Mövzu 13. Beynəlxalq ekologiya hüququnun anlayışı və predmeti


Beynəlxalq ekologiya hüququnun mənbələri



Yüklə 18,17 Kb.
səhifə3/4
tarix19.02.2023
ölçüsü18,17 Kb.
#101103
1   2   3   4
Mühazirə 12

Beynəlxalq ekologiya hüququnun mənbələri
Beynəlxalq ekoloji standartların ən yaxşı və ən səmərəli ifadə forması beynəlxalq müqavilələrdir. Hal-hazırda ətraf mühitin mühafizəsinin müxtəlif aspektlərinə dair 500-ə qədər beynəlxalq saziş mövcuddur. Onların içərisində ikitərəfli, regional və universal sazişlər, ətraf mühitin qorunmasının ümumi məsələlərinə və ya ayrı-ayrı ekoloji sistemlərin — dəniz mühitinin, atmosferin, yerət- rafı kosmik fəzanın mühafizəsinə həsr olunmuş müqavilələr vardır. Lakin bu sahədə bu günə qədər vahid məcəllələşdirilmiş akt işlənib hazırlanmamışdır.
Beynəlxalq ekologiya hüququnun mənbələri sırasına aiddir: beynəlxalq müqavilələr, sazişlər və konvensiyalar; beynəlxalq konfransların, müşavirələrin qərarları; tövsiyə xarakteri daşıyan xartiya və bəyanatlar.
Bu sahədə çoxtərəfli (universal) müqavilələrə misal olaraq aşağıdakıları göstərmək olar: Dənizin tullantılarla və digər materiallarla çirkləndirilməsinin qarşısının alınması haqqında 1972-ci il Konvensiyası; Gəmilərdən çirkləndirmənin qarşısının alınmasına dair 1973-cü il Beynəlxalq Konvensiyası; Vəhşi fauna və floranın yox olmaq təhlükəsində olan növlərinin beynəlxalq ticarəti haqqında 1973-cü il Konvensiyası; Ətraf mühiti dəyişikliyə uğradan vasitələrdən hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadə olunmasının qadağan edilməsi haqqında 1976-cı il Konvensiyası; Dəniz hüququ üzrə 1982-ci il BMT Konvensiyası; Ozon qatının mühafizəsi haqqında 1985-ci il Vyana Konvensiyası və bu Konvensiyaya əlavə olunmuş 1987-ci il Monreal Protokolu; Bioloji müxtəliflik haqqında 1992-ci il Konvensiyası və s.
Beynəlxalq ekologiya hüququnda tövsiyə xarakterli aktlar əhəmiyyətli rol oynayır. Müxtəlif xarakterli ekoloji tələblər ilk əvvəl tövsiyə kimi qətnamələrdə, bəyannamələrdə, proqramlarda və s. əks olunur (belə normalara beynəlxalq hüquq elmində «yumşaq hüquq» da deyirlər1), müəyyən müddət keçdikdən sonra isə bu standartların bəziləri ya müqavilə qaydasında, ya da beynəlxalq adət şəklində məcburi hüquq normaları kimi tanınır. Tövsiyə xarakterli aktlara misal olaraq, yuxarıda adları çəkilmiş Stokholm və Rio-de-Janeyro Bəyannamələrini, 1982-ci il Ümumdünya təbiəti mühafizə Xartiyasını göstərmək olar.

Yüklə 18,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə