Mövzu: Avstraliya və Okeaniya xalqları Plan


Avropalıların bu regionalla ilkin tanışlığı



Yüklə 40,37 Kb.
səhifə2/2
tarix30.12.2023
ölçüsü40,37 Kb.
#164456
növüDərs
1   2
movzu3

2.Avropalıların bu regionalla ilkin tanışlığı.
Avropalıların Okeaniyalılarla ilkin tanışlığı XVI əsrin əvvəllərindən başlamışdır. Hələ 1511-1512-ci illərdə Portqaliya dənizçiləri A.D.Abrey və F.Serran Yeni Qivineya adalarının yanından üzüb keçmişdilər. 1521-ci ildə isə Okeaniyaya ilk ayaq basan Avropalı məşhur dənizçi Fernando Mafellan olmuşdur. O, Tuamotu adasının yanından keçərək Marian adalarına məxsus Guam adasına çıxmışdır. 1565-ci ildə Marian adası qeyri-rəsmi olaraq İspaniyanın müstəmləkəsi elan edildi. 1568-ci ildə isə ada rəsmi olaraq işğal olundu. Həmin ildə ispan dənizçisi Mendoliya Solomon adalarını, Pedro De Kiviros isə 1606-cı ildə yeni Gebrit adasını kəşf etdi.
Avstraliya Okeaniyaya nisbətən bir qədər gec kəşf olunmuşdur. Avstraliya materiki holland dənizçisi Villem Yanson tərəfinən 1606-cı ildə kəşf olunmuşdur. Tasman adası A. Tasman tərəfindən 1642-ci ildə kəşf olunmuşdur. Yakov Roggevin isə 1722-ci ildə Pasxi adasını aşkar etmişdir.
Əgər XVI əsrdə okeaniyada ispan dənizçiləri hökümranlıq edirdisə, XVII əsrdə bu yerlər hollandların, XVIII əsrdə ingilislərin və fransızların əlinə keçdi. XIX əsrin axırlarında ABŞ və Almaniya da fəal bir surətdə bu işə qoşuldu.
XX əsrin əvvəllərində Avstraliya və Okeaniyanın bütün arxipelaqları Avropa və ABŞ müstəmləkəçilərinin əlində cəmləşdi.


  1. Avstraliya və Tasmaniya xalqları

Avstraliya materikinin yerli sakinləri 40 min il bundan əvvəl orada məskunlaşmışdır. Avstraliya bütün materiklər içərisində ən kiçiyidir. Onun uzunluğu qərbdən şərqə 4100 kilometr, şimaldan cənuba isə 3200 kilometrdir. Onun sahəsi adalarla birlikdə 7 milyon 704 min kvadrat km-dir. Avstraliyaya məxsus Tasmania adasını materikdən 224 km enində olan Bass boğazı ayırır.
Avstraliyanın XVII əsrin əvvəllərindən məlum olmasına baxmayaraq, XVIII əsrin axırlarına qədər materikə Avropalıların ayağı dəyməmişdir.
Avropalıların gəlişi dövründə aborigenlərin ümümi sayı 300 mindən çox idi. Onlar, hər birində 500 nəfərdən çox adam olan 600 qrupa ayrılırdılar.
Əgər materikdə məskunlaşan əhali, təbii şəraitin yaşayış üçün əlverişli olmadığı ərazilər müstəsna olmaqla, demək olar ki, Avstraliyanın bütün hissələrinə yayılmışdısa, hazırda aborigenlər başlıca oolaraq ölkənin şimal, qərb və mərkəzi rayonlarında məskunlaşmışlar. Avropalılarla tanışlıq dövründə Avstraliya yerliləri, etnokrafiya elminə bəlli olan xalqlar arasında dünyanın ən geridə qalmış xalqları sırasına daxil idi. Onlar öz məədəni inkişaf səviyyələrin görə ən aşağı pillədə dayanırdılar.
Antropoloji cəhətdən Avstraliyalılar avstralo-zənci böyük irqinə daxil olan kiçik avstraliya irqini təmsil edir. Bu irqin tünd qəhvəyi rəngli dəriləri, qara dalğavari saçları, qalın saqqal və bəğları, enli burunları, qalın dodaqları vardır. Avstraliya dilləəri dilləri də rəngarəngdir. Onların dilləri məlum dil ailələrinin heç biri ilə qohumluq təşkil etmir. 1788-ci ildə avstraliyalılar təxminən 500 dildə danışırdılar. Hər bir aborigen qonşularına məxsus iki-üç dildə danışa bilirdi.
Hazırda Avstraliya yerliləərinin dillərinin bir çoxu assimilyasiyaya uğradığından, onlar xeyli dərəcədə azalmış, təxminən 200-ə enmişdir. Bunlar da öz növbəsində 20-dən çox dil qrupuna ayrılır. Bunlardan ən böyüyü Pamanyunqa qrupudur ki, o da bütün Avstraliya dillərinin üçdə iki hissəsindən çoxunu özündə birləşdirir.
Avstraliya yerlilərinin təsərrüfatı mənimsəyici təsərrüfat sahələri idi. Onlar maldarlıq və əkinçiliyin nə olduğunu bilməyən ovçuluq, yığıcılıq qismən balıqçılıq təsərrüfatı ilə məşğul olurdular. Ovçuluqla yalnız kişilər məşğul olurdular.Qadınlar və uşaqlar ov zamani kişilərə kömək göstərir, yeməli yabanı bitkilər toplayırdılar.Başlica ov obyektləri kenquru və digər kisəli heyvanlar, quşlar idi.
Avstraliyalılarin yaşayış evləri və yaşayış məskənləri barədə çox vaxt düzgün fikir söyləmirlər.Onları səfil-sərkərdan həyat keçirən, heç bir yaşayış məskəni və daimi ev-eşiyi olmayan qəbilələr kimi təsəvvür etməyə çalışırlar.Lakin Avstraliyalılarla ilk tanışlıq dövrünün müşahidəçilərinin qeyd etdikləri kimi onlar daha çox təkmilləşdirilmiş tikintilərə və yaşayış məskənlərinə malik idilər.Onlar ağac budaqlarından özləri üçün komalar düzəldirdilər.
Avropalıların gəlişinə qədərki, avstraliyalıların ictimai quruluşu etnoqrafiya elmi üçün olduqca maraqlı sahələrdən biridir. XIX əsrin 80-cı illərində Fayson və Hauitin,Spenser və Gillenin tədqiqatları vasitəsiylə sonra Avstraliyalıların ictimai quruluşu barədə ilkin məlumat əldə etmək mümkün olmuşdur.Məhz bu dövürdə aydınlaşdırılır ki, yerlilərin həyatında tam mənada ibtidai icma quruluşu saxlanılır, istehsal münasibətləri ictimai mülkiyyətə əsaslanır, istehsal vasitələri üzərində xüsusi mülkiyyət yoxdur, istismar və əmlak bərabərsizliyi də təşəkkül tapmamışdir.
Avstraliyalıların mənəvi mədəniyyəti rəngarəng idi. Onlar insanın yaranmasına dair, totemlərin mənşəyi barədə çoxlu əfsanələr, nağıllar danışırdılar.
Avstraliyalılara musiqi də yabancı deyildi.Onların musiqi alətləri zəif inkişaf etsədə, musiqi sədaları altında rəqs etməyi xoşlayırdılar.
4.Okeaniya xalqları.
(Papauslar, Meloaneziya, Polineziya, Mikroneziya xalqları)
Avstraliyadan fərqli olaraq Okeaniya əyalətlərində mədəni inkişafın səviyyəsi olduqca müxtəlif idi.Burada əhalinin dili və antropoloji xüsusiyyətlərində də kəskin fərkləndirici əlamətlər nəzərə çarpırdı.Okeaniya xalqları antropoloji baxımdan yencins deyil və hələ də müxtəlif antropoloji tiplər arasında qarşılıqlı münasibətlər aydınlaşdırılmamışdır.Adi irqi təsnifata uyğun olaraq Okeaniyanın cənub-qərbində qıvrım saçlı, qara dərili zənci irqi üstünlük təşkil edir.Bu irqin özü də yekcins deyil və üç tipə bölünür:

  1. meloneziya 2. papuas 3. piqmey

Okeaniya xalqlarının dilləri onların antropoloji bölgüsü ilə üst-üstə düşmür.Linqvistik baxımdan Okeaniya iki qeyri-bərabər hissəyə ayrılır.Bütün Polineziya əhalisinin dilləri malay-polineziya dil ailəsinə mənsubdur.

  • PAPUASLAR - başlıca olaraq Yeni Qvineyada yaşayırlar.Adanın sahəsi 785 km2 dir.İqlimi mülayimdir,bitki örtüyü zəngindir.

Yeni Qvineya adası 1526-cı ildə Portuqaliya dənizçisi Keorq de Menezes tərəfindən kəşf edilmişdir.Papuasiyada 750-ə qədər etnos yaşayır və 12 böyük dil qrupunda birləşirlər.


  • MELANEZİYA - etnik tərkibi olduqca mürəkkəbdir.Burada 200 qədər etnos yaşayır.Bunların böyük çoxluğunu avstroneziya dilləri( 600 min),az bir qismini papuas dilləri (70 min) təşkil edir.Yerli əhali Avstraliya irqinə daxil olan kiçik melaneziya irqinə mənsubdur və 4 antropoloji tipi vardır.

Papuas, neqritos, melaneziya, kaledoniya
Melaneziyada əkinçilik tropik əkinçilik xarakteri daşıyır.Dəniz balıqçılığı geniş yayılmışdır.Onlar maldarlıq nə olduğunu bilmirlər və ev heyvanlarının yalnız üç növü ilə donuz, it, toyuqla tanış idilər.Melaneziyada ictimai təşkilatın ən geniş yayılmış növü kənd icmaları idi.

  • POLİNEZİYA - Sakit okeanda çox geniş yayılmış adaların bir qismində məskunlaşmışlar.Onların 170-173 sm boyu, tünd qaraşın dəriləri, enli dalğavari saçları vardır.Polineziya dilləri malay-polineziya dil ailəsinə mənsubdur.Avropalıların gəlişinə qədər əsas məşğuliyyətləri əkinçilik və qismən balıqçılıq idi. Müstəmləkələşmə dövrünə qədər polineziyalıların ictimai quruluşu bu bölgə üçün ən yüksək dərəcədə inkişaf etmiş bir quruluş idi.Burada artıq sinfi qruplaşmalar təşəkkül tapmışdı.Ən imtiyazlı sinif irsi torpaq sahibləri olan əyanlar idi.

  • MİKRONEZİYA - 2140-dan çox adaya mənsubdur və yalnız 96-da məskunlaşmılar.Etnosların sayı 190 min nəfərdir.Malay-polineziya dil ailəsinə mənsub dildə danışırlar.

Balıqçılıq əhalinin başlıca məşğuliyyətidir.Əkinçilik balıqçılıqdan xeyli geridə qalırdı.
Yüklə 40,37 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə