata digər uyğunsuzluqlar) tapılmasına şərait yaradır; 

-Proqramın yerinə yetirilməsi üçün RUN menyusunun eyni adlı əmrindən istifadə edilir; 

- Proqram nəticələrinin nəzərdən keçirilməsi məqsədilə DEBUG menyusunun OUTPUT (proqram 

mətni ekranda qalmaqla nəticələrə baxış) və USER SCREEN (nəticələrə tam ekranda baxış) əmrlərindən 

istifadə edilir. 

Qeyd edək ki, burada digər əməliyyatların da yerinə yetirilməsi üçün əmrlər mövcuddur. 

 

 



MÖVZU 13. VERILƏNLƏR BAZASINI IDARƏETMƏ SISTEMLƏRI. MS ACCESS  

                      VERILƏNLƏR BAZASINI IDARƏETMƏ SISTEMININ ELEMENTLƏRI 

 

Verilənlər  bazası  eyni  yerda  saxlanılan,  bir-biri  ilə  qarşılıqlı  əlaqədə  və  müxtəlif  istifadəcilər 

tərəfindən müxtəlif məqsədlər ücün ictifadə olunan məlumatlar    yığımıdır.  Verilənlər bazasında toplanı-

lan verilənlər adətən müəyyən predmet sahəsinə aid olur. 

Verilənlər bazasının təşkilində aşağıdakılara riayət olunmalıdır: 

bazada verilənlərin təkrarlanması minimum olmalıdır; 



  66 

-  verilənləri  axtarıb  tapmaq,  onları  dəyişdirmək  və  yeniləşdirmək  ücün  ümumi  idarəetmə 

üsullarından və vasitələrindən istifadə olunmalıdır; 

-  sonrakı  mərhələrlərdə  verilənlər  bazasının  tətbiq  sahəsinin  genişləndirilməsi  ücün  verilənlər 

struk-turlaşdırılmalıdır. 

Verilənlər  bazası  verilənlərin  müxtəlif  təsvirinə  uyğun  müxtəlif  funksiyalara  malik  ola  bilər. 

verilənlər  bazasınun  müxtəlif  vəzifələri  müxtəlif  istifadəçilər  tərəfindən  istifadə  olunması  ilə  müəyyən 

olunur. 


Bütün  verilənləri  özundə  əks  etdirən  vahid  verilənlər  bazasını  yaratmaq  çox  mürəkkəbdir  və 

iqtisadi  baxımdan  özünü  doğrultmur.  Ona  də  təcübədə  verilənlər  bazası  əsasən  məhdud  çərçivədə 

müəyyən  bir  sahə  üçün  layihələndirilir.  Bir  qayda  olaraq  müasir  kompüterlərdə  bir  neçə  müxtəlif 

verilənlər bazası yaradılır. Lazım gəldikdə isə eyni tətbiq sahəsi üçün yaradılan müxtəlif verilənlər bir-biri 

ilə əlaqələndirilib, inteqrasiya edilmiş verilənlər bazası olur. Belə sistemlərə verilənlər bazasını idarəetmə 

sistemi deyilir. 

Verilənlər bazasınin təşkili üçün müxtəlif üsul və vasitələrdən istifadə olunur. Müəyyən sistemin 

layihələndirilməsində  bu  üsul  və  vasitələrin  seçilməsi  verilənlər  bazasına  qoyulan  başlıca  tələblərin 

ödənilməsinə əsaslanmalıdır. 

Bu taləblərə verilənlər bazasının xarakteristikaları deyilir və onlara aşağıdakılar aid edilir: 



-  verilənlərın daxili strukturunun saxlanılması; 

-   verilənlərin təkrarlanmasının minimuma endirilməsi; 

-  verilənlərdə uyğunsuzluğun aradan qaldırılması; 

-  verilənlərin çoxməqsədli və birgə istifadə edilməsi; 

-  verilənlərin birgə idarə edilməsi

-  verilənlərın məhsuldarlığı; 

-  verilənlərın tamlıgı və s. 

Verilənlər bazasının idarəetmə siştemi elə qurulmahdır ki, verilənlərdən məhsuldar istifadə edilsin. 

Verilənlərın məntiqi təşkili proqram vasitələrinin köməyi ilə müxtəlif məlumat modellərini müəyyən edir. 

Verilənlər  modeli  bir  -  birilə  qarşılıqlı  əlaqədə  olan  verilənlərin  strukturları  və  bu  strukturlar 

üzərində  aparılan  əməliyyatların  məcmusundan  ibarətdir.  Modelin  növü  və  onda  istifadə  edilən 

verilənlərın quruluş tipi verilənlərın təşkili və işlənməsi konsepsiyasını əks etdirir. Qeyd etmək lazımdır 

ki,  eyni  bir  informasiyanın  yerləşdirilməsi  üçün  verilənlərin  müxtəlif  modellərindən  istifadə  edilir. 

Onların  seçilməsi  mövcud  texniki  və  proqram  təminatından  asılı  olub,  həll  edilən  məsələlərin 

mürəkkəblik dərəcəsi və emal edilən informasiyanın həcmi ilə müəyyən edilir. 

Kompüterdə verilənlərın saxlanması və idarə edilməsi modelləri arasında daha mürəkkəb modellər 

şəbəkə və iyerarxiya modelləridir. Verilənlərın şəbəkə və iyerarxik modeli verilənlər bazasımn idarəetmə 

sistemində  verilənlər  bazasının  məntiqi  təşkilinin  müvafiq  üsulu  olmaqla,  bir-biri  ilə  qarşılıqlı  əlaqədə 

olan obyektiərin məcmusundan ibarətdir. İki obyekt arasındakı əlaqə onların asılılığını və ya tabeçiliyini 

əks  etdirir.  Bu  modellərin  obyekti  verilənlər  bazasını  idarəetmə  sistemində  qəbul  edilən  verilənlərın 

quraluşunun əsas növü hesab edilir. 

İyerarxik modellərdə bir qayda olaraq hər bir obyekt özündən yuxarı səviyyəli yalnız bir obyektə 

tabe  olur.  Şəbəkə  modellərində  isə  ixtiyari  bir  obyekt  bir  neçə  obyektə  tabe  ola  bilər.  Bu  modellər 

arasındakı fərq onların sxemlərindən də aydın görünür (Şəkil 1). 

İyerarxiya  modellərində  müraciət  bir  qayda  olaraq,  obyektə  edilcək  mürəçiət  digər  obyektə 

tabeçiliyi olmayan ən yuksək səviyyəli obyekdən təyata keçirilir. 

Şəbəkə  modellərində  obyektiərin  quruluşu  çox  zaman  xətti,  bəzi  hallarda  isə  iyerarxik  olur. 

Nisbətən aşağı səviyyəli verilənlərın quruluşu özünəməxsus xüsusiyyətlərə və adlara malik olur. 

 

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə