Mövzu İqtisadi nəzəriyyənin genezisi və inkişaf mərhələləri


Tələbin artması həm tarazlıq qiymətinin, həm də tarazlıq əmtəə miqdarının artmasına səbəb olur



Yüklə 0,96 Mb.
səhifə46/66
tarix30.12.2023
ölçüsü0,96 Mb.
#166965
1   ...   42   43   44   45   46   47   48   49   ...   66
Mikroiqtisadiyyat 1-13 Mühazirələr (1)

Tələbin artması həm tarazlıq qiymətinin, həm də tarazlıq əmtəə miqdarının artmasına səbəb olur;


  • Tələbin aşağı düşməsi tarazlıq qiymətinin və tarazlıq əmtəə kəmiyyətinin aşağı düşməsinə səbəb olur;

  • Təklifin artması tarazlıq qiymətinin azalmasına və tarazlıq əmtəə kəmiyyətinin artmasına səbəb olur;

  • Təklifin azalması tarazlıq qiymətinin artmasına və tarazlıq əmtəə kəmiyyətinin azalmasına səbəb olur.

    Bu qaydaları tətbiq etməklə tələb və təklifin istənilən dəyişmə hallarında tarazlıq nöqtəsini tapmaq mümkündür. İstənilən əmtəənin rəqabət bazarında tələb və təklifin tarazlığı məhz bu sxem vasitəsilə əldə olunur. Tarazlıq hər bir rəqabət bazarının qanunudur. Hər bir bazardakı tarazlıq bütövlükdə iqtisadi sistemdə tarazlığın saxlanılmasının səbəbidir. Qeyd etmək lazımdır ki, tarazlıq qiyməti bazarın rəqabət şəraitində müəyyənləşir. Lakin bütün rəqabət şərtlərini gözləmək mümkün deyil. Bazarın qiymət tarazlığı mexanizmi təkmilliyə yaxınlaşmaq mexanizmdir ki, buna da tam nail olmaq mümkün deyildir. Bununla belə, tələb və təklifin tarazlıq qanununa uyğun olaraq həyatda istənilən əmtəənin qiyməti formalaşır. Bazar mexanizminə rəqabət tarazlıq vəziyyətini dəyişən inhisarçı müdaxilə elementləri təzahür etməzsə, bütün əmtəə bazarları rəqabət tarazlığına yaxındır.
    Tələb tədiyə qabiliyyəti alıcının özünə lazım olan şeyləri satın almaq üçün ödəyə biləcəyi və ödəmək istədiyi pul məbləğinə, yaxud da müəyyən dövrdə hər hansı bir qiymətə satın alınacaq əmtəə və xidmətlərin miqdarına deyilir. Deməli, qiyməti nəzərə almadan tələbin müəyyən edilməsinə cəhd göstərilməsi məntiqsizlik olardı. Çünki tələb hər şeydən əvvəl qiymətin dəyişməsi nəticəsində dəyişir. Buradan belə nəticə çıxarmaq olar ki, əmtəə və xidmətlərin qiymətləri aşağı düşdükdə eyni məbləğdə pula daha çox şey ala bildiyinə görə alıcı, qiymətlər bahalaşdıqda isə əksinə, satıcı qazanır.
    Deməli, tələb qiymətlərin səviyyəsindən bilavasitə asılıdır. Bu, heç kimdə şübhə doğurmur. Digər tərəfdən tələbin qiymətdən asılı olması obyektiv iqtisadi qanundur. Qiymətlərin ucuzlaşması isə tələbin artmasına deyil, əksinə, onun aşağı düşməsinə gətirib çıxara bilər. Bu, onunla əlaqədardır ki, qiymətlər ucuzlaşdıqda, insanlar gələcəkdə onun bir qədər də aşağı düşəcəyinə ümid edirlər. Deməli, tələbə yenə də «gözlənilən qiymət» amili təsir edir. Sual olunur: istehlakçıların bu cür davranışı tələb qanunu ilə bir araya sığırmı? Əlbəttə, sığır! Çünki qiymətlər nə qədər aşağı olursa, tələb də bir o qədər yüksək olur. Lakin bu gün mövcud qiymətlərlə satın alıb çox xərcləməkdənsə, sabah aşağı qiymətlərlə satın alıb, ailə büdcəsinə qənaət etmək ideyası adamlara üstün gəlir.

    Yüklə 0,96 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   42   43   44   45   46   47   48   49   ...   66




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə