Mövzu: Luminisesiya Kafedra: Aerokosmik Telebe: Memmedova Hemide Qrup : 1433a


Elektrolüminessensiya qaz boşalmalarından yaranır



Yüklə 94,82 Kb.
səhifə3/6
tarix31.12.2021
ölçüsü94,82 Kb.
#81395
1   2   3   4   5   6
d word refe fizik 5600 (1)

Elektrolüminessensiya qaz boşalmalarından yaranır. Onlardan işıq mənbəyi kimi istifadə edilir.


  • Katodolüminessensiya elektronlarla bərk cismə təsir etdikdə yaranır.


    Elektronların kinetik enerjisi atom, molekul və ya ionlarda elektronları həyəcanlaşdırır, onları yuxan enerji halına qaldırır. Düşən elektronun kinetik enerjisi o qədər böyük ola bilər ki, həyəcanlanmış elektron normal hala bir neçə mərhələdə qayıtsın. Belə olduqda elektron bir neçə foton şüalandırır. Katodolümines-sensiya ossilloqrafın, televizor və lokator ekranlarının işıqlanma-sında istifadə olunur.

    - Kimyəvi lüminessensiya reaksiya zamanı enerjinin şüalanma şəklində ayrılmasıdır. Bu zaman şüalanan enerji həmin temperatur­dakı istilik şüalanmasının enerjisindən qat-qat böyük ola bilər.

    İşıqlanma müddətinə görə daha tez sönən lüminessensiya fluoressensiya, uzun müddət davam edən isə fosforosensiya adlanır.

    Lüminessensiya hadisəsindən istifadə edərək molekulyar səviyyədə canlı toxumaları öyrənmək, maddədə qarışığın miqdarını müəyyən etmək olar. Lüminessensiya analizinin üstünlüyü ondadır ki, tədqiq olunan maddədə dəyişiklik yaranmır, az miqdarda maddəni öyrənmək olur. Lüminessensiya hadisəsi lazerlərin iş prin­sipinin əsasında durur.

    Lüminessensiya hadisəsini, şüalanmanın spektral paylan­masını öyrənmək üçün spektral cihazlardan istifadə olunur. Lümi­nes­sensiyanın sönmə müddətini, yəni intensivliyin dəfə azalması üçün keçən müddəti ölçmək üçün fluorometrdən istifadə edilir.

    Müxtəlif təsirlər nəticəsində lüminessensiya edən maddələr lümineforlar adlanır.


    Yüklə 94,82 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə