Mövzu 1 Psixologiyaya giriş Plan: Psixi proseslər. Psixi hadisələrin quruluşu


Ünsiyyət şəxsiyyətlərarası qarşılıqlı təsirdir



Yüklə 181,46 Kb.
səhifə26/52
tarix29.11.2023
ölçüsü181,46 Kb.
#143155
1   ...   22   23   24   25   26   27   28   29   ...   52
Mühazirə Psixologiya

5. Ünsiyyət şəxsiyyətlərarası qarşılıqlı təsirdir. Sosial psixologiyada ünsiyyətin ən mühüm cəhətlərindən biri kimi onun qarşılıqlı təsir prosesi olması, başqa sözlə interaktiv cəhəti diqqəti cəlb edir. Ünsiyyətə girərkən insanlar hər hansı sual, xahiş, əmr, izahat və s. zamanı qarşılarına başqasına bu və ya digər şəkildə təsir etmək məqsədini də qoyur. Bu zaman o başqasından nəyisə öyrənmək, ona təsir etmək, onu yersiz hərəkətdən uzaqlaşdırmaq, onunla dostluq əlaqələri yaratmaq, ondan hansısa bir köməkliyi əldə etmək və ya ona öz kömək əlini uzatmaq və s. istəyini güdə bilir. Bu zaman ünsiyyətin nəzərdə tutulan məqsədi onun hər iki iştirakçısının birgə fəaliyyət tələbatına uyğun olursa öz müsbət bəhrəsini verə bilir, təsir birtərəfli deyil qarşılıqlı xarakter daşıyır. Belə ki, A fərdin hərəkəti B – in davranışında dəyişikliyə səbəb olur, onun cavab reaksiyasını yaradır, nəticədə bu reaksiya A-nın da davranışına təsir göstərir. Deməli qarşılıqlı təsir prosesi baş verir. Sosial normalar və sosial nəzarət. Adətən birgə fəaliyyət və ünsiyyət zamanı qarşılıqlı təsir müvafiq sosial normalar və sosial nəzarət əsasında həyata keçirildikdə özünün səmərəli nəticəsini verir. Sosial normalar insanların qarşılıqlı təsir və qarşılıqlı münasibətlərini tənzim etmək üçün cəmiyyət tərəfindən qəbul edilmiş normalardır. Cəmiyyət spesifik sosial davranış normaları sistemi nümunələrini hazırlayır və müvafiq şəraitdə həmin normalara əməl etməyi özünün bütün üzvlərindən tələb edir. Bu normalar pozulduqda sosial nəzarət mexanizmi işə düşür (bəyənməmək, danlamaq, cəzalandırmaq şəklində) və davranışın korrersiyasına gətirib çıxarır. Burada həmin normların cəmiyyətin bütün üzvləri tərəfindən qəbul olunması, həmin normaları etalon kimi qəbul etmələri və öz davranışlarını etalona uyğun qurmağa çalışmaları əsas şərtdir. Lakin bu hələ kifayət deyildir. Həmin normalara əməl olunmasına sosial nəzarət edilmədən bu normaların işləyəcəyi şübhə doğurur. Bunu gündəlik həyati faktlar da sübut edir. Adətən, sosial nəzarət zəif olduqda və ya ikili münasibət xarakteri daşıdıqda sosial normaların pozulması halları tez – tez özünü göstərir.
Ünsiyyət prosesində rol və rol gözləmələri. Qarşılıqlı təsir prosesində sosial nəzarət ünsiyyətdə olan adamların rollarına uyğun şəkildə həyata keçirilir. Psixologiyada rol altında kimin bu və ya digər mövqedən asılı olaraq hansı davranış modelini yerinə yetirməsi nəzərdə tutulur. Subyekt müəllim və ya şagird, bacı və ya qardaş, həkim və ya xəstə, müdir və ya işçi, ev yiyəsi və ya qonaq və s. rolunu yerinə yetirə bilər. Hər bir rol tamamilə müvafiq tələbə və ətrafdakılarının müvafiq gözləmələrinə cavab verməlidir. Adətən ünsiyyətdə olan adamlar bir- birindən öz rolunu onun gözlədiyi kimi yerinə yetirməsini istəyirlər. Məsələn, şairdlər gözləyirlər ki, müəllim onlara yaxşı dərs desin, yüksək qiymət versin, onların istəyini yerinə yetirsin və s. Müəllim isə gözləyir ki, şagirdlər dərsə yaxşı hazırlaşsın, intizamı pozmasın, müəllimin tapşırıqlarını yerinə yetirsin. Məhz buna görə də müxtəlif rolları yerinə yetirən adamların qarşılıqlı təsiri onların rol gözləmələri ilə tənzim olunur.
İnsanın istəyib-istəməməsindən asılı olmayaraq onu əhatə edənlər ondan müvafiq nümunəyə uyğun davranış gözləyirlər. Rolun bu və ya digər şəkildə yerinə yetirilməsi mütləq sosial qiymət alır, roldan hər hansı bir kənara çıxma halı bəyənilmir. İnsanın başqalarının ondan eşitmək istədiklərini və onda görmək istədiklərini səhvsiz, dəqiq çatdırmaq qabiliyyət və bacarığı mərifət adlanır. Lakin əgər subyektin prinsip və inamı ondan gözlənilənə ziddirsə onun başqa cür hərəkət etməsini mərifətsizlik adlandırmaq olmaz.

Yüklə 181,46 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə