Mövzu: Mеhmanхana fəaliyyətinin tariхi inkişaf mərhələləri Plan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/49
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8646
1   ...   41   42   43   44   45   46   47   48   49

 
141
      Lisenziya  5  il  müddətinə  verilir.  Lisenziyanın  qüvvədə  olma  müddətinin 
uzadılması  lisenziyanın  mövcudluğunu  təsdiq  edən  sənədin  yenidən 
rəsmiləşdirilməsi  qaydasında  həyata  keçirilir.  Müddəti  bitmiş  lisenziya  etibarsız 
sayılır. 
3.  Mehmanxana  fəaliyyətinin  dövlət   tərəfindən  tənzimlənməsi  və   bu 
xidmətlərdən  istifadə  edən  istehlakçıların  hüququnu  qorumaq  üçün  mehmanxana 
standartları mövcuddur. 
Mehmanxana  xidmətlərinin  standartları,  Azərbaycan  Respublikasında  dövlət 
standartları sisteminin bir hissəsidir. 
Beynəlxalq  və  milli  təcrübədə standart  anlayışı,  razılıq  əsasında  işlənib 
hazırlanmış,  mötəbər  təşkilat  tərəfindən  təsdiq  olunmuş,  istfadə  edilməsi  üçün 
məcburi olan standartlaşma üzrə normativ sənəddir. 
Mehmanxana  standartları  mövzusunu  tam  aydınlaşdırmaq  üçün  , 
mehmanxana  biznesində standartların nə rol oynadığını bilməliyik. 
Mehmanxanada  standart  üsullarının  tətbiqi  və  zəruri  olması  əsas  məqsəd 
sayılır. Standart (ingilis dilində -nümunə deməkdir) – etalon, model olmaq etibarı 
ilə  digər  analoji  (eyni  )  müəssisələr  ilə  müqayisədə  əsas,  nümunə  kimi  qəbul 
olunur.  Eyni  zamanda  standart,  mehmanxanalara  aid  olan,  prinsip,  tələb  və 
qaydaları  əks  etdirən   normativ  –  texniki  sənəddir.  Bu  sənəddə  məhsulun 
keyfiyyətinə qoyulan ümumi tələblər əks olunub. 
Standart, elmin, texnikanın və praktik təcrübənin nəticələrinə əsaslanmalıdır. 
Standartlarda,  istehlakçının  hüquqlarının  təminatı,  keyfiyyətli  xidmət,  münasib 
qiymət, təhlükəsizlik və komfortla təmin olunması öz əksini tapmalıdır. 
Standartlaşma obyekt və sahə kimi məfhumlarla əlaqəlidir. 
Sandatlaşma  obyekti  – xidmət  və  xidmətin  göstərilməsi  üçün  işlənib 
hazırlanmış qayda, tələb, parametr və xaraktersitikalardan ibarətdir. 
Mehmanxan müəssisəsi standartlaşma sahəsidir. 
Standartlaşmanın obyekti,  mehmanxanada  qonağa  göstərilən  konkret 
xidmətdir.  Məsələn,  qonağın  qəbulu,  qeydiyyatı   və  nömrəyə  yerləşdirilməsi,  


 
142
nömrələrin yığışdırılıb, təmizlənməsi, qonaqlara göstərilən yemək və içki xidməti 
standartlaşmanın obyektidir. 
Müasir  mehmanxana  biznesində  yüksək  səviyyəli  xidmət  və  keyfiyyətli 
məhsul, rəqabət şəraitində əsas meyar sayılır. 
Mehmanxana  biznesi  əsas  3  fəaliyyət  növündən  ibarətdir.  Bunlar,yaşayış  və 
qeyri-yaşayış  sahələrinin  icarəyə  verilməsi,  mətbəxdə  hazırlanmış  məhsul  və 
müxtəlif əlavə xidmətlərin göstərilməsindən ibarətdir. 
Mehmanxana  müəssisəsi  üçün  vacib  şərtlərdən  biri.  Məhsulun  və  xidmətin 
keyfiyyətini  saxlamaq  üçün  işlənib  hazırlanmış  sistemdir.  Bu  sistem texniki və 
funksional, keyfiyyət standartlarına bölünür. 
Mehmanxana müəssisəsində texniki standartlara, hotelin memarlıq və dizayn 
layihəsi  daxildir.  Ümumi  layihəyə  müəyyən  tələblər,  o  cümlədən,  mühəndis 
infrastrukturu və hotelə bitişən əraziyə qoyulan tələblər aid edilir. 
Müştəri hotelin göstərdiyi xidmət və məhsuldan istifadə etdiyi zaman, texniki 
keyfiyyət standartları ilə təmasda olur və onda təəsürat yaradır. Müştəri bu zaman, 
mehmanxana  nömrələrində,  biznes  mərkəzində  texnikadan,  trenajor  zalında 
avadanlıqlardan,  konfrans  zalda  masa  və  stullardan  istifadə  edən  zaman  texniki 
keyfiyyət standartları ilə tanış olur. 
Mehmanxana müəssisəslərində funksional standartlar mühüm rol oynayır. 
Bunlar aşağıdakılardır: 
1.  Mehmanxana müəssisəsi şöbələrinin  daxili və  xarici fəaliyyətini istehlakçı, 
təchizatçı və podratçılarla tənzimləyən standartlar. 
2.  Mühafizə və təhlükəsizlik standartları 
3.  Fövqəladə hallarda həyata keçirilən standartlar 
4.  İşə qəbul və ixtisas standrtları 
5.  Personalın peşəkar hazırlığı standartları 
6.  Marketinq fəaliyyətinin yerinə yetirilməsi standartları 
Yuxarıda  sadalanan  standartlar  mehmanxana  müəssisəsi  üçün  baza  rolunu( 
ə
sas) oynayır. 


 
143
Mehmanxanalar  üçün  müəyyən  olunmuş  əsas  standartlardan  başqa,  sahibkar 
və hoteli idarə edən şirkətlərin münasibətlərini tənzimləyən standartlar mövcuddur. 
Franşiz  (marka,  brend)  adı  ilə  işləyən  hotellərə  tətbiq  olunan  standartlar 
mövcuddur. 
İ
stehlakçıya,  yəni  müştəriyə  birbaşa  təqdim  olunan  məhsul  və 
xidmət, funksional keyfiyyət standartlarıdır. 
Mədələn,  ön  büroda  qonağın  qəbulu,  qeydiyyatı  və  nömrəyə 
yerləşdirilməsinin tam prosesi funksional keyfiyyət standartıdır. 
Yüksək  səviyyəli  funksional  keyfiyyət  standartı,  hotelin  nömrəsinin  texniki 
tələbata cavab verməyinə baxmayaraq, müştəridə müsbət təəsürat yaradır. Əksinə, 
funksional  keyfiyyət  standartı  aşağı  səviyyədədirsə  (  qeydiyyatın  yubadılması, 
personalın  qaşqabaqlı  olması,  kobud  davranış  və  s.  )  texniki  standart  müvafiq 
tələblərə uyğun olsa da, müştəridə narahatlıq hissləri yaradır. 
Standartların hazırlanması
 
Yeni şəbəkə hotellərinin yaranması və müstəqil mehmanxanaların birləşməsi 
hotel biznesində rəqabəti gücləndirir. 
Şə
bəkə  sisteminə  daxil  olan  hotelin  dərəcəsindən  asılı  olaraq,  özünə  məxsus 
standartlarının  olması  haqqında  fikir  yanlışdır.  Ümumiyyətlə  şəbəkə  sisteminə 
daxil olan hotellərin standartları, demək olar ki, eynidir. 
Məsələn,  “Hilton”  şəbəkə  hotelləri  müxtəlif  dərəcəlidir  və  bu  hotellər 
standartlara görə deyil, dərəcələrə aid tələblərə görə fərqlənir. 
Mehmanxana inşa olunarkən, brend ( nişan, marka) almaq üçün, hər hansı bir 
hotelin  standartları  deyil,  yalnız  beynəlxalq  tələblərə  cavab  verən  standartları 
rəhbər tutmaq lazımdır. 
Müasir dövrdə hotellərdə  texniki standartlar  sürətlə dəyişir.  Naqilsiz  internet 
və  digər  yeniliklər  heç  kimi  təəcübləndirmir.  Mehmanxanın  layihəsi  beynəlxalq 
texniki standartalara cavab verirsə, hər hansı bir brendi seçmək imkanı artır. Çünki, 
dediyimiz  kimi  beynəlxalq  standartlar  eynidir,  yalnız  xırda  çatışmamazlıqlar  ola 
bilər ki, bunları da iş prosesində düzəltmək olar. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə