|
Mövzu İqtisadi nəzəriyyənin genezisi və inkişaf mərhələləriazad sahibkarlıq zonaları
|
səhifə | 39/66 | tarix | 30.12.2023 | ölçüsü | 0,96 Mb. | | #166965 |
| Mikroiqtisadiyyat 1-13 Mühazirələr (1)azad sahibkarlıq zonaları (ASZ);
azad ticarət zonaları;
ixrac-istehsal zonaları (İİZ);
regionlarda istehsal zonaları;
azad limanlar;
azad bank zonaları.
Bütün bu zonalar xarici kapitalın cəlb edilməsi, müxtəlif güzəştlərin verilməsi (bir qayda olaraq 10 il ərzində vergidən azad edilmə; birbaşa dövlət subsidiyası; gömrük haqqısız əmtəə idxalı və ixracı; torpağın aşağı qiymətə icarəyə verilməsi və s.) yolu ilə iqtisadi inkişafın amili kimi nəzərdən keçirilir. Hazırda dünyada 400-dən artıq AİZ var (əsasən inkişaf etmiş dövlətlərdə). AİZ-da hakim mövqeyi Yaponiya, ABŞ və Qərbi Avropanın transmilli şirkətləri (TMŞ) tuturlar.
Xaricdə ticarət şəbəkəsinin təşkilindən danışarkən ən geniş yayılmış və ən perspektivli obyektlər sırasında aşağıdakıları göstərmək olar:
supermarketlər - əsasən ərzaq çeşidli özünəxidmət mağazaları;
superonterlər - əsasən şəhərdən kənarda yerləşən tez xarab olan malların ticarəti üçün perspektivli mağazalar;
konvinnesonterlər - məhdud çeşidli yüksək hazırlıq dərəcəli məhsulların kiçik mağazaları (iri mağazalara əlavə kimi);
supertriado (superüçlük)- yüksək keyfiyyətli bahalı əmtəənin satışı ilə məşğul olan müasir ticarət mərkəzi, anbar-supermarket zonası, yaxşılaşdırılmış keyfiyyətli əmtəə satışı zonası olan iri mağazaların yeni modeli;
draqonterlər - əməliyatların yüksək dərəcədə avtomatlaşdırıldığı və kredit və debitor kartlarının qəbul olunduğu pərakəndə satış müəssisələri;
diskaunt-mağazalar - orta keyfiyyətli malları nisbətən aşağı qiymətlərə satan və s. ucuzlaşdırılmış qiymətlər mağazaları.
Birja - kütləvi standart əmtəələrin topdansatış ticarətinin təşkilati forması və ya valyuta, iş qüvvəsi və qiymətli kağızların alqı-satqısı üzrə sistematik əməliyyatlar növüdür. Birja bazarın hərtərəfli təşkili üçün təyinatlanıb. Hazırda birja aşağıda göstərilən bir sıra funksiyaları yerinə yetirən dövlət səhmdar təsisatıdır:
|
|
|