Mövzu 13. Beynəlxalq ekologiya hüququnun anlayışı və predmeti


Beynəlxalq ekologiya hüququnun subyektləri və obyektləri



Yüklə 18,17 Kb.
səhifə2/4
tarix19.02.2023
ölçüsü18,17 Kb.
#101103
1   2   3   4
Mühazirə 12

Beynəlxalq ekologiya hüququnun subyektləri və obyektləri
Beynəlxalq ekologiya hüququnun subyektləri qismində başlıca olaraq dünya dövlətləri çıxış edirlər. Həmin dövlətlər ətraf mühitin mühafizəsi sahəsində müxtəlif müqavilələrin tərəfləri qismində çıxış edərək beynəlxalq ekoloji münasibətlər sahəsində əməkdaşlığı həyata keçirir, ekoloji təhlükəsizliyin təmin edilməsi üzrə müxtəlif tədbirlərin realizə edilməsində iştirak edirlər.
Ekoloji münasibətlər sahəsində beynəlxalq əməkdaşlıq başlıca olaraq dövlətlər arasında həyata keçirilsə də, bir sıra beynəlxalq təşkilatlar da bu sahədə mühüm rol oynayır. Fəaliyyətinin xarakterindən və istiqamətindən, məqsəd və vəzifələrindən asılı olaraq onları bir neçə qrupa bölmək olar:
— ətraf mühitin mühafizəsi, Yer kürəsi problemlərinin həlli (YUNEP, BTMİ);
— kompleks təbiəti mühafizə monitorinqi (FAU, ÜST, ÜMT);
— xüsusi təbiəti mühafizə tədbirləri (vəhşi təbiətin, balıq ehtiyatlarının, beynəlxalq göllərin, çayların qorunması, MAQATE-nin əlaqələndirici rolu əsasında nüvə enerjisi mənbələrinin təhlükəsizliyi və s.).
15 dekabr 1972-ci ildə BMT Baş Məclisinin qətnaməsi ilə BMT-nin ətraf mühit üzrə Proqramı (YUNEP) təsdiq edilmişdir. Bu sənədin qəbul edilməsi ətraf mühit üzrə elə həmin ildə keçirilmiş BMT-nin Stokholm konfransının tövsiyyələrində nəzərdə tutulmuşdur. YUNEP-in strukturu İdarəetmə Şurasından (onun tərkibinə iştirakçı dövlətlərin nümayəndələri daxildir), Ətraf mühitin mühafizəsinin əlaqələndirilməsi Şurasından və Ətraf mühit Fondundan ibarətdir.
1948-ci ildə yüzdən artıq ölkəni, qeyri-hökumət təşkilatını və beynəlxalq təşkilatı təmsil edən beynəlxalq qeyri-hökumət təşkilatı - Beynəlxalq təbiəti mühafizə və təbii ehtiyatlar İttifaqı (BTMİ) yaradılmışdır.
BTMİ-nin əsas vəzifəsi aşağıdakı məqsədlərlə dövlətlərin, milli və beynəlxalq təşkilatların, habelə vətəndaşların beynəlxalq əməkdaşlığını inkişaf etdirməkdir.
1946-cı ildə yaradılmış Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) insanın ətraf mühitlə qarşılıqlı əlaqəsi problemləri də əhatə olunmaqla insanın sağlamlığının qorunması məsələlərinin həllini əlaqələndirir.
ÜST şəhərlərin sağlamlaşdırılması problemlərinin həllinin üsul və metodlarını, vətəndaşların istirahətinin, sanatoriya-kurort müalicəsinin təşkilinin üsul və metodlarını tədqiq edir, insan həyatının sanitar-gigiyenik şəraitinin yaxşılaşdırılması üzrə beynəlxalq proqramların həyata keçirilməsində iştirak edir. ÜST ən aktual məsələlərin səmərəli həll edilməsi məqsədilə YUNEP, MAQATE, ÜMT və başqa beynəlxalq qurumlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
BMT-nin kənd təsərrüfatı və ərzaq sahəsində ixtisaslaşmış təşkilatı olan FAO 1945-ci ildə yaradılmışdır. Bu beynəlxalq qurumun diqqət mərkəzində kənd təsərrüfatı sahəsində və dünya ərzaq ehtiyatlan sahəsində ekoloji problemlər dayanır. FAO-nun fəaliyyət istiqamətləri təbii ehtiyatlardan səmərəli istifadə, torpaqlardan, heyvanlar aləmindən, meşələrdən, Dünya okeanının bioloji ehtiyatlarından istifadə və onların mühafizəsidir.
FAO dünyanın torpaq xəritəsini hazırlamış, onun təşəbbüsü ilə Ümumdünya Torpaq Xartiyası qəbul edilmiş, məskunlaşma, ərzaq, torpaqların səhralaşması ilə mübarizə, su ehtiyatlarının mühafizəsi üzrə beynəlxalq konfranslar keçirilmişdir. FAO YUNEP, YUNESKO, BTMİ ilə yanaşı beynəlxalq və regional ekoloji proqramların hazırlanmasında iştirak etmişdir.
1947-ci ildə BMT-nin Ümumdünya metrologiya təşkilatı (ÜMT) yaradılmışdır. Onun vəzifəsi təkcə bütövlükdə planetin yox, həm də ayrı-ayrı regionların havasına və iqliminə insanın təsiri amillərini öyrənmək və təhlil etməkdir. ÜMT ətraf mühitin monitorinqinin qlobal sistemi (ƏMMQS) çərçivəsində fəaliyyət göstərir. Sistemin əlaqələndiricisi qismində YUNEP çıxış edir. ƏMMQS çərçivəsində ÜMT ilə yanaşı, ÜST, FAO, YUNESKO da təmsil olunur.
Beynəlxalq ekologiya hüququnun obyektləri dedikdə, elə təbiət obyektləri başa düşülür ki, onlarla bağlı olaraq beynəlxalq hüququn subyektləri (dövlətlər və beynəlxalq təşkilatlar) arasında ekoloji münasibətlər yaranır və inkişaf edir.
Beynəlxalq ekologiya hüququnun obyektləri iki kateqoriyaya bölünür:
— ayrı-ayrı dövlətlərin yurisdiksiyasına aid olan obyektlər;
— ayrı-ayrı dövlətlərin yurisdiksiyasına aid olmayan obyektlər.
Beynəlxalq ekologiya hüququnun ayrı-ayrı dövlətlərin yurisdiksiyasına aid olan obyektləri sırasına ümumdünya təbii irsi hesab edilən təbiət obyektləri, o cümlədən Beynəlxalq Qırmızı Kitaba daxil edilmiş bitki və heyvan növləri, beynəlxalq çaylar, göllər, dənizlər aid edilir. Belə təbii ehtiyatlar milli təbii ehtiyatlar da adlanır. Konkret dövlətin yurisdiksiyası altında olan bu ehtiyatların hüquqi rejiminin müəyyən edilməsində daxili hüquq normaları başlıca rol oynasa da, onların mühafizəsinə dair beynəlxalq müqavilələr də mövcuddur.
Beynəlxalq ekologiya hüququnun ayrı-ayrı dövlətlərin yurisdiksiyasına aid olmayan obyektləri qismində hava hövzəsi, kosmos, Dünya okeanı, Antarktika, miqrasiya edən heyvan növləri çıxış edir. Bu təbiət obyektləri beynəlxalq ekologiya hüququnun normalarına müvafiq olaraq mühafizə edilir və onlardan istifadə olunur. Bu təbii ehtiyatlar universal ehtiyatlar adlanır və dünyanın bütün dövlətlərinin ümumi istifadəsindədir.
Lakin beynəlxalq ekologiya hüququnun obyekti olmayan başqa təbiət obyektləri də ətraf mühitin mühafizəsi, təbii ehtiyatlardan səmərəli istifadə və ekoloji təhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığın obyekti kimi çıxış edə bilər.

Yüklə 18,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə