79
Ə
n yaxşı işləyən mərtəbə xidmətçilərinə daimi nömrələr təhkim olunur.
Xidmətçilər qonaq otaqları üçün tədarük olunmuş ləvazimatı arabalara daşıyaraq
hər gün dəyişirlər. Qonaqlar üçün nəzərdə tutulan əşyalar arabanın üst tərəfinə,
otaq üçün lazım olan əşyalar alt rəfə yığılır. Bu o məqsədlə edilir ki, otelin bəzi
qonaqları nömrələr üçün nəzərdə tutulmuş əşyaları suvenir kimi götürməsinlər.
Xidmətçilər nömrələrin vəziyyəti haqqında bölmə menecerinə müntəzəm məlumat
verməlidirlər.
Mehmanxananın tipindən asılı olaraq hər bir xidmətçi gündə 16-dan 20-dək
nömrəni səliqə-səhmana salır.Boşalmış nömrələrin yığışdırılmasına daha çox sərf
olunur.
Saat 09.00-da işə başlayan xidmətçi bölmə menecerində qeyd olunur,
işləyəcək otaqların açarlarını imza qoyandan sonra alır və işin axırında qaytarır.
Mərtəbə xidmətçisi əvvəlcə bronda olan (sifariş olunan) nömrələri yığışdırır, sonra
ardıcıl olaraq qonaqların azad etdiyi nömrələr, daha sonra isə qonaqların yaşadığı
nömrələr yığışdırılır.
Nömrənin qapısı üzərində «Xahiş edirəm yığışdırın» yaşıl rəngli lövhəcik
asılarsa, xidmətçi, ilk növbədə, bu nömrəni yığışdırmalıdır.
Qırmızı rəngli lövhəcikdə isə «Xahiş edirəm narahat etməyin» sözləri
yazılmış nömrəni xidmətçi daha sonra, münasib vaxtda yığışdırır.
Nömrəni yığışdırıb qurtarandan sonra isə xidmətçi su kranlarını bağlamalı,
işığı söndürməli, bundan sonra nömrəni açarla bağlayıb bölmə menecerinə görülən
işlər haqqında hesabat verməlidir.
Bir çox mehmanxanalarda mərtəbədə çalışan xidmətçilərin işinə nəzərət
edən supervayzerlər fəaliyyət göstərir. Onlar nömrələrin standartlara uyğun
mumi dolu n mr l r
(10 l ks apartament daxil
olmaqla)
Dolu n mr l rin c mi
G lm y n qonaqlar n n mr l ri
Faktiki dolmu n mr l rin c mi
258
10
268
3
265
265:17=16
80
səviyyədə yığışdırılmasını təmin edir, qəbul və xidmət şöbəsinə boş və dolu
nömrələr haqqında məlumat verirlər.
Bir çox mehmanxanaların öz camaşırxanaları və kimyəvi təmizləmə
xidmətləri olur. Burada paltarlar, döşəkağı, mələfələr yuyulur, qurudulur və
ütülənir.
Müasir kompüterləşdirilmiş maşınlar bu əməliyyatı yerinə yetirir. Bu
camaşırxananın xidmətindən həm otelin işçiləri, həm də qonaqlar istifadə edə bilər.
Camaşırxana xidmətinin rəhbəri inzibati-təsərrüfat bölməsinin menecerinə hesabat
verir.
Lakin köhnə və kiçik mehmanxanalarda camaşırxana tikməyə imkan
olmadığına görə bu otellər öz döşəkağı və mələfələrini müqavilə ilə başqa
camaşırxanalarda yuduzdururlar. Lakin bunun mənfi cəhəti ondan ibarətdir ki,
başqa yerdə yuyulan döşəkağı və mələfələr keyfiyyətsiz olur.
Qonaqların paltarı yuyulanda onlara göstərilən xidmət yüksək səviyyədə və
tez bir vaxtda yerinə yetirilməlidir. Çirkli paltarlar, döşəkağılar, mələfələr və s.
arabalarla, ayrıca liftlə camaşırxanaya aparılır.
Inzibati-təsərrüfat bir çox fiziki və ağır işlərini süpürgəçi xadimələr görür.
Onlar otelin ümumi sahəsini təmizləyir, vestibülün döşəməsini silir, xüsusi
maşınlardan istifadə edərək xalçaları, xalça örtüklərini təmizləyirlər.
5. Turistlərin qəbulu və xidmətinin təşkili
Turistlərin keyfiyyətli xidmətlərlə təmin etmək üçün mehmenxana
müəssisəsi komfort, xidmətlərin səviyyəsi yüksək olmalıdır. Baş menecerin daimi
və səmərəli nəzarəti altında bütün şöbə və bölmələrin birgə səyi ilə
təkmilləşdirilmiş forma, üsul və yeni texnologiyadan istifadə etməklə turistlərə
yüksək keyfiyyətli xidmət göstərmək olar. Mehmanxananın təchiz olunmuş,
birbaşa giriş qapısına çıxan əsas yolu olmalıdır. Mehmanxanaya bitişik ərazi
abadlaşdırılmalı və işıqlandırılmalıdır. Mehmanxanaya turist gətirən avtobosun
mühafizəsi təmin olunmalıdır.
Mehmanxana vestibülündə turistlərin qəbulu, istirahəti üçün zəruri şərait
yaradılmalıdır.
81
Mehmanxananın reklamında xidmətlərin yerləşdiyi yer, iş rejimi və s.
haqqında məlumatlar verilməlidir.
Turistlərə xidmət göstərən mehmanxana personalı müvafiq peşəkar hazırlığa
malik olmalı, xarici dil bilməli, nəzakətli, xoşrəftar, səliqəli xarici görünüşü olmalı,
etik qaydalara, sanitar və gigiyenaya əməl etməlidir.
Mehmanxana personalı uniformada, yaxasında nişan öz iş yerində olmalıdı.
Turistlərin və nümayəndə heyətlərinin mehmanxanada qəbulu üçün əsasən turist
firmalarının və turistlərin passportu olmalıdır.
Mehmanxanada turistlərin qəbulu və yaşayışı turist sənədlərində və vizada
göstərilən müddətdə yerinə yetirilir. Turist üzrsüz səbəb olmadan turist
marşurutundan imtina edərsə, ona artıq xidmət göstərilmir və kompensasiya
verilmir (xidmət əvəzi).
Mehmanxanada turistlərin qəbulu və qeydiyyatı qəbul olunmuş müvafiq
qaydada aparılır.
Mehmanxanada turistlər müqavilədə (mehmanxana və turist firmaları
arasinda müqavilə) göstərilən qayda üzrə nömrələrə yerləşdirilir. Qrup rəhbərinə
ayrıca nömrə verilir. Müxtəlif qrup və ölkələrdən olan turistləri bir nömrədə yalnız
onların razılığı ilə yerləşdirmək olar. Turistlərə qeydiyyatdan sonra vizit kartları,
baqaj (yük) birkaları (turistin soyadı və otağın nömrəsi göstərilir) və nömrənin
açarı verilir. Turistlər birkanı çemodana özləri bərkidirlər.
Mehmanxana inzibatçısı, müvafiq qaydaya görə, 40 nəfərdən ibarət qrupu 15
dəqiqəyə, 100 nəfərə qədər turist qrupunu 40 dəqiqəyə, 100 nəfərdən artıq turist
qrupunu 1 saat ərzində qəbul edib sənədləşdirməlidir. Turistlərin qəbul və
qeydiyyatının vaxtını azaltmaq məqsədilə inzibatçı əvvəlcədən otaqların
nömrələrini və sayını turist firmasının nümayəndəsi olan bələdçi-tərcüməçiyə verir.
Qonaqları qarşılayan turist firmasının nümayəndəsi avtobusda yol boyu
qrupun rəhbəri ilə birlikdə hər nömrənin qarşısında turistin soyadını yazır və siyahı
mehmanxanada inzibatçıya təqdim olunur.
Turistlər mehmanxana nömrələrini saat 12-də (yerli vaxtla) azad etməlidirlər
və lazım gələrsə, qrupa 2 və ya 3 növbətçi nömrə verilir. Bələdçi-tərcüməçi və
Dostları ilə paylaş: |