82
qrup rəhbəri nömrələrin açarlarının inzibatçıya təhvil verilməsinə kömək etməlidir.
Mehmanxana nömrələrində buklet, prospekt, kağız, konvert, qələm, əlavə
xidmətlərin siyahısı, telefon nömrələri, ingilis və azərbaycan dillərində yanğından
mühafizə yaddaşı və s. olmalidir.
Mehmanxanada nömrə fondu hər yeni qrupun gəlməsinə 2 saat qalmış hazır
olmalıdır. Mehmanxanada nömrələrin hazırlıq vəziyyətinə və keyfiyyətinə
mehmanxana rəhbərliyi məsuliyyət daşıyır.
Mehmanxananın yüksək dərəcəli nömrəsində döşəkağılar və mələfələr hər
gün, adi nömrələrdə üç gündən bir dəyişir. Dəsmallar nömrələrin dərəcəsindən asılı
olmayaraq hər gün dəyişilir.
Iki və üç yerli nömrələrdə müxtəlif rəngli dəsmallar asmaq tövsiyə olunur.
Hər turistin iki çemodanı və yükü pulsuz daşınır. Bundan artıq yükü qiymət
cədvəli ilə turist ödəməlidir. Turistlərin yüklərinin nömrələrə daşınması 30
dəqiqədən artıq vaxt aparmamalıdır. Bu işə mehmanxananın inzibatçısı
cavabdehdir.
Mehmanxanada bütün sutka ərzində mineral sular, şirələr, şirniyyat, çay,
qəhvə,tütün məmulatları və suvenirlər satılmalıdır.
Mehmanxanada turistlərə xidmət sahələrində (bərbərxana, rabitə, restoran,
kafe, bar və s.) ilk növbədə qulluq göstərilir.
Mehmanxanada turistlərə tibbi yardım göstərmək üçün mehmanxana
rəhbərliyi ərazi üzrə səhiyyə idarəsi ilə müvafiq müqavilə bağlayır.
Mehmanxanada yaşayan turistləri təcili tibbi yardım və dərmanla təmin etmək
pulsuzdur.
Turistlərin əşyalarını qorumaq, xarab olmasının qarşısını almaq məqsədilə
aeroportda turistlər öz əşyalarını nəzərdən keçirib yoxlayır, bundan sonra yüklər,
çemodanlar və digər əşyalar maşında mehmanxanaya göndərilir. Xidmət personalı
nəzarət etməlidir ki, turistlər mehmanxananı tərk edəndə əşyalarını yaddan çıxarıb
mehmanxanada saxlamasınlar. Əgər turist əşyanı yaddan çıxarıbsa akt tərtib edib
əş
yanı təhlükəsizlik və ya rejim xidmətinə təhvil verir.
83
− Mehmanxanada yaşayan turistlər daxili nizam-intizam qaydalarına riayət
etməlidirlər.
− Turist və ya onun nömrəyə dəvət etdiyi qonaq tərəfindən mehmanxana
ə
mlakına zərər dəyərsə, nömrədə yaşayan maddi məsuliyyət daşıyır.
− Nömrəni tərk edən qonaq pəncərələri, su kranlarını bağlamalı, işıq,
radio,televizor söndürməli, otağın açarını inzibatçıya təhvil verməlidir.
− Turist nömrədə tezalışan və irihəcmli əşyaları saxlaya bilməz.
− Turist istilik cihazlarından istifadə etməməli və nömrədə ev heyvanları
saxlamamalıdırlar.
6. Idarəetmədə avtomatlaşdırma sistemi
Bu sistemin köməyilə mehmanxananın daimi qonaqları, onların tələbələri və
hesabları haqqında,nömrələrin bron məlumatlarını qəbul etmək, saxlamaq və s.
ə
məliyyatlar mümkündür.
Kompüterin yaddaşında olan siyahıda istənilən qonaq haqqında məlumatı
tapmaq olar. Bu sistem kompüter proqramları komplektindən ibarətdir.Bu
proqramlar əsas dörd proqram inzibatçiları və bölmələri zəruri məlumatlarla
təminedir.
− Brondlaşdırma (nömrələrin sifarişinin qəbulu) bölməsini idarəetmə;
− Nömrələrin xidmətini idarəetmə;
− Qonaqlarla hesablamanı idarəetmə;
− Otelin ümumi məsələlərini idarəetmə;
Otelin yüzdən çox əməkdaşı idarəetmənin avtomatlaşdırma sistemindən
müntəzəm istifadə edib müxtəlif məlumatlar alır:
1. Brondlaşdırma (nömrələrin sifarişinin qəbulu);
2. Baş inzibatçının ofisi;
3. Kollektiv hesabların rəsmiləşdirilməsi;
4. Daimi qonaqlar haqqında məlumat;
5. Hesabların redakte edilmiş mətni;
6. Səyahətləri təşkil edən agentliklərin göstərdiyi xidmətlərin hesabı;
7. Turların rəsmiləşdirilməsi;
84
8. Inzibati-təsərrüfat məsələləri;
9. Gəlirləri idarəetmə;
10. Kompleks proqramları yaratmaq və s.
Iri və orta mehmanxanalarda inzibatçilar mini-kompüterlərdən istifadə edir.
«Marriot Hotels» şirkətinin idarəetmə-avtomatlaşdırma sistemi IBM 173 Risk
System/6000 əsasında yaradılıb.
Bu sistem dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən 250 oteli əhatə
edir. «Holiday Inn Worldwide» şirkəti 60 milyon dollar sərf edərək özünün 1600
otelində idarəetmənin avtomatlaşdırma sistemini yaratmışdır.
Şirkətlərin son məqsədi bronlaşmanın qlobal şəbəkəsini yaratmaqdır.
Mehmanxana texnologiyası üzrə məşhur mütəxəssis Larri Çervenanın
hesablamasına görə, bronlaşdırmanın qlobal şəbəkələrinin yaradılması layihələrinə
müxtəlif şirkətlər tərəfindən artıq 3 milyard dollar sərf olunub.
Mehmanxana şirkətləri aviaşirkətlərin yaratdığı əsas kompüter şəbəkələri
olan «Sabro» («American Airlines») və «Apollo», («Inited Airlines», «Uasir»,
«Air Canada» və bir sıra Avropa ölkələrinin aviaşirkətləri) və«Amedous»
sistemlərindən mehmanxanalarda bronlaşdırma üçün istifadə edir.«Amedous»
geniş yayılmış bronlaşdırma kompüter sistemidir. «Amedous» sistemi dünyanın
35000 otelində bronlaşdırma, mehmanxananın yeri, boş nömrələrin sayı və
qiymətləri haqqında dəqiq məlumat verir. 1995-ci ilin dekabrından Rusiyada
isifadə olunan «Açar» bronlaşdırma sistemi Rusiyanın 40 şəhərini, MDB və
Baltikyanı ölkələri əhatə edir.
Beynəlxalq bronlaşdırma sistemlərindən biri də «Covla» dır. Bu «Apollo»
sisteminin bir variantıdır. Bu sistemə görə, dünyanın hər yerində yerləşən oteldə
nömrə sifariş etmək olar.
Bu sistemdən «Rits Karlton», «Swissotel», «Pan Pacific» kimi mehmanxana
şə
bəkələri istifadə edir.
«Hotel and Motel Management» jurnalının apardığı sorğuya görə, biznes
işləri ilə əlaqədar səyahət edənlərin 65.2 %-i , mehmanxanalara sifariş olmadan
gəlir və nömrə alır. Qonaqlar üçün əsas meyar onun yerləşdiyi yer və nömrənin
Dostları ilə paylaş: |