Mövzu Komanda işi anlayışı



Yüklə 255,89 Kb.
səhifə18/20
tarix23.12.2023
ölçüsü255,89 Kb.
#156352
1   ...   12   13   14   15   16   17   18   19   20
UNEC 1697617103

«Başa çatdıranlar» effektli və ucadan səslənən uğura deyil, öhdəliklərin yerinə yetirilməsinə yönümlüdürlər. Öhdəliklərinə götürdükləri hər bir işdə kamilliyə nail olmaq və qarşılarına qoyduqlarına çatmaqda dönməzlik meyli onların qəti keyfiyyətləridir. Testləşdirmənin nəticələri onların narahatlığa meylliliyindən xəbər verir, lakin eyni zamanda, onlar özlərinə daim nəzarət edir və intizamlıdırlar. Həmkarları onları nadir hallarda səbrsiz görə bilər, hətta onlar bəzən bütün hərəkətlərin istiqamətini dəyişdikdə belə, yenə də sakit və təmkinli qalırlar.
«Başa çatdıranlar» daha çox introvertdirlər. Onların zəif tərəflərinə kifayət qədər çevikolmamalarını aid etmək olar ki, nəticədə onlar bəzən qarşılarına qoyduqları məqsədə çatmaqdan ötrü elə qüvvə sərf edirlər ki, dəyişən şəraitdə bunlar mümkünsüz olur. Onların idarəetmə üslubu «icraçı» və «kollektivçi»nin iş üslubuna yaxındır, çox vaxt lazımınca qiymətləndirilmir, belə ki, uğurlu menecerlər üçün tipik olmadıqları barədə mülahizələr qalmaqdadır. Lakin kütləvi informasiya vasitələrində göstərilən obraza zidd olaraq, uğurlu menecerlər iri biznesmen stereotipindən fərqlənirlər və onların uğurları nizam-intizama əsaslanır ki, bu da ona inadla işləməyə, başladığı işi sona çatdırmağa imkan verir.
Vaxtın səmərəli idarə edilməsi
Liderin yüksək idarəçilik mədəniyyətinin başlıca resurslarından biri - vaxtın idarə edilməsidir. Vaxtın dəyəri onunla şərtlənmişdir ki, bu strateji həyat və fəaliyyət resursu əvəzolunmaz və geriyə dönməzdir. Kim tərəfindənsə müdrikcəsinə deyilmişdir: “Vaxtı əbəs yerə sərf etmə: o, həyatın hazırlandığı
materialdır”. İnsanın öz vaxtını səmərəli bölüşdürmə bacarığı – onun liderlik keyfiyyətlərinin həqiqi əlamətidir. Vaxtın şüurla idarə edilməsi - əməyin təşkilati-texniki məsələləri və intellektual fəaliyyətlə məşğul olmaq, həmçinin şəxsi həyata, ailəyə, öz biliyini artırmağa, mədəni istirahətə, dostlarla ünsiyyətə vaxt ayırmaq üçün gün ərzində ondan səmərəli istifadə etmək imkanı verir.
Vaxtın səmərəli idarə edilməsi: real imkanları və resursları, müddətləri, prioritetləri və gözlənilən nəticələri hesaba almaqla, həyat fəaliyyətinin müəyyən müddətə planlaşdırılmasını; əhəmiyyətlilik dərəcəsi və fəaliyyət xarakterindən asılı olaraq, işləri vaxt daxilində bölmək bacarığını; məcburi yolda və ya rəsmi iclaslarda olma vaxtının istifadəsini; təxirə salınmanı tələb etməyən məsələlərin öz vaxtında həll edilməsini; işin maksimal həcminin həvalə edilməsi hesabına yaradıcı vaxtı inzibati işlərlə məşğul etməmək bacarığını; xidməti müşavirələrin maksimal konkretliyi və qısa müddətliliyini;
telefon və elektron əlaqələrinin səmərəli istifadəsini nəzərdə tutur.
Vaxtın məhsuldar idarə edilməsində diskresiya vaxtına xüsusi yer məxsusdur.
“Diskresiya vaxtı” – daha vacib strateji problemlərin həllinə sərf edilə biləcək vaxtdır. Lider məhsuldar olmayan vaxtı maksimal dərəcədə azaltmağa və diskresiya vaxtını artırmağa yaxud kulturologiya dili ilə desək, idarəetmə mədəniyyətinin entropiyasını, onun faydalı iş əmsalının artırılmasına imkan verərək, maksimal dərəcədə azaldılmasına can atmalıdır.
Diskresiya vaxtının defisiti təşkilatın böyüklüyü ilə düz mütənasibdir. Bunun üçün təşkilatın effektiv idarəçiliyi ən qiymətli resursun - vaxtın idarə edilməsindən başlanmalıdır.
Özünü təşkil, zamanın səmərəli idarə olunmasının prosesinin təşkili vasitəsidir.
Delegerasiya (işin ötürülməsi), zamanın səmərəli idarəolunması prosesinin təşkili vasitəsidir.
İş bölgüsü nədir? İŞ BÖLGÜSÜ – Funksiyaların işçilərə ötürülməsi yolu ilə rəhbərin gücünün artırılmasıdır
Müvəffəqiyətli delegirasiyadan taym menecmentə yalnız bir addım var
Müvəffəqiyətli delegerasiya = İnam + Peşəkarlıq (ixtisaslaşma) +Öhdəlik




Vəzifə-görülməli iş” matrisi

İşçilər(vəzifələr)

Görülməli işlər

I işçi

İŞ 1

İŞ 2

İŞ 3

İŞ 4

İŞ 5

I I işçi
















III işçi



















Yüklə 255,89 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə