76
mehmanxana məsuliyyət daşıyır. Mehmanxanada baş verən xoşa gəlməz hadisələr
(oğurluq, dələduzluq, zorakılıq və s.) ona nəinki maddi ziyan vurur, həmçinin
nüfuzuna xələl gətirir.
Buna
görə
mehmanxananın
təhlükəsizlik
ş
öbəsi
aşağıdakıdakı
problemlərləməşğul olur:
− fövqəladə vəziyyət yaranarsa, buna cavab olaraq prosedurları işləyib
hazırlamaq;
− nömrələrin gündəlik təhlükəsizliyini yoxlamaqla nömrələrin və digər
obyektlərin açarların nəzarətə götürməklə, kilidlərə nəzarət etməklə oğurluğun
qarşısını almaq;
− otelin binasınına girən yolları nəzarətdə saxlamaq;
− mehmanxanada həyəcan-xəbərdarlıq (siqnalizasiya) sisteminin zəruriliyini
təmin etmək;
− otelin ərazisini nəzarətdə saxlamaq;
− otelin bayır tərəfdən işıqlandırılması;
− telemonitor vasitəsilə müşahidə sistemi aparmalıdır;
− mehmanxanada odadavamlı şkaflar və seyflər olmalıdır;
− məlumatların mühafizəsini və qorunmasını təmin etməlidir.
Fövqəladə vəziyyətlərə təhlükəsizlik xidmət adekvat reaksiya verməyə
borcludur. Terrorizmin geniş yayıldığı müasir cəmiyyətdə bu, çox mühüm amildir.
Mehmanxanalarda cinayətlər çox vaxt 19.00 ilə gecə 05.00 arasında baş verir. Bu
vaxtlar işçilər öz yerlərində xüsusən mərtəbələrdə olmaya bilər. Son illərdə elekton
kilidlərin tətbiq olunması nömrələrin təhlükəsizliyini etibarlı edib. Plastik açarlar
baş inzibatçının ofisində kodlaşdırılır və qonağa verilir. Bu açarın kodu qonaq
mehmanxanadan gedəndən sonra öz qüvvəsini itirir.
Televizor monitorları vasitəsilə müşahidə aprılması nömrələrdə oğurluğun və
oteldə qonaqlara qarşı zorakılığın sayını azaldıb. Gizli kameralar mehmanxananın
dəhlizində, vestibülündə, kassirin işlədiyi yerdə, mərtəbələrdə və.s yerlərdə
qoyulur.
77
Las-Veqasın otellərində təhlükəsizlik məsələləri xüsusən aktualdır, çünki bu
otellərin ərazisində yerləşən kazinolar milyonlarla dollar əməliyyat aparır.
Bu otellərin kompleks təhlükəsizliyini saxlamaqda əsas rolu «Polaroid
ID2000plus» elektron sistem oynayır. Bu sistemdə ən yeni texnologiya və
kompüter şəbəsindən istifadə olunur. Təhlükəsizlik xidmətinin ən vacib
məsələlərindən biri nömrələrin açar problemidir.Adətən baş inzibatçının ofisində
açarların surətləri olur və vaxtaşırı bu açarlar yoxlanılmalıdır. Şöbədə xüsusi jurnal
olmalıdır ki, əməkdaşlar aldığı və verdiyi açarlara görə imza qoysunlar.
Bir çox otellərdə oğurluğun sayını azaltmaq və ya qarşısını almaq məqsədilə
qonaqların qiymətli əşyalarını saxladığı seyfdən başqa hər qonaq otağında seyf
qoyulur. Bu seyfdən mürəkkəb sistemli müxtəlif kilidlərdən istifadə olunur.
Inzibati-təsərrüfat bölməsi
Mehmenxanada işləyənlərin sayına görə iri olan bölməyə menecer rəhbərlik
edir. O, yaxşı təşkilatçılıq bacarığına malik olmalıdır. Mehmanxananın nömrələri
təmiz, səliqə-səhmanla, yüksək standartlara cavab verən səviyyədə saxlamaq çox
böyük məsuliyyət və dəqiqlik tələb edir. Qonaqlar arasında keçirilən sorğuya görə,
nömrələrin təmizliyi və səliqə-səhmanı mehmanxananın nüfuzunu qaldırır.
Təcrübəli və səriştəli mehmanxana meneceri öz işində bir çox qaydalara
ə
məl etməlidir:
− kadr potensialında səmərəli istifadə etməli işçilər arasında vəzifə bölgüsün
düzgün aparmalı, məsuliyyəti bölüşdürməli və hər işçiyə konkret iş tapşırmalıdır;
− menecer tabeliyində olan işçilərə qarşılıqlı əlaqə saxlayaraq onların işinə
nəzarət etməlidir;
− menecer dəqiqliyi və səliqə-səhmanı tələb etməlidir;
− menecer müntəzəm inventarlaşma aparmalı, avadanlığın və onların
qiymətlərinin siyahısının tutmalıdır;
− menecer tabeliyindəki işçilərə nümunə olmalı, onları işə həvəsləndirməli və
qiymətləndirməlidir;
− qonaqların və rəhbərliyin menecerin qarşısına qoyduğu məsələlərdən
yayınmamalı, təmkin göstərib həll etməyə çalışmalıdır;
78
− menecer işçilərin təhsilinə diqqət yetirməli, ixtisasartırma kursları təşkil
etməli,
− onların səmərələşdirici təkliflərinə diqqətlə yanaşıb qiymətləndirməlidir;
− menecer çalışqan, təşəbbüskar işçiləri irəli çəkməli, onlara dayaq olmalıdır;
− menecer bölmənin işini mehmanxananın digər bölmələri bacarmalı xüsusən
inzibatçı, mühəndis-istismar, camaşırxana xidmətləri ilə həmahəng işləməlidir.
Menecerin təlimatında 4 əsas vacib vəzifə aşağıdakılardır:
1. Işçilərə rəhbərlik etmək. Avadanlıq və təchizatın nəzarətini təmin etmək;
2. Qonaqların otaqlarının və mehmanxananın digər yerlərinin təmizliyinə və
səliqə-səhmana diqqət etmək;
3. Baş menecerin maliyyə siyasətinə uyğun bölməyə rəhbərlik etmək;
4. Sənədləşdirmə.
Bölmənin menecerinin iş günü saat 09.00-dan 18.00-a qədərdir.
Mehmanxananın nömrələri hər mərtəbədə plan-sxemdə göstərilir. Boş olan
nömrənin qabağında heç bir qeyd olmur. Nömrədə qonaq varsa, SC qeyd olunur
(nömrə tutulub). Qonaq tezliklə nömrəni azad edəcəksə, SS qeyd olunur (ezliklə
boşalır), o, nömrənin vaxtını artırarsa, AH nişanı qoyulur (qalma vaxtı uzanır).
Ə
gər nasaz və xarabdırsa, XX (qəza vəziyyəti) nişanı qoyulur, çox mühüm və
nüfuzlu qonağın nömrəsi VIP (çox mühüm qonaq) nişanı ilə qeyd edilir.
Amerika otelçilik normativinə görə, mərtəbədəki hər bir xidmətçi iş vaxtı
ə
rzində 17 nömrə yığışdırmalıdır. Məsələn, mehmanxanada 258 nömrə, 10 lüks
apartament bu nömrə sayına daxildir(lüks apartament iki nömrə əvəzi sayılır).
Deməli bölmənin sərəncamında 268 nömrə var. Ümumi nömrələrin sayından (268
dolu nömrələr) gəlməyən qonaqların sayını çıxmaq lazımdır (3 nömrəyə qonaq
gəlməyib) alınan rəqəmi 17-yə bölmək lazımdır (17 normativ rəqəmdir) və
bununla da həmin gün üçün işləyəcək işçilərin sayı bilinir.
Dostları ilə paylaş: |