Mövzu müasir təlim formaları,iş üsulları və texnikaları plan: 1


II. 1. Feilin tədrisi metodikası



Yüklə 302,66 Kb.
səhifə53/71
tarix23.01.2023
ölçüsü302,66 Kb.
#99087
1   ...   49   50   51   52   53   54   55   56   ...   71
M vzu m asir t lim formalar ,i sullar v texnikalar plan 1

II. 1. Feilin tədrisi metodikası
Feilə aid anlayışlar II sinifdə praktik çalışmalar əsasında qurulur. III sinifdə şagirdlər zaman anlayışı, zamanların adları, hər bir zamana aid suallar və qrammatik əlamətlər – şəkilçilərlə tanış olurlar. Bu mövzu II sinifdə piləlilik prinsipinə əsasən öyrədilir. Bu sinifdə feilin şühudi, keçmiş zaman, qəti gələcək zamanları öyrədilir. II pilə isə IV sinfə saxlanılır.
IV sinifdə şagirdlər məsdərlə, onun –maq, -mək şəkilçisi ilə düzəldiyi, isim kimi hallandığı, hallanarkən yiyəlik, yönlük və təsirlik hallarda q-nın ğ-ya, k-nın
y-ya keçməsi öyrədilir.
IV sinifdə şagirdlərə düzəltmə fellər tədris olunur. Burada – la4, -lan2, laş2 sözdüzəldici şəkilçilərlə düzələn feillər üzərində iş aparılır. Mürəkkəb feillərin tədrisi şagirdlərin lüğətini artırır.
«Feilin zamanları» mövzusunun tədrisində şagirdlər felin zamanları, onun sualları və şəkilçiləri ilə tanış olurlar. Bununla yanaşı, bütün zamanların şəxsə və kəmiyyətə görə dəyişməsi haqqında məlumatda alırlar.
IV sinifdə şagirdlər feilin keçmiş və gələcək zamanının iki forması ilə də tanış olurlar. Burada şagirdlərə öyrədilir ki, şəxs şəkilçiləri zaman şəkilçilərindən sonra gəlir və ahəngə uyğun yazılır:

  1. bil-di-m, bil-di-k, bil-miş-əm, bil-miş-ik

bil-di-n, bil-di-niz, bil-miş-əm, bil-miş-siniz
bil –di, bil-di-lər, bil-miş, bil-miş-lər

  1. dəl-ər-əm, gəl-ər-ik, gəl-əcəy-əm, gəl-əcəy-ik

gəl-ər-sən, gəl-ər-siniz, gəd-əcək-sən, gəl-əcək-siniz
gəl-ər, gəl-ər-lər, gəl-əcək, gəl-əcək-lər


2.Əvəzliyin tədrisi metodikası
III sinif şagirdləri əvəzliklə nitq hissələrini əvəz edən söz kimi tanış olurlar: «Nitq hissələrinin yerində işlənə bilən sözlərə əvəzlik deyilir» (Azərbaycan dili, III sinif üçün dərslik, Bakı – 2010, səh. 153).
III sinifdə uşaqlar «Şəxs, işarə və sual əvəzlikləri» haqqında məlumat alır, onların xüsusiyyətlərinə dair sadə anlayışlar qazanırlar.
IV sinifdə onlar əvəzliyin isim, sifət və sayları əvəz edə bilməsinə aid çalışmalar üzərində işləyir, mən- biz, sən – siz, o – onlar əvəzliklərinin mənası üzərində aydın məlumat qazanırlar.
Şagirdlər bu əvəzliklərin kim? Sualına cavab verdiyini və şəxs əvəzliyi adlandığınıda öyrənirlər. Bu mövzunun tədrisində şagirdlərə öyrədilir ki, şəxs əvəzlikləri tək və cəm olur.
Sonra şəxs əvəzliklərinin hallanmasına aid məlumat verilir: şəxs əvəzlikləri isim kimi hallanır: mən, mənim, mənə, məni, məndə, məndən və s.
IV sinifdə şagirdlər işarə əvəzlikləri ilə tanış olur, öyrənirlər ki, «O, bu» həm şəxs, həm də işarə əvəzliyi kimi işlənir. «o, bu» şəxs əvəzliyi kimi işləndikdə cümlədə mübtəda olur, özündən sonra vergül tələb edir, kim?, nə? Suallarından birinə cavab olur: məs,
O, Azərbaycanın fəxridir.
Bu, dahi şair Nizami Gəncəvinin məqbərəsidir.
«o, bu» əvəzliyi cümlədə təyin vəzifəsində işləndikdə özündən sonra vergül tələb etmir və hansı sualına cavab verir. Məs, O adam çalışqandır. Bu musiqi bizimdir.
Ümumiyyətlə, mövzuya aid şifahi və yazılı şəkildə aparılan çalışmalar təlimin şüurlu mənimsənilməsi və möhkəm yadda saxlanılmasını göstərir.
Bununla yanaşı, şagirdlərə öyrədilməlidir ki, «o, bu» əvəzlikləri cümlədə şəxs əvəzlikləri olduqda müstəqil işlənir, işarə əvəzliyi olduqda isimdən əvvəl gələrək sifət olur və onu izah edir.
Mövzunun tədrisində çalışmalar üzərində iş, şagirdləri yaradıcı işə qoşur, müstəqilliyə alışdırır, onların düşünmə, qəti nəticə çıxarma qabiliyyətini inkişaf etdirir, nitq və təfəkkürləri zənginləşir.


  1. Yüklə 302,66 Kb.

    Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə