Mövzu: Luminisesiya Kafedra: Aerokosmik Telebe: Memmedova Hemide Qrup : 1433a



Yüklə 94,82 Kb.
səhifə4/6
tarix31.12.2021
ölçüsü94,82 Kb.
#81395
1   2   3   4   5   6
d word refe fizik 5600 (1)

Optik kvant generatoru. Lazer


Müxtəlif növdə təbii və süni işıq mənbələri mövcuddur. Onlardan öz xassələrinə görə kəskin fərqlənəni optik kvant generatoru - lazerdir.

İşıq mənbələrində müxtəlif növ enerjilər işıq enerjisinə çev­rilir. Enerjini udan atom yuxarı enerji seviyyəsinə keçir, orada 10-8san-dən artıq qala bilmir və aşağı enerji səviyyəsinə qayıdır. Bu zaman o foton şüalandırır. Belə keçidlərin sayı çox olur və yekun işıq enerjisi bu şüalanan fotonların enerjilərinin cəmindən ibarət olur. Şüalanma aktları bir-birindən asılı olmayaraq müxtəlif vaxtlarda spontan olaraq yaranır. Ona görə də şüalanan dalğaların fazaları məkan və zamanca xaotik paylanır, onlar arasında heç bir əlaqə olmur. Belə şüalanma koherent və monoxromatik deyildir, gücü azdır, səpilməsi böyükdür. Lakin lazer şüaları yüksək koherentliyə, monoxromatikliyə və gücə malikdir, səpilməsi isə çox azdır.

Məlumdur ki, işıq mühitdən keçərkən onun enerjisi atomların müəyyən enerji səviyyələrinin fərqinə bərabər olduqda şüa udma və ya şüa buraxma yaranır. Mühitin atomları tarazlıq vəziyyətində olduqda Bolsman paylanmasına görə elektronların əksəriyyəti aşağı enerji səviyyəsində olur. İşıq kvantları belə mühitə düşdükdə əsasən udulurlar və mühitdən keçən işığın enerjisi azalır. Əgər atomlarda elektronlar yuxan enerji səviyyəsində olarsa, onda düşən işığın təsirilə bu elektronlar aşağı enerji səviyyəsinə keçərək şüalanma yaradarlar və beləliklə, mühitdən çıxan işığın enerjisi artmış olar. Deməli, mühitdən keçərkən işığın enerjisinin artması üçün yuxarı enerji səviyyələrində olan elektronların sayı əsas enerji səviyyələrində olan elektronların sayından çox olmalıdır. Atomlarda elektronların belə paylanması 
Yüklə 94,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə