Mövzu Erkən yaşlı uşaqların psixologiyası. Yeni doğulmuş uşağın anatomik- fizioloji və psixi



Yüklə 23,96 Kb.
səhifə3/3
tarix28.12.2022
ölçüsü23,96 Kb.
#98011
1   2   3
mövzu 9

«siqnallar siqnalı»na-(İ.P.Pavlov)- ümumiləşdirici siqnala çevrilməsi üçün fizioloji şərtdir. Beləliklə, sözlər uşaq üçün zaman keçdikcə ətraf xarici aləmin cism və hadisələrinin xassələrini ümumiləşdirən faktlara çevrilir.
Uşağın ali sinir fəaliyyətinin inkişafı prosesində fizioloji amillərlə yanaşı ictimai amillər də mühüm rol oynayır. Ünsiyyət dairəsi kasıb olduqda, yaşıdları və yaşlılarla məhdud əlaqələrdə olduqda onun ali sinir fəaliyyəti, nitqinin inkişafı da normal göstəricilərdən geridə qalır. Müəyyən edilmişdir ki, bir yaşın sonunda normal uşaqlar 10-15 sözü tələffüz edə bilirlər.
Həyatın birinci ilində uşaqlarda ali sinir fəaliyyətinin əsas xarakterik xüsusiyyəti sinir sistemi üzrə oyanma və ləngimə (tormozlanma) proseslərinin geniş surətdə yayılması meylidir: 4-6 yaşlarından etibarən uşaqların beyin qabığında analitik sintetik (təhlil-tərkib) fəaliyyətin əlamətləri xeyli güclənir. Bu dövrdə ətraf xarici aləm hadisələrinin təhlili və tərkibi prosesində tormozlanmanın rolu artır. Nəticədə bu proses uşağın beyin qabığının reaktiv hüceyrələrini hədsiz oyanma və yorulmaqdan qoruyur. Beyin fəaliyyətinin reflektor xüsusiyyətlərini bilmək, təlim və tərbiyə işində onları nəzərə almaq olduqca vacibdir. Bu uşağın həyatını düzgün təşkil etməyə, gigiyenik qaydalara əməl etməyə, qıcıqlandırıcıların təsirini nizama salmağa, ən
107

başlıcası isə uşaq nevrozlarının yaranmasına səbəb ola biləcək əlverişsiz təsirlərdən qorunmağa kömək edir.
Uşaqların fiziki və psixi sağlamlığında mühit, həyat şəraiti, normal qidalanma kimi amillərlə yanaşı, valideynlərin spirtli içkiyə münasibəti də təsirli rol oynayır. Tibb elminin qənaətinə görə, spirtli içki qəbul edən qadınlarda uşağın əmələ gəlməsində əsas vasitə olan qadın cinsi hüceyrələri zərər çəkir, nəticədə uşaqların şikəst doğulma halları artır. Eyni halda uşaqlarda ümumi inkişaf zəifliyi, sümük birləşmələrində pozulmalar müşahidə edilir; onların vaxtından əvvəl doğulması, cılız olması, hətta ölü doğulması halları və s. özünü göstərir. Müəyyən edilmişdir ki, içki düşkünü olan anaların uşaqlarında doğumdan sonrakı ölüm halları normal analarla müqayisədə xeyli çoxdur. Tibbi statistikaya görə, içki düşkünü olan qadınların
Л
uşaqlarında ölüm halları normal analarla müqayisədə 15% çoxdur1.
Siqaret və narkotik maddələr də ana bətnində körpənin normal fiziki və zehni inkişafına pozucu təsir göstərir. Bu zərərli vasitələrin davamlı qəbulu doğulan uşaqların normal inkişafına mane olur: onlar ağlağan və əsəbi olurlar.
Suallar və tapşırıqlar.

  • Yeni doğulmuş çağanın anatomik- fizioloji xüsusiyyətləri haqqında nə bilirsiniz?

  • Bir yaşlı uşağın anatomik fiziki göstəricilərini söyləyin.

  • Körpələrdə süd dişlərinin çıxma ardıcıllığı necədir?

  • Körpəlik dövründə psixomatorikanın inkişaf dinamikası haqqında nə bilirsiniz?

  • Körpəlik dövründə sinir sisteminin inkişaf xüsusiyyətləri haqqında danışın.

  • Uşağın sinir sisteminin formalaşmasına hansı amillər təsir göstərir?

1 Alpaslan Özyazıçı. Alkoqollu içkilər, siqaret və digərləri. (türk dilindən çevirən M.Musaoğlu) Ankara, 1997, s.56
108
Yüklə 23,96 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə