Mövzu Komanda işi anlayışı


Komandada Liderin rollarının icrasına



Yüklə 255,89 Kb.
səhifə12/20
tarix23.12.2023
ölçüsü255,89 Kb.
#156352
1   ...   8   9   10   11   12   13   14   15   ...   20
UNEC 1697617103

Komandada Liderin rollarının icrasına diqqət yetirək.
Liderin sosial rolu - ictimai münasibətlər sistemində fərdin sosial vəziyyətini nəzərə alan davranış modelidir. Sosial rolun komponentlərinə roldan gözləmələri (bir roldan nə gözlənilir) və rol davranışı (adam həqiqətən ona verilən rolu çərçivəsində rəftar edir) aiddir. Bu funksiya rejimində liderözünü kompetent, səlahiyyətli göstərməyə çalışır, lakin mürəkkəb vəziyyətlərdə işi həll etmək və uzun müddət bu rolu oynamaq, icra etmək olduqca çətindir.
Lider-nümunə.Buna misal olaraq, qrupun lideri bir növ qrupun qalan üzvləri üçün davranış modeli kimi xidmət edir, onlara “necə olmalıdırlar və nə etməlidirlər” kimi aydın nümunəyə (göstərici) çevrilir.
"Ata" rolu.Lider qrupun çox üzvləri üçün hərtərəfli "ata" rolunu alır. Əsl lider - qrup üzvlərinin ideal sədaqət obyekti və bütün müsbət emosiyaların diqqət mərkəzindədir. bəzi hallarda lider onun ardınca gedənlərin ideallarına uyğun deyilsə, onlar onu fikirlərində öz düşüncələrinə uyğun"düzəliş" edə bilirlər. Bu sosial rol əsasən bəzi müəyyən bir vəziyyətdə qeyri-məhdud hakimiyyəti izah edir. Onu da unutmaq olmaz ki, lider uğur zamanı müsbət hisslər mövzusu ola bildiyi kimi məqsədə çatmayanda tənqid üçün hədəf də ola bilər.
Lider bir siyasətçi kimi. Liderin ən mühüm funksiyalarından biri məqsədi və qrupun əsas davranış istiqamətlərini müəyyən etməkdir. Əsasən qrup məqsədləri və onlara nail olma üsullarının üç mənbələri var:
1) Təlimatlar və əmrlər yuxarıdan aşağıya subordinasiya əsasında verilir. Lakin, aşağı səviyyəli lider işçilər məsləhətçi qismində cəlb olunur.
2) Aşağıların təlimatı, yəni qrupun öz qərarı vasitəsilə həll edilmə. Hədəflər və vasitələr aşağıdan müəyyən edilməsinə baxmayaraq, lider bu hədəflərin həyata keçirilməsi üçün məsuliyyət daşıyır və qrupun bir üzvü kimi məqsəd və metodların müəyyən edilməsində iştirak edir.
3) Bilavasitə liderinqərarları (o şərtlə ki, qərarlarınqəbuledilməsində lidermüstəqildir).
Beləliklə qrupməqsədlərininvə onlaranailolma üsullarının mənbələrinin müxtəlif olmasına baxmayaraq lider onların hamısının icrasına görə məsuliyyət daşıyır.
Ekspert rolu.Lider- ekspert kimi çıxış edir. Liderə tez-tez etibarlı məlumat mənbəyi və ya ixtisaslı mütəxəssis kimi müraciət edilir. Əlbəttə ki, yüksək dərəcəli əmək bölgüsü olanböyük qruplardalider (əsasən təşkilatların rəhbərləri) müxtəlif əvəzedicilər, ekspertlər və məsləhətçilər xidmətindən yararlanırlar. Bu halda ekspertlərin seçimi liderin qabiliyyətini aydın xarakterizə edir. Lakin bəzən elə olur ki, texniki məlumat və biliklərə malik insan işin xüsusiyyətlərini daha yaxşı bildiyi üçün idarəetməni faktiki olaraq öz üzərinə götürür. Belə halda idarəetmənin qütbləşməsi baş verə bilir.

Yüklə 255,89 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə