Mövzu: Mеhmanхana fəaliyyətinin tariхi inkişaf mərhələləri Plan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/49
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8646
1   ...   21   22   23   24   25   26   27   28   ...   49

 
79
 
Ə
n  yaxşı  işləyən  mərtəbə  xidmətçilərinə  daimi  nömrələr  təhkim  olunur. 
Xidmətçilər  qonaq  otaqları  üçün  tədarük  olunmuş  ləvazimatı  arabalara  daşıyaraq 
hər  gün  dəyişirlər.  Qonaqlar  üçün  nəzərdə  tutulan  əşyalar  arabanın  üst  tərəfinə, 
otaq  üçün  lazım  olan  əşyalar  alt  rəfə  yığılır.  Bu  o  məqsədlə  edilir  ki,  otelin  bəzi 
qonaqları  nömrələr  üçün  nəzərdə  tutulmuş  əşyaları  suvenir  kimi  götürməsinlər. 
Xidmətçilər nömrələrin vəziyyəti haqqında bölmə menecerinə müntəzəm məlumat 
verməlidirlər. 
  Mehmanxananın tipindən asılı olaraq hər bir xidmətçi gündə 16-dan 20-dək 
nömrəni  səliqə-səhmana  salır.Boşalmış  nömrələrin  yığışdırılmasına  daha  çox  sərf 
olunur. 
  Saat  09.00-da  işə  başlayan  xidmətçi  bölmə  menecerində  qeyd  olunur, 
işləyəcək  otaqların  açarlarını  imza  qoyandan  sonra  alır  və  işin  axırında  qaytarır. 
Mərtəbə xidmətçisi əvvəlcə bronda olan (sifariş olunan) nömrələri yığışdırır, sonra 
ardıcıl olaraq qonaqların azad etdiyi nömrələr, daha sonra isə qonaqların yaşadığı 
nömrələr yığışdırılır. 
  Nömrənin  qapısı  üzərində  «Xahiş  edirəm  yığışdırın»  yaşıl  rəngli  lövhəcik 
asılarsa, xidmətçi, ilk növbədə, bu nömrəni yığışdırmalıdır. 
  Qırmızı  rəngli  lövhəcikdə  isə  «Xahiş  edirəm  narahat  etməyin»  sözləri 
yazılmış nömrəni xidmətçi daha sonra, münasib vaxtda yığışdırır. 
  Nömrəni  yığışdırıb  qurtarandan  sonra  isə  xidmətçi  su  kranlarını  bağlamalı, 
işığı söndürməli, bundan sonra nömrəni açarla bağlayıb bölmə menecerinə görülən 
işlər haqqında hesabat verməlidir. 
  Bir  çox  mehmanxanalarda  mərtəbədə  çalışan  xidmətçilərin  işinə  nəzərət 
edən  supervayzerlər  fəaliyyət  göstərir.  Onlar  nömrələrin  standartlara  uyğun 
mumi dolu n mr l r 
(10 l ks apartament daxil 
olmaqla) 
Dolu n mr l rin c mi 
G lm y n qonaqlar n n mr l ri 
Faktiki dolmu  n mr l rin c mi 
258 
10 
268 

265 
265:17=16 


 
80
səviyyədə  yığışdırılmasını  təmin  edir,  qəbul  və  xidmət  şöbəsinə  boş  və  dolu 
nömrələr haqqında məlumat verirlər. 
  Bir  çox  mehmanxanaların  öz  camaşırxanaları  və  kimyəvi  təmizləmə 
xidmətləri  olur.  Burada  paltarlar,  döşəkağı,  mələfələr  yuyulur,  qurudulur  və 
ütülənir. 
Müasir  kompüterləşdirilmiş  maşınlar  bu  əməliyyatı  yerinə  yetirir.  Bu 
camaşırxananın xidmətindən həm otelin işçiləri, həm də qonaqlar istifadə edə bilər. 
Camaşırxana xidmətinin rəhbəri inzibati-təsərrüfat bölməsinin menecerinə hesabat 
verir. 
Lakin  köhnə  və  kiçik  mehmanxanalarda  camaşırxana  tikməyə  imkan 
olmadığına  görə  bu  otellər  öz  döşəkağı  və  mələfələrini  müqavilə  ilə  başqa 
camaşırxanalarda  yuduzdururlar.  Lakin  bunun  mənfi  cəhəti  ondan  ibarətdir  ki, 
başqa yerdə yuyulan döşəkağı və mələfələr keyfiyyətsiz olur. 
  Qonaqların paltarı yuyulanda onlara göstərilən xidmət yüksək səviyyədə və 
tez  bir  vaxtda  yerinə  yetirilməlidir.  Çirkli  paltarlar,  döşəkağılar,  mələfələr  və  s. 
arabalarla, ayrıca liftlə camaşırxanaya aparılır. 
  Inzibati-təsərrüfat bir çox fiziki və ağır işlərini süpürgəçi xadimələr görür. 
Onlar  otelin  ümumi  sahəsini  təmizləyir,  vestibülün  döşəməsini  silir,  xüsusi 
maşınlardan istifadə edərək xalçaları, xalça örtüklərini təmizləyirlər. 
5. Turistlərin qəbulu və xidmətinin təşkili 
  Turistlərin  keyfiyyətli  xidmətlərlə  təmin  etmək  üçün  mehmenxana 
müəssisəsi komfort, xidmətlərin səviyyəsi yüksək olmalıdır. Baş menecerin daimi 
və  səmərəli  nəzarəti  altında  bütün  şöbə  və  bölmələrin  birgə  səyi  ilə 
təkmilləşdirilmiş  forma,  üsul  və  yeni  texnologiyadan  istifadə  etməklə  turistlərə 
yüksək  keyfiyyətli  xidmət  göstərmək  olar.  Mehmanxananın  təchiz  olunmuş, 
birbaşa  giriş  qapısına  çıxan  əsas  yolu  olmalıdır.  Mehmanxanaya  bitişik  ərazi 
abadlaşdırılmalı  və  işıqlandırılmalıdır.  Mehmanxanaya  turist  gətirən  avtobosun 
mühafizəsi təmin olunmalıdır. 
  Mehmanxana  vestibülündə  turistlərin  qəbulu,  istirahəti  üçün  zəruri  şərait 
yaradılmalıdır. 


 
81
Mehmanxananın  reklamında  xidmətlərin  yerləşdiyi  yer,  iş  rejimi  və  s. 
haqqında məlumatlar verilməlidir. 
  Turistlərə xidmət göstərən mehmanxana personalı müvafiq peşəkar hazırlığa 
malik olmalı, xarici dil bilməli, nəzakətli, xoşrəftar, səliqəli xarici görünüşü olmalı, 
etik qaydalara, sanitar və gigiyenaya əməl etməlidir. 
  Mehmanxana personalı uniformada, yaxasında nişan öz iş yerində olmalıdı. 
Turistlərin  və  nümayəndə  heyətlərinin  mehmanxanada  qəbulu  üçün  əsasən  turist 
firmalarının və turistlərin passportu olmalıdır. 
Mehmanxanada  turistlərin  qəbulu  və  yaşayışı  turist  sənədlərində  və  vizada 
göstərilən  müddətdə  yerinə  yetirilir.  Turist  üzrsüz  səbəb  olmadan  turist 
marşurutundan  imtina  edərsə,  ona  artıq  xidmət  göstərilmir  və  kompensasiya 
verilmir (xidmət əvəzi). 
  Mehmanxanada  turistlərin  qəbulu  və  qeydiyyatı  qəbul  olunmuş  müvafiq 
qaydada aparılır. 
  Mehmanxanada  turistlər  müqavilədə  (mehmanxana  və  turist  firmaları 
arasinda  müqavilə)  göstərilən  qayda  üzrə  nömrələrə  yerləşdirilir.  Qrup  rəhbərinə 
ayrıca nömrə verilir. Müxtəlif qrup və ölkələrdən olan turistləri bir nömrədə yalnız 
onların  razılığı  ilə  yerləşdirmək  olar.  Turistlərə  qeydiyyatdan  sonra  vizit  kartları, 
baqaj  (yük)  birkaları  (turistin  soyadı  və  otağın  nömrəsi  göstərilir)  və  nömrənin 
açarı verilir. Turistlər birkanı çemodana özləri bərkidirlər. 
  Mehmanxana inzibatçısı, müvafiq qaydaya görə, 40 nəfərdən ibarət qrupu 15 
dəqiqəyə,  100  nəfərə  qədər  turist  qrupunu  40  dəqiqəyə,  100  nəfərdən  artıq  turist 
qrupunu  1  saat  ərzində  qəbul  edib  sənədləşdirməlidir.  Turistlərin  qəbul  və 
qeydiyyatının  vaxtını  azaltmaq  məqsədilə  inzibatçı  əvvəlcədən  otaqların 
nömrələrini və sayını turist firmasının nümayəndəsi olan bələdçi-tərcüməçiyə verir. 
  Qonaqları  qarşılayan  turist  firmasının  nümayəndəsi  avtobusda  yol  boyu 
qrupun rəhbəri ilə birlikdə hər nömrənin qarşısında turistin soyadını yazır və siyahı 
mehmanxanada inzibatçıya təqdim olunur. 
  Turistlər mehmanxana nömrələrini saat 12-də (yerli vaxtla) azad etməlidirlər 
və  lazım  gələrsə,  qrupa  2  və  ya  3  növbətçi  nömrə  verilir.  Bələdçi-tərcüməçi  və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə