Mövzu Milli iqtisadiyyat və ictimai təkrar istehsal



Yüklə 24,17 Kb.
səhifə4/4
tarix25.03.2023
ölçüsü24,17 Kb.
#103203
1   2   3   4
Mövzu 2

2.4. Geniş təkrar istehsal.
Təkrar istehsalın tipologiyası böyük rəngarəngliklə səciyyələnir və çoxmeyarlı xarakterlidir. Ən çox iki meyar məşhurdur:
Gəlirlərdən əldə olunmuş resursun istifadəsinin xarakteri;
istehsal amillərinin və onların fəaliyyət göstərməsinin keyfiyyət xarakteristikası.
Birinci meyara müvafiq olaraq aşağıdakı təkrar istehsal növlərini müəyyənləşdirmək olar:
sadə - istehsal prosesinin əvvəlki miqyasda təkrarlanmasıdır, çünki bütün əldə olunmuş gəlir şəxsi (son) istehlaka sərf olunur;
geniş-istehsal prosesinin daha böyük həcmdə təkrarlanmasıdır, çünki əldə olunmuş gəlirin bir qismi əlavə resursların alınmasına xərclənir ki, buna səbəb də istehsal daha geniş miqyasda bərpa olunur;
dar - gəlirin olmaması və ya bu istehsal növünün inkişaf etdirilməsinin məqsədəuyğun olmaması səbəbindən istehsal prosesinin azaldılmış həcmdə təkrarlanmasıdır.
Bu meyar təkrar istehsalın kəmiyyət səciyyələndirilməsinə imkan verir. Lakin cəmiyyət keyfiyyətcə də inkişaf edir, sosial-iqtisadi hadisələr heç vaxt ilkin şəklində təkrar istehsal olunmurlar. Əgər belə olmasa, cəmiyyət köhnə formalarda batıb qalardı. İctimai inkişaf tarixi isə bunun qeyri-mümkün olduğunu göstərir.
Diqqətlə nəzərdən keçirdikdə hər bir tarixi dövrdə yeni elementlər aşkarlanır ki, onlar yaranır, inkişaf edir və nəhayət o qədər böyüyürlər, artırlar ki, cəmiyyətin özünün iqtisadi cizgilərini tamamilə dəyişirlər. Buna görə də sadə ictimai təkrar istehsal, yəni uzun tarixi dövr ərzində istehsal prosesində cəmiyyətin əvvəlki vəziyyətinin eynilə bərpası mümkün deyil, bu əslində abstraksiyadır. Cəmiyyətdə dəyişikliklər tədricən, nəzərə çarpmadan toplanır, iqtisadiyyatın belə vəziyyəti durğunluq kimi səciyyələndirilir. Müəyyən dövrlərdə dar təkrar istehsal hadisəsi də mümkündür. Qədim Romanın tənəzzülü, iqtisadi böhranlar və ya müharibələr dövründə belə olmuşdu. Belə təkrar istehsal növü XX yüzilliyin sonunda islahata gəlməyən Rusiya iqtisadiyyatı- nın inkişaf mərhələsini səciyyələndirir. Belə dövrlərdə bir istehsalçılar müflisləşir, digərləri varlanırlar. Lakin tarixdə, bir qayda olaraq, istehsalın get-gedə daha böyük miqyasda və keyfiyyətcə yeni formalarda bərpa olunduğu geniş təkrar istehsal üstünlük təşkil edir. İkinci meyara müvafiq olaraq ekstensiv, qarışıq və intensiv təkrar istehsal fərqləndirilir
Ekstensiv təkrar istehsal geniş təkrar istehsal növlərinin konkret (ilkin) formalarmdan biri olub, əlavə əmək və maddi-əşyavi istehsal resursları (amilləri) hesabına əvvəlki texniki zəmində və işçilərin əvvəlki peşəkarlıq səviyyəsində istehsal miqyasının artırılmasıdır. Bu o deməkdir ki, əldə olunan əmtəə və xidmətlər artımma müvafiq olaraq lazım olan resursların hamısmm artıq işlədilməsi hesabına nail olunur. Məkanın ekstensivləşdirilməsi işləyənlərin sayının artırılması, iş gününün uzadılması, investisiyaların həcminin artırılması, yeni torpaqlarm dövriyyəyə qatılması, idarəetmə aparatının genişləndirilməsi, çıxarılan xammalm və enerjinin həcminin artırılması və s. vasitəsilə mümkündür.
Bu halda təsərrüfatın aparılması metodu xərc aparan, təkrar istehsal forması isə fondtutumlu və resurstutumludur.
Ekstensiv təkrar istehsal növünün perspektivi yoxdur, çünki o, resurs məhdudluğu ilə üzləşir. Buna görə də özü xeyli məhdud olur.
İntensiv təkrar istehsal, ekstensivdən fərqli olaraq, istehsal amillərinin keyfiyyətcə dəyişməsi, istehsalın yeni texniki zəminə keçməsi ilə səciyyələnir.
Real həyatda intensiv və ekstensiv amillər bir-birini tamamlayaraq həmişə müəyyən kombinasiyalarda olurlar. Onlar arasında hədd nisbi və mütəhərrikdir. Tarixi inkişaf prosesində onların daim bir-birinə keçməsi baş verir ki, buna görə də bu və ya digərinin üstünlük təşkil etməsindən söhbət gedə bilər. Bu isə intensivləşmə prosesinin təhlilində intensivləşməni sözün ilkin mənasmda - əməyin gərginliyinin gücləndirilməsi və iqtisadiyyatın əsasən xalq təsərrüfatmda bütün gəlirin yarısından çoxunun (onun artımı) intensiv amillər hesabına əldə olunduğu intensiv inkişaf yoluna keçməsi kimi nəzərdən keçirməyə əsas verir.
Yüklə 24,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə